02.02.2012

Həsrət


Əli Məmmədov

Məni tərk etmə belə, ayrılığa dözməz ürək,
Ürəyin eşqi olmasa, o, buna dözməyəcək.
Ürəklə oynamağı özünə adət eləmə,
Ürəyin də özün kimi, buna adət edəcək.
Mənə həsrətlə  baxan o gözlərin bildirir ki,
Əvvəl- axır o dilin, sevdiyini söyləyəcək.
Sevgi çox gözəl duyğudur, o, insanı yaşadır,
Bu gözəl duyğunu da, qarşılıqlı duyan gərək.
Əlini həsrət ilə çəkmə gülüm, imtahana,
O, buna çoxdan öyrəşib, nazını çox çəkəcək.

Комментариев нет:

Отправить комментарий