19.02.2012

ÖLKƏ BOYU DİNDARLARIN YENİ HƏBS DALĞASI BAŞLADI


Hakimiyyətdən İranın hədələrinə qarşı növbəti demarş

İran televiziyasının müxbirini və sürücüsünü də tutudular; Tehranın verdiyi notanın ardınca saxlanılanların sayı artır, prezident İlham Əliyev NATO-dakı danışıqlardan dərhal sonra Qubadakı yəhudi qəsəbəsinə səfər etməklə...

İranın Azərbaycanı hədələyən son notasına hakimiyyət demarşla cavab verib. Son bir neçə gündür ölkə boyu dindarların yeni həbs dalğası başlayıb. Əvvəlcə Nardaranda başlayan həbslər Bakıətrafı digər kəndlərə və ölkənin bölgələrinə də yayılıb. Xəbər verdiyimiz kimi, Nardaranda son bir neçə gündə MTN-in həyata keçirdiyi əməliyyatlar zamanı 20-dən yuxarı şəxs saxlanılıb. 

Saxlanılanlara hansı ittihamların irəli sürüldüyü ilə bağlı məlumat yoxdur. Ötən sutka ərzində də həbslər davam edib. Saxlanılanların qohumları “Turan”a bildiriblər ki, MTN əməkdaşları Binə kənd məscidinin axundu, ruhani alim, İranda uzun müddət dini təhsil almış Hacı İlhamı həbs edib. Yaxınlarının sözlərinə görə, saxlanılan zaman ona bildirilib ki, qısa zaman ərzində ondan izahat alınaraq sərbəst buraxılacaq, lakin indiyədək buraxılmayıb.

Комментариев нет:

Отправить комментарий