19.02.2012

Onlara qalacaq


Ülvi Məmmədli

Professional Oxucu Liqası

Bizdən də belələri çıxır

 Gəlin bu dəfəki yazımı bir anekdotla başlayım, bəlkə keyfiniz duruldu.  Deyir binanın 9-cu mərtəbəsində yaşayan biri qayınanasını balkondan sallayaraq deyir, bax, üçüncü mərtəbədəki qayınanasını bıçaqladı, 5-ci mərtəbədəki boğub öldürdü, amma mən onlar kimi vəhşi deyiləm, humanistəm, səni sadəcə olaraq buraxıram... Yəni kişi göstərmək istəyir ki, ondan da betərləri var.

 Həftə sonu qanımı qaraltdılar, bəs mən sizin qanınızı niyə qaraldım ki, bir-iki maraqlı, məzəli hadisələrdən yazım, həm köşə yerim dolsun, həm də məni "veçni" depressiyya salmaqda qınamayasınız. 
 Amerikanın Florida ştatının Martin dairəsində yerləşən Stuart şəhərində polis bir sərxoşu həbs edib. Səbəbi çox maraqlıdı. Hadisə şahidlərinin sözlərinə görə, 68 yaşlı kişi yanacaqdoldurma məntəqəsinin dayanacağında öz velosipedini söyüb. Şahidlər bildirib ki, sərxoş kişi iki təkərli nəqliyyat vasitəsinin üstünə qışqıraraq ona nəsə izah eləməyə çalışıb. Protokol tərtib eləyib aparıblar məntəqəyə. Bu də sənə azad Amerika!
 İngiltərədə isə bir arvad miqrenlə xəstələnəndən sonra tələffüzünü dəyişib,xaricilər kimi danışır. Tanımayanların fransız və ya şərqi avropalı hesab etdiyi 49 yaşlı Kuey Rassel dünyada bu xəstəliyə yaxalanan 60 nəfərdən biridir. 20 ildir miqren xəstəliyindən əziyyət çəkən Rassel qəzet əməkdaşına bu hadisənin onun yazı yazmasına da təsir etdiyini, yazarkən bilmədiyi dil kimi çətinlik çəkdiyini deyib.
 İtaliyanın həmin baş naziri Silvio Berluskoninin arvadbazlığı haqda eşitməmiş olmazsınız. Deyir, bir dəfə o, italyan xanımlara varlı və yaşlı kişilər axtarmağı məsləhət görüb. Bu qiymətli məsləhətindən sonra baş nazir qadın məsələsində uğur qazanmağının səbəblərini də açıqlayıb. Silvio Berluskoni deyib ki, bir çox qadın ona ərə gəlmək üçün növbəyə düzülüb: "Mən bu barədə fikirləşmişəm və səbəbini də bilirəm. Birincisi, mən məzəliyəm. İkincisi, mötəbər şəxsəm, bu da sirr deyil. Üçüncüsü, söhbət gəzir ki, yataqda yaxşıyam. Nəhayət, dördüncüsü, bu qadınlar fikirləşirlər ki, qocayam, tezliklə öləcəm və bütün var-dövlətim onlara qalacaq".
 Elə hər şeyə boş verə-verə gedirik, amma Amerikada yoxsulların vəziyyəti haqda oxuyanda adamın ürəyinin altına od düşür. Deyir, 2009-cu ildə hər yeddi amerikalıdan biri yoxsulluq həddində yaşayıb. 2008-də aztəminatlıların sayı 40 milyondan az və ya 13 faizdən bir qədər çox olub. 2009-cu ildə isə yoxsulların sayı 14 faizi (43 milyon nəfərdən çox) ötüb. Bu ildən isə məlum səbəblərlə bağlı 100 milyona yaxınlaşıb. 
 Ginnesin təzə rekordlar kitabı haqda oxudum, ürəyim təpəyə döndü. Elə qürrələndim ki, elə bil özüm haqda yazıblar. Deyir, İngiltərədə yeni "Ginnes 2011" kitabı nəşr olunub.Hər il yeniləşən kitabın əsas özəlliyi bu dəfə heyvan rekordlarının sayının artmasıdır. Ən çox diqqət çəkən isə boyu 1 metr 20 santimetr olan Darus adlı dovşandır. Bundan başqa, sağlam uşaq dünyaya gətirən 240 kiloqram çəkili, amerikalı Dona Sempson ən ağırçəkili ana ünvanını qazanıb. Dünyada ən çox transfer təkliflərini rədd edən futbolçu rekordu da yenidir. Belə ki, Petrik Relli adlı isveçli futbolçu 46 peşəkar klubdan təklif alsa da, hamısını rədd edib və buna görə də rekordlar kitabına düşüb.
 Amma məni qürrələndirən o oldu ki, düz altı ildir türk qardaşımız Mehmet Özürəyin adı və şəkli kitabdan düşmür. 61 yaşlı Mehmet bəyin burnunun uzunluğu 8,8 santimetrdir. Bizdən də belələri çıxır.
Torpaq yetirir dəə...

Комментариев нет:

Отправить комментарий