19.02.2012

Peterburqda Putinin 16 kiloqramlıq qızıl büstü qoyulacaq


Heykəl bir aydan sonra əridilərək başqa zinət əşyalarına çevriləcək

"Azadlıq" radiosunun Rusiya bürosunun məlumatına görə, Peterburq sakinləri mart ayında Vladimir Putinin qızıldan düzəlmiş büstünü görəcəklər. Belə ki, məşhur "585" qızıl satışı şəbəkəsi bir ay ərzində büstü sakinlərə nümayiş etdirəcək, daha sonra əridərək ondan başqa zinət əşyaları düzəldəcək. Əldə olunan gəlir onkoloji xəstəliklərlə mübarizə aparan xeyriyyə fondlarına köçürüləcək. Məlumatda o da bildirilir ki, aksiya Putinin seçkiqabağı təbliğat kampaniyasının tərkib hissəsi deyil.

Комментариев нет:

Отправить комментарий