16.02.2012

Qənirə Paşayeva Rusiyanın RİA NOVOSTİ kanalına müsahibə verdi



Millət vəkili Qənirə Paşayeva Rusiyanın RİA NOVOSTİ kanalına Xocalı Soyqırımı ilə bağlı müsahibə verib. O, deyib ki, milliyyətindən asılı olmayaq hər bir insan Xocalı Soyqırımını kəskin pisləməli, buna öz etirazını bildirməli və bunu törədənlərin öz layiqli cəzalarını alması üçün əlindən gələni etməlidir. Çünki Ermənistan Silahlı Qüvvələrinin Xocalıda dinc Azərbaycanlılara qarşı törətdiyi soyqırım eyni zamanda insanlıq əlehinə törədilmiş ən böyük cinayətdir. Cəzasız qalan bir cinayət isə mütləq yeni bir cinayətin əsasını qoyur. Ona görə millətindən asılı olmayaq hamıdan Xocalı Soyqırımına öz kəskin etirazlarını bildirmələrini gözləyirik-Qənirə Paşayeva belə deyib.

Комментариев нет:

Отправить комментарий