02.02.2012

"Neznakomka"


Rus rəssamı İvan Kramskının "Neizvestnaya" şedevri. Bəzən bu rəsmə "Neznakomka" da deyirlər. 1883-cü ildə çəkilib... Bu rəsmə baxanda uşaqlıq illərim yadıma düşür. Dayım əsgərlikdən gələndə bu rəsmi də gətirmişdi. Rəhmətlik Nənəmgilin evində divarda asılmışdı. Daha dogrusu böyük medalyon kimi bir şey idi.

Arada bu rəsmin qarşısında durub diqqətlə baxırdım, bilmirəm niyə amma məni özünə çox çəkirdi bu rəsm. Sonradan milliyətcə yəhudi bir dostumun oteldə otağında həmin rəsmi gördüm. Diqqətlə baxdığımı görüb, bu rəsmin xoşbəxtlik gətirdiyini dedi...
Bu rəsmin çəkilməsi hələ də sirr olaraq qalır. Kramskının gündəliklərində və məktublarında bu rəsm haqqında heç bir qeyd yoxdur. Belə bir versiya var ki, Kramski bu gözəlçə ilə Piterdə tanış olub və onun gözəlliyinin əsirinə çevirilib. Başqa bir versiyaya görə bu gürcü zadəgan əsilli Varvara Turkestanişvilidir. Hər kimdirsə bir onu bilirəm ki, sevgi möcüzələr yaradır. Hamınıza saf, ülvi sevgi və xoşbəxtlik arzulayıram bu boranlı qış günündə...
P.S Bu rəsmin elektron versiyasına görə Leyla Sharifovaya təşəkkürlər, onun profilindən hallalığını alıb oğurladım:)


Комментариев нет:

Отправить комментарий