İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı həbs olunub. Bu barədə FaktXeber.com-a müxbirin ailə üzvləri məlumat veriblər. Ailə üzvlərinin verdiyi məlumatda qeyd edilir ki, dünən axşam 5 nəfər polis əməkdaşı evə gələrək heç bir sənəd təqdim etmədən Anarı bölməyə aparıblar. Anarın axşam saatlarına qədər Binəqədi polisində saxlanıldığını qeyd edən ailə üzvləri, “axşam saat 09:30 radələrinə qədər gözlədikdən sonra, 102-ə müraciət etdik. 102-dən bildirdilər ki, Anar narkotikə görə həbs olunub”, - deyə bildiriblər.
“Anar bölməyə gedəndə deyiblər ki, gödəkçəni çıxart asılqandan as. Bundan sonra onun cibinə narkotik qoyaraq şərləyiblər”, - deyə Anar Bayramlının ailə üzvləri əlavə edib.
Anar Bayramlının qardaşı bildirdi ki, 102-dən məlumat aldıqdan sonra müstəntiqlə əlaqə saxladıq. “Müstəntiq Anarla bağlı deyilənləri təsdiqlədi.”
31 yaşlı A.Bayramov 5 ildir İran televeziyasında çalışır. O, “Səhər” peyk telekanalı da daxil olmaqla, müxtəlif tele-radio qurumlarına reportajlar hazırlayıb.
Bundan əlavə dünən Sumqayıtda İran televiziyasının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramil Dadaşov saxlanılıb. Saxlanmanın səbəbləri barədə məlumat yoxdur. Telekanal nümayəndəliyindən baş verənlərdən təəccübləndiklərini bildiriblər və saxlanmanın səbəbləri barədə məlumatın olmadığını deyiblər. Həbslər barədə İranın Bakıdakı səfirliyinə məlumat verilib.
İran səfirliyinin mətbuat katibi Abbas İsgəndəri bildirib ki, səfirlik bu ölkə televiziyasının nümayəndəliyinin əməkdaşlarının qanunazidd əməllərə yol vermələri barədə ittihamları qəbul etmir. İsgəndərinin fikrincə, saxlanılan şəxslər, vicdanlı, düzgün adamlardır və öz işlərində peşəkardır.
İsgəndəri hesab edir ki, İran televiziyasının əməkdaşlarının saxlanması ikitərəfli münasibətlərə zərər vurulmasına yönəlib. Onun fikrincə, son vaxtlar bəzi Azərbaycan KİV-də İran ətrafında beynəlxalq vəziyyət barədə yalnız fikir formalaşdıran məlumatlar yayılır. O qeyd edib “iki gün əvvəl BMT-də İranın narkotik maddələrin yayılmasına qarşı mübarizədə səyləri müsbət qiymətləndirilib”.
Qeyd edək ki, dünəndən etibarən ölkədə dindarlara qarşı növbət həbs dalğası baş qaldırıb. Sumqayıt, Gəncə, Cəlilabad şəhərlərindən və Nardaran və Binə kəndlərindən ümumilikdə 25 nəfərə yaxın inanclı həbs olunub.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədov bildirmişdi ki, Azərbaycana qarşı yönəldilmiş qüvvələrə, Səhər kanalı və digər təşkilatlara cavab verilir və veriləcək.

Комментариев нет:
Отправить комментарий