21.03.2012

Afaq Şıxlı diplom ilə təltif olundu

 
Beynəlxalq Yazıçılar və Publisistlər assosiasiyasının üzvü, Moskva şəhərində yaşayan şairə Afaq Şıxlı Türkiyə Şeir Akademiyasının diplomu ilə təltif olunmuşdur.

18 mart Çanaqqala dəniz zəfəri bayramı günlərində Çanaqqalada keçirilən tədbirlərdə fəal iştirak edən şairə Afaq Şıxlı yaşadığı Moskva şəhərinə gözəl təəssüratlarla qayıtmışdır. Şairə “Türklərin vətən sevgisi, vətənpərvərlik ruhu insanın canın hopmaya bilmir. Və sən bu böyük türk dünyasının bir parçası olmağınla qürur duyursan” deyir.


Keçirilən tədbirlərə Azərbaycandan, Rusiyadan və Türkiyənin müxtəlif şəhərlərindən gələn şair və yazıçılar:  şair Məmməd İsmayıl, Mustafa Berçin, Sərdar Akkoç, yazıçı Nəriman Əbdülrəhmanoğlu və bir çoxları da qatılmışlar. Vətəndən uzaqlarda yaşamasına baxmayaraq Azərbaycanı hər zaman hər yerdə böyük məhəbbət və ilhamla təmsil edən, gözəl şeirlərilə  qəlbləri oxşayan şairəmiz  Afaq Şıxlı Türkiyə Şeir Akademiyasının diplomu ilə təltif olunmuşdur.
 
 
 

Комментариев нет:

Отправить комментарий