22.03.2012

“Bay” quş


Sərdar Tağıyev

Uşaqlıqda bayquşları öldürməyə çalışırdım. Bilmirəm, bu hiss məndə nədən yaranmışdı. Bayquş görən kimi daşla,kəsəklə, onu öldürməliydim. Evin yaxınlığında bayquş səsi gələn kimi düşürdük qaranlıqda ağacların canına. Lənətləyə-lənətləyə kəsirdik səsini. Amma, nədənsə gün uzunu az qala ağzımıza girərək cikkildəyən sərçə ordusu keyfimizə toxunmurdu. Halbu ki, bayquşdan fərqli olaraq – lap elə göyərçin də bizə ziyan vururdu.

Göyərçinlər gündüzlər min zəhmətlə əkdiyimiz əkinin toxumlarını yeyir, gecə də gəlib quruldaya-quruldaya zığlarını və bitlərini tavandan başımıza tökürdü. Biz də əvəzində səhər durub onları alqışlayır və sülh quşu adlandıraraq sevgimizi ərmağan edirik, Amma, bayquş neyləyər? Gündüzlər hamının gözündən kənar yerdə yuxulayar – qışqırıb haray salan insanlar, heyvanlar onun “yuxusuna haram qatsa da” bayquş heç kimə mane olmaz. Gecə elə yer seçər ki, gündüzlər heç kimə mane olmasın. Başını bədəninin içinə qısıb, “öz gecəsini sabah” edər. Gün batandan sonra toranlıqda ayılar, yenə də aqsta-asta həyatını yaşayar. Hətta yeganə quşdur ki, uçduqda qanadlarının havada hərəkəti belə səssizdir, yəni, o, uçmağı ilə də heç kimə mane olmaz. Gecənin bir aləmində başlayaq qərib-qərib oxumağa. Ancaq, insanlar onun səsini bəyənmir. Bu yazıq bayquş neyləsin ki, onun nəğməsi belədi. İnsanlar sinələrinə yatmır deyə, bayquşun səsini yazıblar oxumaq yox, ulamaq kateqoriyasına. Bütün quşlar oxuyur, hətta, bülbül cəh – cəh vurur, bircə bayquş ulayır. İnsanlar, bu kateqoriyanı yalnız bayquş üçün nəzərdə tutub. Necə ki, onu quş kateqoriyasından ayırararaq spesefik bayquş kateqoriyasına aid edib ediblər. Belə məsəl var: Hamı quş gətirəndə filankəs bayquş gətirdi. Yəni, bayquş quş deyil!
Deyirlər, “xarabanda bayquş ulasın”! Bayquş yazıq pis eləyir? Biz yaşayandığımız zaman təmir etdiyimiz evin divarında yuva qurub zəhmətimizi hədər etmir, damına ilan qurbağa toplamır, meyvə ağacında yuvalayıb becərdiyimiz meyvələri dimdikləmir! İlərdir istifadə olunmayan, heç kimə lazım olmayan evlərdə məskən salır.
Düşünürəm insanların niyə bayquşdan xoşu gəlmir? Belə qənaətə gəlmək olar ki, insanlar, hər şeyin, istədikləri kimi edilməsini istəyir. Fərqliliyi qəbul etmirlər. Bu fərqlilik heç kimə mane olmadığı halda. Hətta, bəzən fərqlilik nümunə olduğu halda belə qəbul etmirlər. İstəyirlər bütüb quşlar onlarla bir yatsın, bir dursun. Oxuyanda da onların zövqüncə oxusun. (Yeri gəlmişkən, onlarda tutub bassınlar qəfəsə!) Yetər ki, fərqli olmasın!
Son zamanlar vəhabi adlandırılan insanlarla rastlaşırıq. Bu insanların inamı, imanı barədə yazmaq istəmirəm. Sadəcə gördüklərim əməlləri ilə bu insanlar mənə həmin sakit canlıları xatırladır. Hansı ki, onların başqa qadınlara pis gözlə baxdığını görməmişəm. Bu barədə heç bir ağzıgöyçəkdən də eşitməmişəm. Həmin insanların dediklərinə görə, öz qadınlarının başqa kişilərdə şəhvət hissi oyatmamaması üçünn((bəlkə də kefləri belə istədiyi üçün) hər halda öz ailəsidi) üçün örtülməsini məsləhət görər. (Necə ki, İslamda məsləhət görülüb) Paltarlarını nəcasətdən çirkdən qorumaq üçün, ((bəlkə də, kefləri belə istədiyi üçün) hər halda öz paçalarıdı) tədbir görər. Peyğəmbərlərinin üzündə saqqal olduğu üçün ((bəlkə də, kefləri belə istədiyi üçün) hər halda öz yanaqlarıdı) üzündə saqqalı olar. Şeytan tərəfindən yoldan çıxarılacağından qorxduğu üçün ((bəlkə də utancaq biri olduğu üçün) hər halda bizə qalmayıb) musiqi səsinə oynamaz. Əsas odur ki, bu tip insanlardan kimsənin ziyan gördüyünü eşitməmişəm. Sadəcə onlar bizim kimi deyil. Bəlkə də biz onlar kimi deyilik. Elə ona görə də əksər insanlar tərəfindən ayrı kateqoriyaya ayrırlar. Bu gün mənəvi cəhətdən onlar da bir çoxları tərəfindən “daşqalaq” edilir. Necə ki, mən uşaqlıqda bayquşları belə edirdim. Axı, onda mən uşaq idim...
 

Комментариев нет:

Отправить комментарий