Şərqin Əhmədov
Aylardır hazırlıq görülür:
Qənaətlə pul yığılır,
Ərzaq saxlanılır,
Hər kəs bayramı qeyd etmək istəyir:
Hərə öz bacardığı qədərində.
Aylardır yığılan pullar
Ərzağa xərclənir,
Aylardır saxlanan ərzaq
Yeni alınan ərzağa qatılır.
Bayram süfrəsinə hazırlıqlar
-Yorucu, gərgin işlər başlayır.
“İstirahətdə” olan qazanlar, qab-qaşıqlar,
Iş yerinə dönür.
Müxtəlif çeşidli,
Müxtəlif bəzəkdə,
Şirniyyatlar hazırlanır.
Düyü arıtlanır, ət çəkilir,
Şabalıd qovrulur, düyü qaynadılır, ət bişirilir,
Qazanlar qaynayır,
Qızğın İşdir:
Çünki bu gün Bayramdır.
Bayram günü,
Bayramın rəmzləri,
Açıq-aydın görünür.
Bayram günü,
Səs-küy çox olur,
Yollar, evlər, mağazalar,
İnsanlarla dolu olur.
Bayram günü,
Tək-tək günlərdən biridir ki,
Həyat “qaynayır”.
Bayram günü
Adi gündəkindən çox çalışılır...
Ilboyu ilk dəfədir
İnsanlar çox işləməkdən,
Çox yorulduqlarından,
Şikayətlənmirlər!
Bayram günü...
Matəmlər, yaslar
Unudulur!
Sanki
Onlar heç vaxt olmayıb!
Bayramın rəmzi bunlar imiş...
Günün sonu,
Qızğın işin nəticələrindən
Biri göz qabağında:
Süfrə hazırdır!
Əl götürür, ağız yeyir, mədə həzm edir,
Süfrədə olana aman yoxdur!
Qızğın işdir,
Çünki, bu gün Bayramdır!
Bir an sonra...
Süfrənin üstü bomboşdur...
Aylardır çəkilən əziyyət,
Bir bütöv gün sərf edilən zəhmət,
Bir ana getdi qurban...
Çünki bu gün Bayramdır.
Bir yığın çirkli qab-qacaqlar,
Tozlu otaqlar,
Kirli pal-paltarlar,
Zibilli həyət-baca,
Hamısı təmizlənməlidir!
Çünki, dünən,
Bayram idi...
Комментариев нет:
Отправить комментарий