16.03.2012

Etiraf edirəm ki…

Прикольные анимашки (15 шт)
İlkin Seyidzadə


Bir qrup bloqer maraqli bir tendensiya başlayıb. Etiraflar haqqında yazırlar. Hər kəs nələrisə etiraf edir. Maraqlı gəldi, qoşulmaq qərarına gəldim.


Beləliklə:
-         Etiraf edirəm ki, hansı etirafdan başlayıb, hansı ilə bitirəcəyimi hələ dəqiqləşdirməmişəm.
-         Etiraf edirəm ki, həmişə publikanın diqqət mərkəzində olmağı xoşlamışam.
-         Etiraf edirəm ki, yalan danışmağı xoşlamasam da, lazım gələndə bunu çox ustalıqla bacarıram.

-         Etiraf edirəm ki, yaxşı dost deyiləm.
-         Etiraf edirəm ki, hərdən çox kobud oluram.
-         Etiraf edirəm ki, qohumlarımın hamısını çox sevirəm, ancaq çox darıxdığım yalnız bir insan var: əmim qızı – Alsu
-         Etiraf edirəm ki, əvvəllər etdiyim bəzi səhvlərə görə çox peşman olsam da, büruzə verməməyə çalışıram.
-         Etiraf edirəm ki, uşaqlığım inanılmaz dərəcədə maraqlı keçib.
-         Etiraf edirəm ki, utancağam və daima boğmağa çalışdığım komplekslərim var.
-         Etiraf edirəm ki, “etiraf edirəm ki” ifadəsini hər dəfə yazmaqdan bezdim artıq.
-         Etiraf edirəm ki, bağçaya getdiyim vaxtlar babnik olmuşam.
-         Etiraf edirəm ki, hal – hazırda layiq olduğum yerdə olmadığımı düşünürəm, ancaq gələcəkdə layiq olduğumdan da daha artığını qazanacağıma əminəm.
Прикольные анимашки  (20 гиф)-         Etiraf edirəm ki, hər dəfə Justin Timberlake – in “Cry me a river” mahnısına qulaq asanda nədənsə bir vaxtlar ən yaxın dostlarımdan olan Fidan yadıma düşür. Halbuki, heç bir əlaqəsi yoxdur.
-         Etiraf edirəm ki, seçim qarşısında qalanda 99% hallarda səhv addım atıram. Qalan 1 % – də isə hər iki addım yaxşılığa doğru olur.
-         Etiraf edirəm ki, axır ki, ağlıma gəldi ki, “etiraf edirəm ki” ifadəsin copy eləyim və hər cümlənin əvvəlində paste eləyim.
-         Etiraf edirəm ki, yaltaqlanmağı bacarmamağım bəzən mənə ziyan eləyir.
-         Etiraf edirəm ki, həyatımda cəmisi 1 dəfə tanış olmaq üçün qıza yaxınlaşmışam.
-         Etiraf edirəm ki, bəzi “vətənpərvər” dostlarım ruslara nifrət etsələr də, mən onları çox sevirəm.
-         Etiraf edirəm ki, insanlar ilk baxışdan mənim özümdənrazı olduğumu düşünür, ikinci baxışdan buna əmin olur, tanıdıqdan sonra isə belə düşündüklərini ETİRAF edib, üzr istəyirlər.
-         Etiraf edirəm ki, əslində yuxarıda qeyd elədiyim insanlar hər 3 halda haqlıdırlar.
-         Etiraf edirəm ki, son bir neçə ayda bir qızdan hədsiz dərəcədə xoşum gəlsə də, bunu hələ ona deyə bilməmişəm.
-         Və sonda etiraf edirəm ki, edə biləcəyim hələ çox etiraf var idi, amma etmədim.
Прикольные анимашки  (20 гиф) 

Комментариев нет:

Отправить комментарий