22.03.2012

Fellini və Tarkovski üçün ssenari yazmış Querra vəfat etdi


Məşhur italyan ssenariçisi Tonino Querro 92 yaşında vəfat edib. 
O, dahi italyan rejissoru Federiko Fellininin “Amarkord”, “Cincer və Fred”, “Orkestrin məşqi” kimi filmlərinə ssenari yazıb.
Querra 1920-ci il martın 16-da İtaliyanın kurort şəhəri olan Rimini yaxınlığında kiçik kənddə anadan olub və demək olar ki bütün ömrü həmin yerlərdə keçib.  
Urbino Universitetinin pedaqoji fakültəsini bitirib, hələ nasist düşərgəsində saxlanarkən bədii yaradıcılığa başlayıb.
Mikelancelo Antoniolinin “Qırmızı səhra”, “Macəra”, “Gecə”, Andrey Tarkovskinin “Nostalgiya” filmlərinin ssenarisini də o yazıb.

1970-ci illərin ortalarında Sovet vətəndaşı Eleonora Yabloçkina ilə evlənib.
Querra ən yaxşı ssenariyə görə 3 dəfə Oskar mükafatına layiq bilinib: "Kazanova 70", "Amarkord", "Fotoböyütmə".  


azadliq.org


"Amarkord" filminin treyleri
                             

Комментариев нет:

Отправить комментарий