22.03.2012

Əlimi çəkdiyim günün xoş üzü


Aliya Əsədova

DİVARIN HƏMİN YERİNDƏ

Bu balaca oğlan
aradabir rəsm cizir
qaralama dəftərin kənarına,
dünən onu həyətə buraxmayan
dayənin çənəsinə
bığ-saqqal da qoyub,
adını da yazdı altından:-
`Könül`
Bu gün Könülün ad günüdü,
hər dəfə onu qoyub gedəndə

bir oğlan görür

boyu boyundan uca,
saçı saçından qısa
tökülüb, seyrəlib tamam;
hər gün gəlir Könülü qarşılamağa.
Bu gün gördüklərini anasına deyəcək,
çəkdiyi bığ-saqqallı şəkli
Könülə hədiyyə edəcək.

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки) 
ÜZÜMÜZDƏN ÜZ TÖKÜLÜR  

Əlimi çəkdiyim günün xoş üzü,
üzü dəyişməyə hələ ki tələsmə,
üzlər görəcəksən
üzündən üz tökə-tökə,
üzlər çevirəcəksən,
gəzib-dolanacaqsan-
düşməyəcəm yadına,
daha bir gün görəcəksən
qapını döyəcək günün pis üzü,
elə istəyirəm çıxım yadından,
bilirəm ki yenə üzüm gəlməyəcək.
Üzümüzdən üz tökülür.

 (412x312, 267Kb)MİNİATÜR  

Oxuyursan
sinaqoqdan hədiyyə aldığın kitabı,
yandırırsan
kilsədən verilən şamları,
əyləşirsən
şəhərin tapındığı
üzü qurumuş heykəllərə sarı,
miz filan da yox burda
şəhərin çəp yeridi-
yerin yerdən rahatmış...
bir dərin ah çək
əl salla boylanan Günəşə,
qorxub çəkinmə
onsuz da görünmürsən-
indi göyə bax,
baxdınmı?
dur salavat çək.
 

Комментариев нет:

Отправить комментарий