18.03.2012

“Masallı Mamed”in heykəli qoyulacaq

“Qanuni oğru” “Masallı Mamed”in abidəsi artıq hazırdır. Onun il mərasimində abidənin açılışı olacaq. Bu arada qeyd edək ki, “Masallı Mamed”in həyat yolu ilə bağlı kitab da nəşr olunub. AzərNurun müəllifi olduğu kitabda “qanuni oğru”nun həyatındakı maraqlı hadisələr, fotoşəkillər əks olunub. Yeri gəlmişkən, kitabda “Masallı Mamed”in abidəsinin də fotoşəkli var. “Qanuni oğrular” “Lotu Bəxtiyar” və “Sabirabadlı Hikmət”dən fərqli “Masallı Mamed” ayaq üstə təsvir edilib.
Xatırladaq ki, “Masallı Mamed” ötən il martın 20-də cəza çəkdiyi həbsxanada dünyasını dəyişib. O, Azərbaycanın ən nüfuzlu “qanuni oğru”larından biri olub.

Комментариев нет:

Отправить комментарий