08.03.2012

Ruhulla Axundzadədən İsa Qənbərə

Ruhulla Axundzadədən İsa QənbərəHicab qadağasına görə şərlənərək həbs olunmuş və hal-hazırda zindan həyatı yaşayan Ruhullah Axundzadə İsa Qənbərin fikirlərinə münasibət bildirib. 

Sizlər evrovision keçirilməsinin ölkənin imicinə müsbət təsir göstərəcəyini utanmadan, xəcalət çəkmədən söyləmədəsiniz. Axı siz Həccdə olmusuz. Bu nə riyakarlıq.

Bağışlayan və rəhm edən Allahın adı ilə.

İsa Qəmbər 55 yaşı ilə və eləcə də başqanlığa namizədliyini irəli sürmədiyi üçün (bu müsavatın nizamnaməsinə əsasəndir) başqanlıqdan getməsi ilə bağlı Rauf Arifoğlu ilə müsahibəsinin suallarına (əsasən İranla və eləcə də dindarların həbsi ilə bağlı qısqanclıqdan həmçinin ağaları tərəfindən təhrik edilərək belə qoyulmasına) münasibət bildirməyi özümə borc bildim. 

İsa Qəmbər Elçibəy vaxtında İran İslam Respublikası ilə münasibətlərin gərginliyinə iradlar olduğunu bildirir. 
Bəli Elçibəy vaxtında Amerika və Qərbin təhriki ilə dədə baba əlifbamıza deyil, olmayan millətin latın əlifbasını qəbul etməsi, özünündə peyğəmbər nəvəsi olmaqla şiə təriqətli müsəlman kimi islama deyil qərbpərəstliyə, dünyəviliyə meyilliyi Sizin kimi müsavatçıların təhriki və dəstəyi ilə baş verirdi. H.Əliyevi hakimiyyətə gətirən Türkiyə (necə ki, bu gün də 30 milyon Azərilərin yaşadığı İran İslam Respubliksını deyil olayaq kimi Türkiyəni görmədəsiniz) sonrakı dövrdə bu hakimiyyətin Amerikanın qucağına atılaraq ölkəni 53-cü ştata çevirdikdən sonra Sizin İrana münasibətinizi təkrarlamaqla Qərbə, Amerika və Dünya sionizminə Sizi deyil onu yəni Yeni Azərbaycançıları dəstəkləməyi “xahiş etdi”. Siz isə H.Əliyev hakimiyyətinə “bizi eşitməsən yerinə Müsavatçılar hazırdır” bomokl qılıncı kimi başları üstündə tutuldu. İran İslam Respublikası Qərbin dediyi kimi, Sizlərin və digər sionistlərin tülə payı ilə cızmaqaraçılarının da çərənlədikləri kimi rejim deyil, Allah-təalanın yer üzünə əmr etdiyi təslimçi, islamçı, təkAllahlıq ideologiyası, axirətçilik, dövlətçilik, xalqın hakimiyyətçiliyidir. Dünyanın Sizlərin də ağızlarının suyu axan Demokratiya adı ilə kapitalizm, sionizm hakimiyyəti olan Amerika və digər Demokratik rejimlər Avropa dövlətləri də daxil olmaqla heç bir ölkəsində seçkiləri, İran İslam Respublikasında keçirilən seçkilərlə müqayisə etmək qeyri mümkündür. İstər bələdiyyə, istər parlament istərsə prezident seçkiləri, xalqın ciddi və gərgin iştirakı və nəzarəti ilə keçdiyi Sizlərə də yaxşı məlumdur. Və eləcə də şah rejimindən sonrakı 33 il dönəmində xalqın dəstəyi və iştirakı ilə inkişafı, millətlərin dost qardaş kimi birgə yaşayışı nəticəsində (burada nə təriqət, nə millət, nə də vəzifəli vəzifəsiz ayrı seçkiliyi yoxdur) vətəndaşların əmək haqlarının dolanışığa təsiri nəticəsində maddi mədəni inkişaf və digər müsbət irəliləyişlər 20 illik müstəqil Azərbaycanımızda tərs mütənasiblik təşkil edir. 

Əgər İranda bir millətin 2010-cu il zamanı bir aylıq əmək haqqı orta hesabla 1200 dollar küçə süpürənin (özüdə orada bu işlər qadınlar tərəfindən deyil əks cinsin nümayəndələri tərəfindən həyata keçirilir) 500-600 dollara qarşı bizdə 50-60 dollar, həkimlər 1000-1500 dollar arası, biz də isə 100-150 dollar alması, belə bilirəm çox şeyi deməkdədir. 
Orada hansısa Prezident, Nazir və ya yüksək post məmuru sizin Azərbaycan Nazirləri kimi aliqarxa çevrilməyib, çirkli pullar hesabına xarici ölkələrdə şirkətləri, daça və malikanələri yoxdur və bu və ya başqa ərzaq, paltar, dərman və digər əşyaların istehsalı, istehlakı, alqı-satqısı inhisarda deyil.
Qaldı Rəhbərə onun həyatı, yaşayışı, dolanacağı Dünyada olan bütün ayrı-ayrı Ölkələrin Rəhbərləri və dini liderlərin, istər Papa, istər Xaxan, istər bütpərəst dini Rəhbərlərin yaşayışı ilə müqayisə etməyi ağlınıza da gətirməyin.

Bu gün Türkiyə Prezidenti və Baş Naziri bu xətt ilə Dünyaya sübut edirlər ki, İslami ideologiyaya söykənib idarə etmə ən üstün idarə etmədir. 
Azərbaycan-İran, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya münasibətlərinə keçək. Hələ 4 il bundan qabaq Rövşən Novruzoğlu bir mütəxəssis kimi, yuxarıda adların qeyd etdiyim dövlətlər arasında münasibətlərin gərginləşməsinə maraqlı Ölkə kimi Amerika, İngiltərə və sionist İsrailin adını çəkməklə çoxlu sayda 50-100-120 (hər bir ölkə ilə ayrı-ayrılıqda) plan çəkdiklərini zaman, məkan çərçivəsində həyata keçirtdiklərini və keçirəcəklərini televiziya ekranından söyləmişdi. Elə bu və bu sayaq çıxışlardan sonra onu həbs etdilər. Səhf etmirəmsə 3 il həbsdə qaldı. 

İndi hörmətli Rauf Arifoğlu və Müsavat başqanı niyə sual qoyulmayır ki, İsrail haranın itidir 200 ədəd nüvə başlıqlı atoma malik ola bilər, onlarla qeyri müsəlman ölkələri atom elektrik stansiyasından istifadə etmək hüququ qazana bilir, ancaq İran İslam Respublikası bu hüquqdan istifadə edə bilməz (hansı ki, erməni dığalarının da atom elektrik stansiyası var) və ya Amerikanın 1400 şəhər, qəsəbələrində, xalq kapitalist idarəçiliyinə yox deyərkən Obamanın daxili, xarici siyasətindəki yarıtmazlığa etiraz edənləri, vəhşiliklə döyüb, minlərlə sadə vətəndaşını al qana bulayıb həbsə saldırır, heç qaşın üstə göz var deyən yox, Suriyada dırnaqarası müxalifət bandası yaradılaraq əl-qaidən vəhhabiləri Amerika və Səud tərəfindən maliyələşdirilib, silahlandırıb qarşıdurma yaratmaqla İsrailə müxalif hakimiyyəti Bəşər Əsədi sıradan çıxarmağa rəyinizi ədalətlə bildirməməklə nə demək istəyirsiniz? 

İran İslam Respublikasının ayrı-ayrı şəhərlərinə müayinə və müalicə olunmağa gündə 2000-3000 şimali Azərbaycanlı getdiyi halda və sərhəd rayonları və Naxçıvanın bütün şəhər, qəsəbələri və hətta sərhəddən uzaq rayonların sakinləri ərzaq, geyim ( qiymətləri bizdən ən azından 40-50% fərqlidir) üçün gedib qayıdırsa və eləcə də Azərbaycandan gedən zəvvarlara və oxumağa gedənlərə (sizlər təkcə Ruhaniyyə düşünürsünüz. Lakin İranın Qum, Məşhəd, Tehran, İsfahan, Ərdəbil, Təbriz şəhərlərində həkim, hüquqşünas, pedaqoq, mühəndis və digər ixtisaslarda onminlərlə bu tay Azərbaycanlı təhsil alır) göstərilən münasibət, oradan bu taya gələnlərə göstərilən münasibətlərlə daban dabana ziddir. İnanmırsınızsa Astaradan Bakıya kimi bir həftə müşahidə aparın, hər şeyi öz gözünüzlə görüb xəcalət çəkəcəksiniz. 

Azərbaycanda məhkumluq həyatı keçirən dindar, müsəlman, islamçıları yaddan çıxarmayın hələ 1918-ci ildə Müsavatçıların da hakimiyyətə gəldiyi və Azərbaycan Müsəlman Demokratik Respublikasının əsas mücahidləri islamçılar olduğu tarixi faktdır. 5-10 müsavatçı 1937-ci illərdə repressiyaya məruz qalıbsa, 10 minlərlə dindar, ruhani, müsəlman islamçılar sürgün olunub, şəhadətə çatıb, həbsə alınıb. Hal-hazırda da 1937-ci il bu dəfə Rusiyanın deyil, Qərbin Amerika və sionizmin xeyir duası ilə repressiyaya dindarlar islamçı olduğu üçün məruz qalır.

Rauf Arifoğlu kimi yazarlar, redaktorlar isə Qərb ağalarının təhriki, zalim Azərbaycan hakimiyyətinin hədə qorxusu və bir aliqarx inhisarçının maliyə köməyi ilə xarici maşında əyləşməklə, konfort bağ malikanəsi ilə dünyəviliyi dəstəkləmədədir. Sizlər islamçıların məhkəmə prosesini də işıqlandırmağı özünüzə “rəva” bilmədiz və ya rəva bilmədilər. Bizlər istəmirik bizi siyasi, vicdan, hicab məhbusu sayıb Avropa ölkələrindən dəstək verilməsini xahiş etsinlər. Bizim üçün dünya özü zindandır. Azərbaycan vətənim isə Qvatelama həbsxanasıdır. 

Qaldı bizim həbsdən çıxma məsələmiz, bizi yaradanın məsləhəti budur və onunla razıyam. Lakin, gün kimi aydındır ki, zalim Yəzid hakimiyyətinin Sizlərin ağalarının xeyir-duası ilə milləti ölkədən hicrət etmiş, qeyrətli, namuslu, vicdanlı dindarları yığaraq həbsxanalara atdırır, ən pisi isə xalqın kasıb təbəqəsinə göz dağı çəkdirib küçələrə 3 günlük, mütrüflük və mavilərin hüquqlarının təminatı üçün yüzlərlə evlər xalqın başına dağıdılıb tökdürülür ki, evrovision keçirmək üçün beytül-malı talan edir. Sizlər isə evrovision keçirilməsinin ölkənin imicinə müsbət təsir göstərəcəyini utanmadan, xəcalət çəkmədən söyləmədəsiniz. Axı siz Həccdə olmusuz. Bu nə riyakarlıq. Vəssəlam.

Axundzadə Ruhullah Höccətullah oğlu       http://xeber44.com/

Комментариев нет:

Отправить комментарий