09.03.2012

SOVET HÜQUQU əvəzinə, DƏFN BİZNESİ CƏMİYƏTİNİN eybəcərlikləri...

Bəzi cahil insanlar Sosialist Respublika dövrü haqqında  gənc nəsildə mənfi rəy yaratmaq ücün , kütlələrin dini inamını istismar edərək iddia edirlər ki, sovet cəmiyəti allahsız quruluş idi və guya son 20 ildə”müstəqillik” sayəsində dinə-imana gəlmişik.Doğrudanmı belədir?…Əgər kimlər belə düşünürsə onlara xatırlatmaqda yarar var ki,”allahsız” sovet cəmiyətində insanlara ölüsünü dəfn etmək ücün torpağı pulnan satmırdılar, indi isə qəbr yeri tapmaq əməlli başlı problemdir.”Torpaq qıtlığı” bu sahəni gəlirli biznesə cevirib.İnsanlara məzar yerini pulnan satırlar.

Digər tərəfdən hec kəsə sirr deyil ki, bu gün ölüsü düşən şəxs sözün əsl mənasında maliyə cəhətdən müflüsləşir.Hətta elə insanlar var ki, ölüsünü dəfn etmək ücün bankdan faizlə borc götürməli olur, hansı ki, faiz islama görə günahdır.Amma “allahsız” sovet cəmiyətində isə əksinə dövlət ölüsü düşən ailəyə dəfn pulu ödəıyirdi ki, bununlada ailə hec bir maddi ehtiyac hiss etmədən yaxınının dəfinini həyata kecirirdi.Belə ki, 1972-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 258-ci maddəsində deyilirdi:”Dəfn ücün müavinət fəhlə, quluqcu, və ya onun himayəsində olan ailə üzvülərindən aşağıdakılar: arvad, ər, on səkkiz yaşına catmamış və ya əmək qabiliyəti olmayan ( yaşından asılı olmayaraq ) uşaq, qardaş, bacı, baba və nənə vəfat etdikdə verilir”.
Bu o deməkdir ki, sovet cəmiyətində yaşayan hər bir vətəndaş işləməklə nəinki, özünün və ailəsinin həyatını təmin edirdi, hətta öldükdə və ya hər hansı ailə üzvünü itirdikdə belə dəfn xərcləri dövlət hesabına qarşılanırdı.Necə deyəllər Sosialist Respublika dirisinin qayğısına qaldığı kimi ölüsünündə dəfn xərcini ödəməklə vətəndaşlarına olan son borcunuda ləyaqətlə yerinə yetirirdi.Bəli bu kimlərinsə”alahsız” hesab etdiyi bir cəmiyətdə ölüyə və diriyə qoyulan yüksək hörmət, ehtiram, indi yaşadığımız DƏFN BİZNESİ cəmiyətininsə gözönündə olan eybəcərlikləri, əxlaqsızlıqlarıdır.Dinə imana qayıtmaq adıyla əgər ölüylə alver etmək vərdişləri qazanmışıqsa onda hansı normal insani münasibətlərdən söhbət gedə bilər? Və bu bir daha sübut edir ki, bazar əxlaqına əsaslanan, iyrənc mənfəət qanunuyla yaşayan , mövcudluğunu hər cür maddi və mənəvi dəyəri əmtəəyə cevirib satmağa borclu olan kapitalizm cəmiyətinə ücrəngli parcadan pərdə örtsəniz belə yenədə əxlaq və insani dəyərlər adına , yaxşılığa doğru hec nə dəyişmiyəcək.Unutma KAPİTALİZM ƏXLAQSIZLIQ DEMƏKDİR!!!

Комментариев нет:

Отправить комментарий