03.03.2012

Təzəxan Mirələmli “tıxaca” görə saxlanıldı


2 saatdır Səbail rayonunda tıxacdan iflic yaşanır


İki saata yaxındır Səbail rayonu Bayıl ərazisində yollarda tıxacdı. Həmin ərazidən şəhərə giriş və çıxış tam kilidlənib. Tıxacın səbəbi “Bayraq meydanı”ına gedən yolda aparılan təmirdir.
Tıxacın şiddətlənməsi sürücülərin bir müddət “siqnal” etirazı ilə müşayət olunub. İnsanların da bəzisi avtobuslardan düşərək yaranmış vəziyyətə görə etirazlarını şüarlarla ifadə ediblər.
Bu saatlarda gələn xəbərlərə görə AXCP fəalı Təzəxan Mirələmlini yolda olan tixaca etiraz etdiyinə saxlanılaraq Səbail rayon 8-ci bölməsinə aparılıb.
T. Mirələmlinin “Azadlıq”a  verdiyi məlumata görə, onun barəsində polisi təhqir etmək bəhanəsi ilə protokol tərtib etmək istəyirlər.

Комментариев нет:

Отправить комментарий