08.07.2012

Evlənsəm yaxşı günə çıxarammı?

Vasif Əlihüseyn


Hələ orta məktəb də oxuyan vaxtdı, rəhmətlik nənəmdən soruşardım ki, o vaxtdı toyu necə edirdilər. Nənəm gəlin köçməyindən danışan da gülürdüm. Çünki, at arabasında gəlin gəlmişdi, babamgilə. İndi isə elə deyil, çox dəyişib hər şey. Türk qardaşlarımızın dili ilə desək, gəlin indi də “arabay”-la gəlir. Özü də üstü açıq bunu isə at yox, bir neçə at gücündə olan mühərrik dartır. Bəy isə, həmişə olduğu kimi yenə idarə edir. Amma o vaxt ki, dövrə baxan da, indi oğul evləndirməklə, qız köçürmək üçün kalan pul lazım olur. Bitirdiyim orta məktəbdə bizdən sonra demək olar ki, ali məktəbə qəbul olmaq heç kimin vecinə deyil.
Sistem elə qurulub ki, qız məktəbi qurtaran kimi ərə gedir. Oğlan da istəsə hərbi xitmətini başa vurur, vurmaq istəməyən də pulunu verib “ne qodnı” “yararsız” hərbi bilet alır. Bir ildən sonra da evlənib başlayır sahədə can verməyə. Saqqalına da baxanda, adam elə bilir bu da “Vəhabidi”.
Adamı yandıran o deyil, adamı yandıran odur ki, çox eşitmişəm. Bir çox valideyinlər  belə deyir ki, qız oxumaz.
Niyə?
Balam qızın təhsil almağa haqqı yoxdumu?
Biz deyək ki, kişi xeylağıyıq deyək ki, biz gedib daş da daşıyıb ailə saxlaya bilərik. Bəs əlində sənədi olmayan bir xanım evdə cücələrə baxan kişiyə getdikdə, nəylə ailəsini saxlayacaq?
Kəndimizdə bir çoxlarını tanıyıram ki, kişi evdə uşaqları saxlayır, xanımı isə müəllimə işləyir.
Söz yox, o qız da seçimini düz etmir çünki, ali təhsilli qız çadır toylarının “solisti” ağ köynəkli qara şalvarlı oğlana gedir.
İmkansızlıq deyirlər, qız gəlin köçən də, bir-birinin bəhsinə o qədər cehiz verirlər ki, qız ailə qurduqdan sonra övladının düz iki yaşına kimi qızın valideyinləri  kredit ödəyir.
Yadımdadı, qonşumuz köhnə televizor gətirdiyinə görə arvadını qəşəngcənə əzişdirmişdi. Bizim kəndə təzə adət çıxıb, bəyə kostyumu qayın atası alır. Təsəvvür edin qayınata və ya qız evindən biri bəylə gedir bazara, bəy kostyumu seçib bəyənir, qayın ata tərəfdə pulunu ödəyir.
Daş o kişinin başına ki, əyninin paltarını qayın atası alır.
Yanılmıramsa, bir il olar ki, “Milli Məclis” qız qaçırmaqla bağlı çox gözəl qərar qəbul etdi. Qız qaçırmaq adam oğurluğu kimi qiymətləndirildi. Çox gözəl, lehinəyəm. Camaatın qızını zorla özünə ailə etmək də doğru deyil axı:
Bir dəfə kəndə həyətdə gəzirdim, gördüm ki, evimiz yan-yörəsində “Polislər” var. Polislərlə söhbətdən sonra anladım ki, qonşumuza azyaşlı qız uşağı məktəbdən çıxan da qaçırılıb.
Belə də, şey olar?
Bu universitet tələbəsi deyil axı, orta məktəb tələbəsidi.
Nəysə, burda da sağollaşmaq istəyirəm sizinlə bilirəm çox danışdım.
Hələ evlənməmişəm, düşünürəm...
Evlənsəm günə çıxarammı?
Mənim üçünsə, ailə quracağım insanın cehizi onun atasının mənə aldığı kostyum yox, təhsili önəm daşıyır...

vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий