05.07.2012

Fast food və ya McDonalds camaatın evini necə yıxır?

Amerikada maraqlı bir eksperiment keçirilib. McDonalds-dan alınan və uşaq yeməyi kimi qələmə verilən “Happy Meal!” yarım il saxlandıqdan sonra belə xarab olmayıb!


Britaniyanın mötəbər The Daily Mail dərgisinin verdiyi xəbərə görə, xanım Sally Davies (sənətcə foto-rəssamdır) tərəfindən keçirilən eksperiment maraqlı və eyni zamanda dəhşətli nəticələr əldə edib. Eksperimentin hər günü “Happy Meal”-ın şəkili çəkilib. McDonalds möcüzəsi bu müddət ərzində nəinki xarab olmayıb, hətta yüngülcə belə kiflənməyib. Yeganə dəyişiklik — 6 ay ərzində “Xoşbəxt qida” bərkiyib olub daş parçası.


Bu da bir daha McDonalds məhsullarının insan orqanizmi üçün katastrofik dərəcədə qorxulu olmasının növbəti sübutudur.
Bundan əvvəl bu tipdə bir neçə testlər keçirilib. Məsələn, Nyu-Yorklu bir araşdırıcı öz üzərində eksperiment aparıb — o 30 gün ərzində yalnız McDonalds məhsulları ilə qidalanıb. Nəticədə 33 yaşlı tam sağlam insan 30 gün ərzində 11 kilo kökəlib, onda ürək sancıları, qaraciyərin bərkiməsi, həmçinin mədə-bağırsaq problemləri müşahidə olunub. Eksperiment yarımçıq bitib, eksperimentator isə düz 2 il müalicə almalı olub.
Bax belə. Görəsən bütün bu faktlar bizimkiləri McDonalds məhsullarından imtina etməyə bəs edəcək? Fikrimcə yox.
Birincisi, bizim millət McDonalds-a ya qız (oğlan) “tutmağa” gedir (adətən Bluetooth-la), ya da “risovkalığa”.
İkincisi, camaat rayondan gəlib McDonalds-da oturmağı, nəsə yeməyi “sverx-prestij” hesab edir.
Üçüncüsü isə, sağlamlığımıza “biganə” yanaşma adətimizi nəzərə alıb, indi hər kəs deyəcək — guya yediyimiz digər qidalar fərlidir? Əşi, bas getsin…
Bu arada McDonalds məhsulları həqiqətən dadlı olur.:)


http://www.bir.az/

Комментариев нет:

Отправить комментарий