Əli Şirin Şükürlü
tup. - bilirsən nələr oldu nələr sən olmayanda
tup.tup. - gün çıxır qaranlıq düşür fəsillər dəyişir. az-az görürsən çox şeyi
bilirəm. az-az görürsən torpaq necə nəfəs alır günəş necə qürub edir. ..
yağmurların səsini eşidirsən yəqin. romantikası olsa da yağmurlar zərər
vurur bəzən çörəyi daşdan çıxan adamlara. daha doğrusu çörəyi
torpaqdan çıxanlara. son vaxtlar tez-tez daşqınlar olur məmləkətdə.
bundan sonra necə deyəsən torpağı sevin çörəyi torpaqdan çıxanlara.
bilmirəm nədən burdan başladım söhbətə. deyiləsi sözüm çoxdu sənə
tup.tup. tup. – bilrsən nələr oldu nələr sən olmayanda
şəhərlər kəndlər ölkələr dəyişdi sən olmayanda adamlar dəyişmədi
xaraba qalan şəhərlər kəndlər də var. müharibə gedir müsəlman
ölkələrində hələ də. inqilab eləyirlər. demokratiya quraşdırırlar.
insanlar ölür hədərə. hər ölən insanda bir dünya ölür - unudurlar.
dəyişir çox şey. dəyişir şahlar tiranlar da. insan dəyişmir.
şəhərimiz də abadlaşır. bayılda təzə bulvar salıblar. hər axşam gəzirik
dəniz sahilində. mən daha çox dənizi seyr edirəm – özün bilirsən
də. avroviziya da bayılda keçirildi axı – yeni kristal sarayda. sən
görməmisən – bayraq meydanında.
tup.tup.tup.tup. – bilirsən nələr oldu nələr sən olmayanda.
yeni planet tapıblar alimlər.
təəssüf hələ də xərçəngdən ölür adamlar.
deyirlər - toyuqlar kimi modifikasiya olunur genetikası
meyvələrin də. amma nə də olsa çox yaraşıqlı görünürlər.
dəyişir dedim yadıma əlil arabasındakı qız düşdü. köhnə
qonşunuzu deyirəm. dəyişməyən şeylər də var sən olmayanda.
məsələn əlil arabasındakı o şikəst qızın üzündəki təbəssüm
və
illərdi arabanı gəzdirən yaşlı ananın gözlərində kədər.
bilrsən daha nələr oldu nələr...
tup.tup.tup.tup.tup. – bilirsən nələr oldu nələr sən olmayanda.
iki gənc şairi tutublar iranda; Şəhriyarla Fəridi. qoşa
şəkillərin tez-tez verirlər mətbuatda. son şəkildə çox sınıx
görünür uşaqlar. iki aydan çoxdur ki həbs olunublar.
şairə “casus” deyir, qatili qəhraman eləyir bəzən nadanlar.
adam məətəl qalır. hər bir insanla bir dünya ölür –
unudurlar.
tup.tup.tup.tup.tup.tup. – bilirsən nələr oldu nələr sən olmayanda
əmi öldü – çox sevdiyimiz əmi. yaraşıqlı mehriban. sən
hələ də xəbərsiz. yoxsa sıxıntıların artardı bir az da.
onsuz da yerin bir o qədər geniş deyil yəqin ki
həbsxana divarları arasında. həyat insan yaşadıqca
dəyərli olur. əslində fərqi nə - həyat ya ölüm
həyat ölümün dəyişmiş şəkli ölüm həyatın.
varlığın yanında daima yoxluq. yoxluğun içində
daima varlıq. arada məsafə ölçüyəgəlməz.
tup.tup.tup.tup.tup.tup.tup. – bilirsən nələr oldu nələr sən olmayanda.
mən hələ də yaşamaqda dənizi günəşi torpağı...
insanları seyr edə-edə
və
tup. tup. tup. tup.tup.tup.tup... – döyülən qapıdı ürəyim
açılmır ki açılmır.

Комментариев нет:
Отправить комментарий