Əsrlər boyu
insanlara elə təbliğ olunub ki, guya banklar az qala iqtisadiyyatın məhək
daşıdır. Əslində bu iddia mifdən başqa bir şey deyildir. Bəlkə də banklar qədər
iqtisadiyyata ziyan vuran ikinci bir struktur tapmaq mümkün deyil. Çünki
banklar zahirən özlərini nə qədər yaxşı tərəfdən qələmə verməyə nail olsalar
da, əslində insanların cibinə girirlər və onlar adamların acınacaqlı maddi
durumda qalmasında maraqlıdırlar.
Lakin
banklar aptek də deyildir ki, ona təbii zərurət olsun. Valyuta mübadiləsini,
pul köçürmələrini, əmanət şəklində faizsiz pul qoyuluşlarını və bu kimi normal
xidmətləri nəzərə almasaq, bank sisteminin failiyyətinin iqtisadiyyata heç bir
dəxli yoxdur. Bankların
mahiyyətində sadəcə mədəni, “sivil” quldurluq, pislik durur.
Pulun pula satılması absurd bir şeydir. Normalda ancaq mal, xidmət pula satıla bilər. Hal-hazırda maliyyə böhranı bürüyən dünyanın təcrübəsi də onu göstərir ki, banklar kütləvi surətdə insanların, ələlxsus kasıb təbəqənin evini yıxır, dolayısı ilə milyonlarla ailəni müflis, bədbəxt edir. Bu baxımdan dində faizə pul almağın, verməyin günah sayılması heç də təsadüfdən deyil.
Əlbəttə, böyük
bir qism adam nəfsə uyaraq yanlış olaraq hesab edir ki, pul olmayanda və borc
verən də az olanda ən yaxşı və düzgün yol elə heç kimin minnətini götürməyərək
bankdan pul götürməkdir. Bu səhv fikrin formalaşmasında bankların
həvəsləndirici və şirnikləndirici təkliflərinin, təbliğlərinin böyük rolu var.
Necə deyərlər, çətini quyuya, tələyə salıncadır. Sonra onlar sənə yox, sən
onlara yalvaracaqsan.
Pul
götürəndən sonra ilk vaxtlar bir çoxlarına bu proses əldəntutma kimi görsənsə
də, çox zaman bu sevincin, şərti xöşbəxtliyin ömrü çox çəkmir. Bir müddətdən
sonra, artıq aybaay konkret məbləğlər ödəmək vaxtı çatanda kreditin fəsadları
öz sözünü deyir; adətən həmin adamın maddi və psixoloji durumu pul götürməzdən
qabaqkı dövrə baxanda daha pis olur.
Sosial psixoloqların
tədqiqatların nəticələri göstərir ki, bankdan pul götürənlərin əksəriyyətinin
fikir çəkməkdən, həyəcan keçirməkdən, stress keçirməkdən yuxu sistemi pozulur-
bu da həzm sisteminə, ümumiyyətlə orqanizmə mənfi təsir göstərir. Sağlamlığı
isə bildiyimiz kimi miqdarından asılı olmayaraq pul ilə əvəzləmək və ya bərpa
etmək olmaz, çünki o qiymətsizdir.
Bir çox
hallarda bankların cəmiyyətdə müsbət imici böyük pullar hesabına başa gələn
davamlı, beyinləri yeyən, insanları yoldan çıxaran reklam hesabına əldə edilir.
Normalda hansısa əşyanı əldə etmək üçün və ya yaranan hansısa problemi həll
etmək üçün vacib deyil ki, o dəqiqə banka və ya sələmçiyə müraciət edəsən.
Birdəfəlik başa düşmək lazımdır ki, bank batana əl uzadıb əl tutan deyil, onu
bataqlıqdan çıxaran deyil, bank xeyriyyə təşkilatı da deyil. Əksinə bank
boğulanın xirtdəyəcən borc içində üzməsindən öz xeyri üçün istifadə edib daha
da çox gəlir əldə etmək istəyir. Bu ona oxşayır ki, siz çətin vəziyyətdə
amansız caniyə kömək üçün müraciət edirsiz.
Ümumiyyətlə,
insan çalışmalıdır ki, ayağını yorğanına görə uzatsın, gəlirinə, xərcinə dəqiq
nəzarət etsin, öz vəsaiti imkan verdiyi işə girişsin, nəfsini imkan dərəcəsində
cilovlasın. Ən düzgün yol isə qənaət edib özünə kapital yığsın. Əgər insanın
hansısa əşyaya həqiqətən ehtiyacı varsa, yaxşı olar ki o əşyanı qənaət hesabına
yığdığı pulla alsın. Ən ideal variantı isə odur ki,
ona dövlət yardımçı olsun.
Normal
vətəndaşın bankdan pul götürməkdən və ya cinayətə əl atmaqdan başqa yolunun
olmaması dərəcəsinə çatdırılması birbaşa elə bankların məxsus olduğu beynəlxalq
kapitalist şəbəkəsinin günahıdır. Dövlət normal vətəndaşın çətin duruma
düşməsinə imkan verməməlidir, onun qanuni yolla və ləyaqətinin alçalmaması
şərtilə pul qazana bilməsi üçün hər bir şərait yaratmalıdır. Çünki qanunla bu
onun borcudur. Sovet vaxtı belə idi. İqtisadiyyat nə qədər kapital qoyuluşu
tələb etsə də, bunu təbii yolla etmək lazımdır. Banklardan pul götürüb ondan
investisiya kimi istifadə etmək narkotikdən istifadəyə oxşayır. Çünki o pis
asılılıq yaradaır. Bundan başqa, bankdan pul götürüb bir müddət rahat nəfəs
alan istər-istəməz rahatlaşır, işə bir qədər laqeyd yanaşır, ziyanlı olaraq
arxayınlaşır (bu tədqiqatların nəticəsidir).
Təsadüfi
deyil ki, hal-hazırda Azərbaycanda az qala hər bir ailə, hətta onun hər bir
üzvü hansısa banka, bir çox hallarda isə eyni zamanda bir neçə banka borcludur
(ya kreditə götürülmüş hansısa məişət əşyasına, elektrik avadanlığına,
avtomobilə, mənzilə və ya pula görə). Bir çoxları isə bir bankdan qurtulmaq üçün
başqa bir banka üz tutur, ondan pul götürüb əvvəlkini, ona dirənəni ödəyir.
Belə davam etdikcə ümumi borc da öz növbəsində tez bir zamanda şişir və axırda
bədbəxt müştəri əmlakını, maşınını, qızılını, var-yoxunu satır, intihar edir,
infarkt keçirir, ”çarpalıyıq“ olur.
Məlumdur ki,
əhali borcun-xərcin içindədir, kredit ödəmək iqtidarında deyil. Bu cür sələmçi təşkilatları
respublika ərazisinə buraxmağın nə mənası var? Bilirsinizmi sələmçi Amerikan bank
təşkilatları ölkəmizə niyə doluşublar? Çünki Amerikada bircə anda bankrota
düşüb müflis olmaq olar, bircə anda acından ölən milyonlarla amerikalıdan biri
olarsan, Azərbaycanda isə sistem elə qurulub ki, Azərbaycan xalqı acından
qırılar, amma amerikalı bircə qəpiyini də itirməz, əksinə, günü-gündən
çiçəklənər. Azərbaycan amerikalılar üçün cənnətə çevrilib. Məhz bu səbəbə ABŞ
rəsmi sənədlərində Azərbaycan “müştəri ölkə” adlandırılır. Bu faciənin sonu da
görünmür, get-gedə əhalinin maddi vəziyyəti daha da pisləşir. Əhalinin
güzaranının yaxşılaşması üçün sələmçilərə qarşı tədbirlər görülməlidir. Maraqlıdır
ki, bu təşkilatlar pulu bizdə başqa ölkələrə nisbətən həddən artıq yüksək
faizlə verirlər, bəzilərinin faizi isə 35-40 faizə gedib çıxır. Bir özünüz
deyin, belə soyğunçuluq olarmı? Yəqin elə fikirləşirlər ki, xalq heroin alveri
ilə məşğuldur, yüzə yüz qazanıb yarısını da bunlara verəcək. İştahaları pis
deyil, götürdüyünüz 3 min manatın müqabilində bu yoldaşlara 4 min manat pul
ödəməlisiniz! Dünyanın heç bir ölkəsində bu qədər yüksək bank faizi yoxdur.
Bu böyük bir
plandır, sələm genosidi əsrlərlə davam edir. İmkansız ailələr bu pulu götürüb
süni surətdə yaradılmış saysız-hesabsız qayğılarının həllinə yönəldirlər.
Bununla da müvəkkil banklardan borclu olurlar. Bir il müddətində o krediti
qaytarmaq üçün nələrə düçar olmurlar? Nəinki mal-qara alıb artıra bilmirlər,
üstəlik öz təsərrüfatlarında olanları da satıb pulu və faizləri zorla
bağlayırlar. Vətəndaşları infarkt həddinə çatdıran bu kreditlərdən necə
yararlanmaq olar?
Respublika
ziyalılarının əksər hissəsini məhkəmələrə çəkiblər, məhkəmələr onlara qarşı
sərt qərarlar qəbul edib. Bir çox rayonlarımızda müəllimlərin 70 faizinin işi
məhkəmədir və büdcədən maaş alanlarının 90 faizi 2-3 banka sələm ödəyir. Gəlin
görək bu pulu götürənlər quldur və yaxud oğrudurlarmı? Xeyr, əsl cinayətkarlar
məhz həmin bankirlərin özləridir. Bilə-bilə ki ölkədə pul yoxdur və bütün
sənaye, məişət sahələri məhv edilib, əhaliyə pul paylayırlar, evindən qiymətli
əşyalarını satdırıb, əmlakını ələ keçirirlər. Bu oyunlar 80 ilə yaxındır
Türkiyə xalqının başına gətirilib, Sovet dağılandan, rusların təhlükəsizlik
çətiri başımız üzərindən götürüləndən sonra indi də bizi öz cənglərinə
keçiriblər. Sələmçi təşkilatlar xalqı müstəqil olmağına peşman ediblər. Azərbaycan
xalqı bankirlərə qarşı tədbir görülməsini, maddi və mənəvi genosidin
dayandırılmasını tələb edir.
Müstəqillik
yaranandan sonra Azərbaycana çoxlu sayda xarici bankirlər soxulublar və əhaliyə
yüksək faizli sələm pulu paylayaraq soyğunçuluqla məşğul olurlar. Müxtəlif
proqramlar çərçivəsində verilən kredit xəttlərindən istifadə etməklə yerli
şəxslərə (məlum olduğu kimi, “Sion müdriklərini protokolları”nda həmin yerli
şəxslər “qoy” adlandırılır) sahibkarlıq və istehlak kreditləri təqdim edir.
Azərbaycan xalqını açıq-aşkar dilənçi vəziyyətinə salıb qul kimi işlədirlər. Əhalinin
büdcədən maaş alan əksər hissəsi sələmçi bankirlər tərəfindən istismar olunur. Bu
bankların ucbatından əksər ailələr aclıq və səfalət vəziyyətində yaşayırlar.
Müstəqil
olandan sonra məlum olub ki, bunlar investisiya deyəndə kredit pul paylamağı
nəzərdə tuturmuşlar. Azərbaycan xalqı çıxılmaz vəziyyətə düşüb. İndi ingilislər
Hindistanı qul vəziyyətinə saldıqları kimi, tədricən bizi də qul vəziyyətinə
salıblar. Naməlum coğrafiyalardan ölkəmizə təşrif buyurmuş çağırılmamış
qonaqlar banklar yaradır, xalqa sələminə pul paylayaraq qanımızı içməklə məşğul
olurlar. Elə bir ailə yoxdur ki, banka sələm ödəməsin. Elə ailə var ki, 5 banka
faiz ödəyir. Xarici maliyyəçilər tərəfindən koloniyaya çevrilməyimiz üzə çıxıb.
Beynəlxalq
sərmayə Azərbaycana hakim olur və milləti aldatmaq yolunda ən böyük nailiyyətə
çatır. Beynəlxalq sərmayənin təzyiqi milli iqtisadiyyatın yox edilməsinə
indekslənmişdir. Rayonlarda gəlin görək kənd təsərrüfatının dirçəldilməsi üçün
bu banklar nə iş görüblər? Əksinə təsərrüfat sahələrinin məhv edilməsi üçün
hərtərəfli işlər aparılıb. Camaat kartof əkirdi, onu Rusiyaya göndərib bir cür
bir təhər dolanırdı. Kartof əkinçiliyini də məhz bu bankların daxil olduğu
beynəlxalq şəbəkə məhv etdi. İndi bankdan sələm götürüb kartof əkən yüzlərlə
əkinçinin yaxası bank quldurlarının əlində qalacaq, əmlakı, olan-qalanı da
əlindən alınıb bankirlərə veriləcək. Bütün Azərbaycan xalqı planlı şəkildə məhv
edilir. Elə bir ev yoxdur ki, dükana-bazara borcu olmasın. Ən aşağı borcu olan
500 dollardır. Bu faciənin sonu da görünmür, get-gedə əhalinin maddi vəziyyəti
daha da pisləşir.
Комментариев нет:
Отправить комментарий