02.10.2012

Xuraman Nuru. Ürəyimə açıq məktub

Mən həmişə yanında olacam!

Mənim bu məktubumun bir ünvanı var – ürəyim! Ürəyimə yazmaq, ürəyimlə baş-başa qalmaq istəyirəm. Ürəyimə deyəcəklərim var! Ürəyimə ürəkdən gələn, amma bir az ürəksiz olaraq açıq məktub yazmaq istəyimin əsas səbəbi də elə ürəymdir!

...Salam, Ürəyim! Nə halda olduğunu hiss eləyirəm. Səni gözəl başa düşürəm. Səni başa düşməmək də olmaz! Çünkü səninlə nəfəs alır, səninlə duyuram hər şeyi. Sən mənim olduğun kimi, elə mən də səninəm. Bizə hər hansı bir tanışlıq gərəkdirmi? Düşünürəm ki yox.
Biz bir-birimizi gözəl tanımalıyıq. Hər halda mən səni tanıyır, duyur və hiss edirəm. Səni bağrımın baaşında saxlayıram. Amma onu da qeyd edim ki, Səni sinəmdə saxlamaqla yanaşı, sənə həm də çox əziyyətlər vermişəm; yükləmişəm səni, incitmişəm səni! Bu bəlkədə mənim tərəfimdən heç də düzgün olmayıb. Sənə sahib olubda, səni istismar etmişəm.
Sənə necə ağrılar yaşatmışam. Bəlkədə, məndən küskunsən, səni çox incitmişəm, neynəyim, səndən doğma kimim, nəyim var ki... Ürəyimsən də, ÜRƏYİM!
Amma olub ki, sən də məni cox vaxt incitmişən!  Fikirləşirəm, səninlə birlikdə sevincli günlərimiz çox olub, yoxsa kədərin bizi çuğladığı anlar? Hər şeyi içindən keçirmisən. sevinən də sevinmişəm, kədərlənən də isə... Allah göstərməsin, az qala sinəmi deşibdə üsyan edəcəkmişsənmiş kimi duyğularına, hisslərinə asi olmusan.
Vətən dedik, dünyamızın bir hissəsinə. Adına Vətən dediyimiz bu müqəddəsliyin, qutsallığın təəssübünü çəkməklə ağrılarını yaşadın. Yaşadın və mənə də yaşatdın. Vətənin ağrısını çəkməkdə xoşdu. Çəkirsən ki, azalsın. Az qala bir igidimizi əlimizdən almışdılar, vətənəmizə olunan həqarətə dözmədi, düşmən zabitini məhv elədi. Ömürlük həbs cəzası yaşan Ramilimizlə sən də sanki bir həbsxana həyatı yaşadın. Sinəmdə hiss edirdim necə narahat idin, neçə çırpınırdın....Bu günlərdə qəhrəmanımızın azad olması, yenidən silaha sarılaraq ön cəbhəyə yollanmasl sevincli günlərini yaşamağının şahidinə çevirdi məni! Mən sənin sevincini hiss etdim, duydum və yaşatdın məni. Ürəyim, sənə sinəm də yer verməyimə görə necə də xoşbəxtmişəm!
İgid oğlumuz Mübariz İbrahimovun, Fəridin, Əhmədin qəhrəmanlığlarına sevinən də, şəhidlik zirvəsinə yüksələndə sevinc qarışıq təəssüf və kədəri də sənin kimi yaşayan ikinci bir varlıq görmədim.
Hərdən, sinəmi yarmaq, səni ovcuma götürüb əzizləmək, nazını çəkmək istəyirəm. Eyni zamanda da fikirləşirəm: Görəsən əllərimin gücü çatarmı səni əzizləməyə. Sən içində nələri gəzdirisən, heç bilirmisən?
Bəzən səninlə baş-başa qalanda qorxuram, elə səni də qorxuduram. Bu boyda mərdanəliyin qarşısında düşüncələrm səni də nədənsə çəkinməyə vadar edir. Görəsən, filanşey filan olsa necə olar? Balalarımızın gələcəyini, çöhrələrindən gülüşlərin əskilməyini, dünyanın harasındasa nahaq qanların tökümməsini fikirləşirəm və sənə yük oluram. Sənin məni yaşatmağın azmış kimi, bəlkədə dəxli olmayan şeylərlə səni yükləyirəm, ağrıdıram səni...
Səni sevirəm ürəyim, ama deyəsən bu heç də sevgi məktubu olmadı, səni gileyə tutdum, gileyləndim səndən.
Səni həmişə sinəmdə gəzdirəcəm, ürəyim! Qoymayacam öləsən, dayanasan, sən dayansan dünyamızın ritmi pozular düşünürəm. Sən oyaq olmalısan ki, yurdun ağrısını-acısını içindən keçirə biləsən. Mən həmişə yanında olacam!

Комментариев нет:

Отправить комментарий