23.10.2012

Fransanın Əlcəzairdə törətdiyi soyqırımı

Fransa 1830-cu ildə Əlcəzairi işğal etmişdi. 1962-ci ildə Əlcəzair müstəqilliyini qazanana qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün bir asimilyasiya prosesi gerçəkləşdirmişdi.
Məqsəd bir fransız Əlcəzairi yaratmaq idi. 19-cu əsrin sonlarında 1  milyona yaxın fransız Əlcəzairə yerləşdirildi. Bu ölkəyə köçürülən  fransızlar əhəmiyyətli imkanlarla təmin edildi.
Təbii ki, fransızların bölgəyə köç etməsi əlcəzairlilərin işsizliklə bağlı  çətinliklərini daha da artırdı. Bu vəziyyət Əlcəzairdən Fransaya tərsinə bir köç hərəkəti başlatdı. Fransızlar əslində beləcə istədiklərini əldə etməyə başlamışdı.
I Dünya Müharibəsində sonra Əlcəzairdə fransız istilasına qarşı milli mübarizə başladı. Bu mübarizənin öndərliyini isə Şeyx Abdullah Ben Badis edirdi. Şeyx Abdullahın bu ifadələri Əlcəzair mübarizəsinin şüarı oldu: “İslam mənim dinim, ərəbcə mənim dilim və Əlcəzair mənim vətənim".

Şeyx Abdullaha qarşı Fransanın reaksiyası çox sərt oldu. Onu həbs etdilər. Məscidlərdə azan verməsi qadağan edildi. Beləcə fransız işğalçıları bu mübarizəni beşikdə boğmağa çalışdı.
Amma II Dünya Müharibəsinin başlaması Əlcəzairdə fransız işğalını yavaşıtdı. Fransa ələzairliləri müharibədə öz yanında görməyin qarşılığında onlara savaş bitincə azadlıqlarına sahib olacaqları vədi vermişdi.
Müharibənin sona çatmasının ardından əlcəzairlilər həm döyüşün qalibiyyətini qeyd etmək üçün, həm də azadlıqları üçün əllərindəki bayraqlarla böyük bir nümayiş keçirdilər. Ancaq Fransanın bu nümayişə verdiyi reaksiya insanlıq tarixinin faciəvi günlərindən birini əlcəzairlilərə yaşatdı.
Fransız ordusu havadan və qurudan bölgəyə hücum təşkil etdi. Bir neçə gün davam edən bu hücum nəticəsində 45 min əlcəzairli həyatını itirdi. Bu qırğın Əlcəzairdə yeni bir zamanı başlatdı. Əlcəzair Qurtuluş Təşkilatı adıyla ortaya çıxan bir qrup həm siyasi, həm də əsgəri olaraq mübarizəyə qalxdı.
31 oktyabrda 1954-cü ildə Əlcəzairdə Fransaya qarşı böyük bir qiyam başladıldı.
Ancaq bu qiyama Fransa geniş diametrli həbslər və əsgəri bir hərəkat ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Fransa ələ keçərdiyi müqavimətçilərə qarşı böyük bir işgəncə tətbiq etdi.
Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər.
Ancaq bütün bunlar Əlcəzairin Fransaya qarşı müqavimətini artırdı.
Həmin zamanlarda ölkə xaricində Əlcəzair Respublikasının Keçici Hökuməti quruldu. Bütün bu inkişaflar Fransada da siyasi böhrana səbəb olmağa başladı. Fransanın Əlcəzair xalqının müqavimətinə qarşı edəcək bir şeyi qalmamışdı. Nəhayət Fransa Əlcəzairdə müstəqilliyin yolunu açacaq referendumun keçirilməsini qəbul etdi. Keçirilən referendumda xalqın hamısı müstəqilliyə səs verdi. Beləcə Ələzair fransız müstəmləkəsi olmaqdan xilas oldu, müstəqilliyini qazandı.
Ancaq 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi.
Ruanda isə Afrikanın ortasında olan bir ölkədir. Avropalıların müstəmləkəçilik fəaliyyətinin vəhşicə yaşandığı yerlərdən biri.
I Dünya Müharibəsindən sonra Belçikanın payına düşən Raunda təbii qaynaqlar baxımından zəngin bir yer deyildi. Qəhvə istehsalının xaricində əhəmiyyətli bir istehsalı yox idi. Belçikalılar xalqı zorlayıb onlara qədərindən artıq işlər gördürürdülər. Ruanda xalqının 90 faizini  Hutu, 9 faizini Tutsi, 1 faizini isə Pigme qəbiləsi təşkil edirdi.
Bu qəbilələr əsrlərdir bərabərcə yaşayırdılar və aralarında hər hansı bir ayrı-seçkilikçilik yox idi. Buna görə də Belçika Ruandanı asan bir şəkildə idarə etmək üçün bu qəbilələr arasında süni ayrı-seçkilikçilik yaratmağa çalırdı.
Belçika azlıqda olan Tutsiləri ölkədə imtiyazlı bir mövqeyə gətirərək Hutuların nifrətlərini qazanmalarına səbəb oldu. Belçika müstəmləkə rəhbərliyi Tutsilərin Hutulardan üstün olduqlarını, Hutuların aşağı bir irq olduqlarını müdafiə etdi. Təhsildə Tutsilər prioritetli hala gətirilərkən, Hutular təhsildən uzaq tutulmağa çalışıldı. Bu tətbiqlər nəticə olaraq iki xalqı bir-birindən uzaqlaşdıraraq bir-birinə düşmən halına gətirməyə çatdı.
I Dünya Müharibəsindən sonra Afrikadakı müstəmləkələr bir-bir azad olarkən növbə Ruandaya da çatdı. 1962-ci ildə Raunda müstəqilliyini elan etdi. Ölkədə keçirilən seçkiləri sayca əksəriyyət təşkil edən Hutular qazandı. Bu isə yaxınlaşan təhlükənin ayaq səsi idi. Hutuların yaratdığı hökumət də Tutsi qəbiləsindən olanları sürgünə məcbur etdi.
Tutsilərin əksəriyyəti qonşu ölkələrə sığınmaq məcburiyyətində qaldı. Fanatik Hutular digər qəbilələrdən qisas almaq üçün bir fürsət qazanmışdı. Hutu əslli Raunda dövlət başçısının təyyarəsinin 6 aprel 1994-cü il tarixində vurulması qırğının başladılmasına rəvac verdi.  Hutular ölkədə Tutsi ovuna çıxdılar. Bir neçə ay içində 600 min insan qətlə yetirildi.
Bundan sonra qonşu ölkələrdə təşkilatlanan Tutsilər hücuma keçdi və paytaxta qədər irəlilədilər. O günə qədər qırğına reaksiya verməyən Fransa Hutu hökumətinə əsgəri dəstək verməyə başladı.
Bu dəstəklə birlikdə qətliama uğrayan Tutsilərin və qarşı tərəfdən Hutulardan ölənlərin sayə ümumilikdə 800 minə qədər yüksəldi. Belçikanın müstəmləkə idarəçiliyini asanlaşdırmaq üçün etdiyi ayrı-seçkiliiyin sonu Fransanın da qatqılarıyla belə bir vəhşilik oldu.

Комментариев нет:

Отправить комментарий