Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
Dini dünyabaxışda ərəbin, poeziyada farsın etkisinə uğrayıb uduzan türk etnosu orta çağlarda təriqətlər vasitəsiylə türklüyün mədəni çöküşünün qismən qarşısını ala bildi. Türk dilini poeziyaya gətirməklə isə yeni mərhələ başladı. Ümumən, şeiriyyəti insan qəlbinin dərinliklərinə nüfuz edən ən uğurlu təsir saymaq olar. Müqəddəsliyin, ruhaniliyin şeir dili ilə vəsf olunması duyğulara tez yol tapır. Təəssüf ki, klassik poeziyamızın ilkin mərhələləri əruzda yazılmaqla fars dilində araya gəlmişdir. Bir çox klassiklərimizin istedadı türk dilinin deyil, fars dilinin inkişafına xidmət elədiyi üçün bu gün də onun mədəni etkisinin ağırlığı altındayıq.
Xalq ruhu adlanan folklorun inkişafı da arxa plana keçib, folklorşünaslıq əski ənənələrin tədqiqi ilə məşğuldur. Ancaq ənənə ictimai həyatda qırılırsa, onun tədqiqi əsaslı sayıla bilməz. Xalqın ruhunu ənənənin davamlı olması qoruya bilər. Ənənənin meyarı isə dildir. İnsan dil vasitəsiylə özünü həm ifadə edir, həm də dərk edir. Dil xalqın yaşamasının birinci şərtidir. Ancaq bu şərt bizdə çox zədə götürüb. Yuxarıda dediyimiz kimi, dini dünyabaxış bizə ərəb dilinin ifadə üslubunu da gətirdi. Ərəb öz ruhunu (ruhsuzluğunu) ruhumuza elə caladı ki, zaman-zaman etnik keyfiyyətlərimizi itirməyə başladıq. Hətta türk dilini poeziyaya gətirəndən sonra da ərəb ruhunun etkisi məzmunumuzda yaşadı. Poeziyamızın obrazları dinin içindəki imamlara, övliyalara, ağ əmmaməlilərə, qara çuxalılara bağlandı. Habelə məhəbbət və qəhrəmanlıq dastanlarımızda qəhrəmanlarımızın dili türkcə oldu, yönü ərəbcə. Yaradıcılığın bütün yönlərində ərəbçilik türk dili ilə türk ruhu arasına girdi. Milli kimliyimiz öz təməlimizə dayanmadı. Ona görə də mənəvi, siyasi faciələrimiz ard-arda düzüldü.
Bununla belə, poeziyaya türkcənin gəlişi dilimizi məişət dili səviyyəsində qalıb tükənmək təhlükəsindən qurtardı. Poeziyanın əruzdan hecaya keçid dönəmi dilimizin inkişafına yeni uğurlar gətirdi. (Hərçəndi əruz özü uğurlu üslub olmaqla yanaşı türk dilinə doğmadır...) Qoşma, gəraylı, təcnis, müxəmməs kimi aşıq şeirlərinin genişlənməsi, Saz Sözünün önəminin artması xalqın özünə doğmalaşması üçün ciddi zəmin idi. Ustad aşıqlar dilində türkcə söz, sinəsində saz el-el, oba-oba gəzib məclislər keçirdikcə türk dilinin gözəlliyi xalqın həyatına qaytarılır, mənəvi varlığı işıqlanırdı.
XIX yüzilin birinci yarısında Azərbaycan yenidən işğal olundu. Bu dəfə siyasi işğal fəlakəti ilə üz-üzə qaldı. Milli varlığımıza zərbəni Azərbaycanı ikiyə bölməklə vurdular. Ərəbin ruhani işğalı elə bir zəmin hazırlayıb ki, mədəni və siyasi işğal faktından heç cür qaça bilmirik... Parçalanmağımızla türklüyün yenidən təhdid olunması başlanıldı. Yad dillərin, yad mədəniyyətlərin basqısı altında dilimiz, folklorumuz üzü aşağıya meyilləndi, inkişafdan dala qaldıq.
XX yüzilin ortalarında Avropadan Rusiyaya, Rusiyadan Azərbaycana yeni şeir biçimi gətirildi. Sərbəst vəznli şeirlər Saz Sözünün yaranmasını əngəllədi, – heca vəzni üstələndi. İstedadlı yazarlar asanlığa yuvarlandılar. Aşıq sənəti, Saz Sözü adiləşdi, lağa qoyuldu. Yeni Saz Sözü yazılmadı. Bu sənət tamamilə gerilədi.
Folklorumuzun başında saz durur. Dünyanın heç yerində xalq ruhunu saz qədər mükəmməl ifadə eləyən hadisə yoxdur. Təəssüf ki, özgəliyə meyil eləyənlərimiz poeziyanın qibləsini dəyişməklə saza arxa çevirdilər. Halbuki dünənə qədər bizi mənəvi-ruhani aşılanmadan ən çox saz ədəbiyyatı qoruyurdu... Sərbəst vəzndə nə qədər məna çalarları ifadə olunsa da, xalq ruhuna əsaslı şəkildə daxil ola bilmir. Çünki musiqiyə bağlı deyil. Sərbəst vəzni nə muğamda oxumaq olur, nə də sazda. Poeziya musiqi vasitəsiylə hər yerdə var. Musiqiyə doğma olmayan şeiriyyət iş görmür, havadan asılı qalır. Bu baxımdan, az da olsa bu gün hecada yazılanları daha çox milli saymaq olar.
Ədəbiyyatla, daha doğrusu poeziya ilə sazın vəhdətini bərpa eləmək gərəkdir. Bu, türk ruhunu qorumaq üçün olduqca önəmlidir. İstedadlı adamlar gərək bu məsuliyyətdən qırağa çəkilməsinlər.
Yükümüzdən Böyük fərəhimiz yoxdur!
Atamız var olsun!

Комментариев нет:
Отправить комментарий