08.05.2014

Allahverdi Bayrami - QIZILGÜLÜM

Qızılgül ətrinlə ruhuma əsdin,
Qəfil havalandım, Məcnuna döndüm.
Saldın məni eşqin od kürəsinə,
Əyilməz poladkən çuquna döndüm.

Axıtdın yanğıma göz yaşlarımı
Bahar seli kimi; söndürdün məni.
Rəqibin tənəsi yaxdı canımı,
Hicranın əliylə sındırdın məni.

Məhəbbət anlarım, xatirələrim
Quşbaşı qar olub başıma yağdı.
Əyildi qamətim, sındı vüqarım,
Bir də gördüm saçım-saqqalım ağdı.


Ölüb qarışaram torpağa, gilə.
Nə`şim zərrələnib itər qəbrimdən.
Sənə bəslədiyim eşq gilə-gilə
Qızılgülə dönüb bitər qəbrimdən...

Комментариев нет:

Отправить комментарий