“Artıq iqtidarlar, insanların arzu və istəklərini boğmaqla yox, bəsləməklə idarə edirlər”
Bugünkü istehlakçı insan modeli, Ziqmund Freydin şüuraltının dərinliklərini açıqlamasından sonra meydana gəldi. İnsan, kütlə halında ikən çox aqressivləşə bilir, hökümətləri belə devirə bilirdi. Yəni, insanlar birləşdikləri zaman dövlətlərə qarşı güclü və təhlükəli idilər. Rusiyada olanlar bunun ən yaxşı örnəyi idi. Buna görə də kütlələri bölüb, idarə etmək üçün, elit bir təbəqəyə ehtiyac var idi. Bu təbəqə, psixoloji üsullarla kütlələrin şüuraltı duyğularını idarə etməliydi. İnsanlar; MƏN deməli, BİZ deməməli və əsla birləşməməli idilər.
Media ilə stimul verilərək, davamlı hərəkət edən və xoşbəxtlik maşınlarına çevrilən insanlar, iqtisadi inkişaf üçün əhəmiyyətli vasitə idi. Bunu etməkdə əsas məqsədləri iqtisadiyyatı işlək hala gətirmək, istehlak edərək xoşbəxt olub, uyğunlaşaraq dövlətlərə problem yaratmayan, yuxuda olan bir insan toplumu yaratmaq idi.
“Mən” dövrü, 1-ci Dünya müharibəsindən sonra bütün dünyada kütlə yönləndirmə fəaliyyətləriylə başladı və prezident Herbert C. Huver, Amerika siyasətini, şüuraltı instiktlərin aclığı üzərində qurdu. Əlbəttə dünya siyasətini də.. Bu dövr, insanı keçici bir həzzə yönləndirərək, təcili həll yollarıyla susduran, amma obyektiv şərtləri bir zərrə belə dəyişdirməyən demokratik bir sistem yaratdı. Lakin həqiqi demokratiya iqtidarı dəyişdirə biləcək quruluşa malikdir. İqtidarın qorunduğu quruluş demokratiya deyil, psixoloji bir yuxudur. “Mən” dövründəki iqtidarlar, kütlələrin gerçək faydalarına xidmət etmirlər.
Bununla bağlı 2002-ci ildə BBC –nin Adam Kurtisin ssenarisi ilə çəkdiyi, maraqlı bir sənədli film var. Film 3 hissədən ibarətdir. Film, Ziqmund Freydin insanın şüuraltı ilə bağlı araşdırmalarının, kütlələrin istəklərinin müəyyən olunmasında istifadə olunaraq necə bir istehlak toplumunun yaradılmasından bəhs edir.
Bu hadisənin mərkəzində təkcə Freyd deyil, Freyd ailəsinin digər üzvləri də yer alır. Çağdaş mədəniyyətimiz istehlaka dayanır. İstehsalı qamçılayan yeganə güc istehlakdır. Dünyadakı təbii ehtiyatların məhdud olduğuna əhəmiyyət vermədən irəliyə getmək istəyən insan, davamlı istehsal etməli və istehsal etdiklərini də istehlak etməlidir. Bu gün bazarda milyardlarla fərqli məhsul və xidmət var. Bunların da hər birinin alıcısı var. Bu qədər məhsul necə özünə alıcı tapır ? Məsələnin sirri insanları ehtiyacı olmadıqları şeylərə möhtac etmək; yəni ehtiyac yaratmaqdır...
Heç kimə zorla istifadə etməsi üçün məhsul və xidmət satılmır, başlarına silah dayamırlar. İnsanlar könüllü şəkildə, çox vaxt yanlış olduğunu bilə-bilə bu sonsuz istehlak çarxı içərisində öhdələrinə düşən rolu sevərək ifa edirlər.
Bu mexanizmin necə işlədiyini anlamaq üçün Amerikada “İctimaiyyətlə əlaqələrin atası” kimi tanınan Eduard L. Bernaysın həyatına qısa baxış keçirmək lazımdır. Bernays, Ziqmund Freydin qardaşı oğludur.
O, əmisi Freydin nəzəriyyələri və onun insan psixologiyası ilə bağlı araşdırmaları sayəsində başa düşmüşdü ki, cəmiyyəti “şüuraltındakı irrasional instiktlər” vasitəsilə idarə etmək olar. Bu nəticəyə gəlməkdə xüsusən də yaşadığı Amerika cəmiyyəti ona kömək olmuşdu. Hər bir insanda mövcud olan bu irrasional gücləri idarə etməklə insanları, ən əsası da kütləni idarə etmək mümkündür.
Müasir dillə desək “İctimaiyyətlə Əlaqələr” qurumunun banisi Eduard Bernays, Freyd kimi psixoanalitik idi və xüsusilə kütlə psixologiyası ilə bağlı araşdırmalarına görə tanınmağa başlamışdı. Bernays Freydin nəzəriyyələrindən reklam və marketinq sahəsində çox gözəl istifadə etdi. Hər ikisinə görə bütün insanların içində gizli bir irrasional şəxsiyyət var. Bernaysın məşhur olmasına səbəb olan ilk işlərdən biri, qadın azadlığı hərəkatı çərçivəsində siqaret firmaları üçün başlatdığı bir kampaniya idi. Tarixdə istehlak atəşini daha da alovlamaq, insanların özlərini fikirləri ilə deyil, sahib olduqları nəsnələrlə ifadə etmələrinə yol açmaq üçün təşkil olunan ilk kampaniyaya gələcəkdə “Procter and Gamble”, “The American Tobacco Company”, “CBS”, “The United Fruit Company”, “General electric”, “Dodge Motors” kimi firmalarla da işləyəcək Eduard Bernays tərəfindən 1929-cu ildə start verildi. Bu kampaniyanın hədəfi həmin illər cəmiyyətin siqaret çəkməyinə pis baxdığı qadınlar idi. Qadınlar həm özləri siqaret çəkmir, həmçinin kişilərə də icazə vermirdilər ki, onlar olan yerdə siqaret çəksinlər.
Həmin illərdəki cəmiyyətin qadınların siqaret çəkməyi ilə bağlı tabusu Bernaysın köhnə müştərilərindən olan, Amerika Tütün Şirkətinin baş direktoru Corc Hillin ona müariciətindən sonra dağıldı. Belə ki, Corc Hill Benaysdan xahiş etmişdi ki, bu tabunu dağıtmaqda ona kömək etsin. Çünki qadınlar bazarın yarısını təşkil edirdilər və bu tabu onların mənfəəti üçün ciddi problem idi. Bernays ona dedi ki, qadınlar üçün siqaretin nə demək olduğunu anlamaq üçün psixoanalitiklə görüşəcək . O vaxtlar Dr. Brili Amerikanın ilk psixoanalitiklərindən biri idi və tanınırdı. Bernyasın əmisi Freyd həmin vaxt Vyanada olduğu üçün onunla görüşmək imkanı olmadı. Dr. Brili külli miqdarda pulun əvəzində Bernaysa siqaretin qadın üçün penisi simvolizə etdiyini, kişinin cinsi gücünü xatırlatdığını dedi. Əgər siqareti kişi üstünlüyünə qarşı çıxmaq kimi simvolizə etsə, qadınlar da siqaret çəkməyə başlayacaq. Başqa sözlə desək, bu zaman qadınların da özlərinə məxsus penisləri olar...
Nyu-Yorkda hər il minlərlə insanın iştirak etdiyi Pasxa mərasimi təşkil olunurdu. Bernays, bu mərasimdə Dr. Brillenin fikrini reallaşdırmaq qərarına gəldi. Bir neçə model qadını razı saldı ki, bahalı və kübar geyimlərinin içində siqaret gizlətsinlər. Eyni zamanda Bernyas mətbuata da xəbər etdi ki, qadınların seçki hüququnu müdafiə edən bir qrup qadın “azadlıq məşəlləri” (Torches of Freedom) adlandırdıqları aksiya keçirəcək və ictimai yerdə siqaret çəkəcəklər. O, bilirdi ki, həmin anı görüntüləmək üçün bütün fotoqrafların ora gələcək. Azadlıq düşüncəsi siqaretlə eyniləşdirildi. Həmin gənc qadınlar ona tapşırılanı etdi və fotoqraflar həmin anı fotoaparatın yaddaşına köçürdü və bu şəkillər 1929-cu il Aprelin 1-də ABŞ-ın (hətta dünyanın) ən nüfuzlu qəzeti olan “New York Times” qəzetində, “Bir qrup gənc qadın azadlıq hərəkatı olaraq siqaretlərini üfürürlər” başlığı ilə dərc edildi. Kampaniya geniş bir əks-sədaya səbəb oldu. Qısa zamanda qadınlar üzərindəki siqaret tabusu yerlə-bir oldu. O dönəmdə siqaret alan qadınların sayı 5% idisə, 1929-cu ildə bu göstərici 12.5%-ə, 1960-cı illərə qədər isə 30%-a qədər qalxdı.. Siqaret çəkmək qadınlar üçün real həyatda bir azadlıq meyarı sayılmırdı, amma emosional olaraq onları təmin edirdi. Bu hadisə nəticəsində Bernays, insanların arzu və istəyi ilə məhsullar arasında əlaqə quraraq məhsul satmaq üçün “razı salma” metodunu yaratdı...
O gündən sonra Amerikada yeni bir axın başladı. Artıq insanların ehtiyaclarını təmin etmək dövrü geridə qaldı. Bundan sonra vacib olan yeni ehtiyaclar yaratmaq və insanları onlara lazım olmayan şeylər olmadan yaşaya bilməyəcək vəziyyətə çatdırmaq idi.
Bernays, Ferydin insan haqqındakı fikirlərini kütlələrin manipulyasiyası üçün istifadə etdi. O, ardıcıl olaraq istehsal edilən malları insanın şüurxarici (psixologiyada insanın instiktiv olaraq vərdiş və refleks nəticəsində etdiyi və şüurun idarə etmədiyi fəaliyyətləri müəyyən edən bölgədir. Başqa sözlə, insanın şüuraltında gizlətdiyi arzu və niyyətlərin şüurxarici fəaliyyətlər olaraq meydana çıxmasıdır – red. İ.N.) arzularıyla əlaqələndirərək, ehtiyacları olmayan şeyləri istəmələri üçün onları necə razı salmaq lazım olduğunu Amerika şirkətlərinə göstərən ilk insan oldu. Bunun nəticəsində kütləni idarə etməyin yollarına dair yeni bir siyasi fikir meydana gəldi. İnsanlar içlərindəki eqosit arzuları təmin edib xoşbəxt olandarkən “dinc uşaq” halına gəlirlər.
Bernyas başa düşdü ki, hər hansı bir məhsulu satmaq üçün ağıla deyil, arzulara xitab etmək lazımdır. Yəni, “sizə maşın lazımdır” demək əvəzinə, “maşınınız olsa, özünüzü daha yaxşı hiss edəcəksiniz” deməklə şüuraltı arzuları alovlamaq daha yaxşı üsuldur.
Amerika xalqının zehnini yönləndirmək və idarə altında saxlamaq məqsədiylə müxtəlif üsullar yaratmaq üçün hökümət, böyük şirkətlər və CIA tərəfindən Freyd ailəsinin fikirlərindən istifadə olundu..
1924-cü ildə Prezident Kalvin Kulic Bernays ilə işləməyə başladı. İlk dəfə ictimaiyyətlə əlaqələr siyasətdə istifadə olunmağa başladı.
Həmin illərdə Avropada iqtisadı problemlər var idi. Ona görə də Freyd qardaşı oğlundan yardım istədi. Bernays əmisini Amerikada tanıtdımaq üçün çalışmalara başladı. Freydin kitablarını və fikirlərini satışa çıxardı və onu bir brendə çevirdi.
Qardaşı oğlunun köməyilə satışları artan Freyd, ictimai mühitlərdən uzaq olmağı sevirdi. Tənha və pessimist idi və insanları sevmirdi. Freyd tərki-dünya olub, qrup psixologiyası (fərdin qrup içində öz xüsusiyyətlərini itirib, qrupu qrup edən xüsusiyyətlərə görə hərəkət elədiyi psixoloji bir vəziyyət – red. İ.N.) barədə araşdırmalara başladı və insanların kütlə halına gəldikləri zaman necə aqressiv və təcavüzkar olduğunu aşkara çıxardı.
Bu hadisə bugünkü dünyaya hökm edən bir fikrin inkişafından bəhs edən əhvalatdır. Prioritet mövzunun bizim bütün arzu və istəklərimizin təmin olunması olduğu deyilir.
Biz insanıq. Yardılmışların ən şərəflisi olduğumuza inanırıq. Bu şərəf üstünlüyümüzə görə deyil, həm şeytan, həm də bir mələk ola bilmə potensialını özümüzdə cəmləşdirdiyimizə görədir. Düzəltməyin çətin, yıxmağın isə asan olduğunu bilirik. Biz insanıq və insan kimi qala bilməyin asan olmadığını bilirik. Nəfsimiz, həvəsimiz, instiktlərimiz bizi həmişə rahatlığa, eqoistliyə və zalımlığa cəlb edir. Biz bunlara qarşı çıxmadıqca, özümüzü hər gün yenidən inşa etmədikcə, insan ola bilməyəcəyimizi çox yaxşı bilirik. Bilirik, amma edə bilmirik. Çünki yüksəkləri istəmək çətindir, alçalmaq isə maddənin təbiətində var...
Əsas düşmən nə qarşıdakılardır, nə də müxaliflər... Əsas düşmən, bizi insan olmağın bütün tələblərindən uzaqlaşdıran, bizi güclü olan hər kəsin idarəsinə kütlə halında təqdim edən, izdiham arasında tənhalaşdıran və eqoist canavarlara çevirən bu rəzil nəfs mədəniyyətidir.. Ona görə də bu müharibə ən çətin müharibədir.
Və “Mən” əsrini zərərsizləşdirəcək yeganə güc isə qorxu instiktinin aşılmasıdır. İnstiktlərin növbə ilə aşılması və əsl insan müdrikliyinin hakimiyyətə gəlməsi, insanın yaradılış proqramının son hədəfidir..
Tərcümə: İlqar Namə islamaz.com

Комментариев нет:
Отправить комментарий