Musa Quluzadə - bu ad indi çoxlarına yaxşı məlumdur; tanınmış alim, yazıçı, ictimai xadim, əsl ziyalı. O, mənim əmimdir. Atamın bibisi oğlu olan Musa Quluzadənin adının ağlım kəsəndən mənsub olduğum ailənin ən doğma və cox sevimli ünvanı kimi tez-tez xatırlandığının şahidi olmuşam.
Yadımdadır. Orta məktəbin aşağı sinif şagirdi “Püstə” adlı hekayələr kitabını sevinə-sevinə dostlarına və müəllimlərinə göstərib, “bu kitabda mənim barəmdə hekayə var” deyirdi. O vaxta kimi kosmonavt olmaq istəyən on yaşlı oğlanın yeni-yeni arzuları doğulmağa başladı bu kitabdan sonra. Yazıçının ilk kitabı seriyasından olan bu kitab gənc yazıçı Musa Quluzadənin ilk bədii kitabı, kosmonavt olmaq istəyən o oğlan isə mən idim. Kitabda yer alan “Ovçu Səyad” hekayəsində Musa əmim atam Səyədulla müəllimin və mənim – “balaca Əli”nin obrazını yaratmışdı.
Elə o arzuların qanadında tələbə illərindən bu günə kimi bu doğma adamın himayəsini üzərimdə hiss etmişəm. Bütün uğurlarımda Musa əmimin zəhməti, cəfakeşliyi, nüfuzu, mənəviyyatı dayağım olub.
Elə o arzuların qanadında tələbə illərindən bu günə kimi bu doğma adamın himayəsini üzərimdə hiss etmişəm. Bütün uğurlarımda Musa əmimin zəhməti, cəfakeşliyi, nüfuzu, mənəviyyatı dayağım olub.
Ömrünün yetkin dövrünü yaşayan, istər zahiri, istər mənəvi-əxlaqi keyfiyyətləri ilə əsl Dədə Qorqud simalı professor Musa Quluzadə hazırda çoxlu bədii kitabların və elmi monoqrafiyaların müəllifidir. sanki zaman Musa müəllimdən yan keçir. 30-40 il əvvəl necə görmüşdümsə elə həmən şövqlə yaşayır, yaradır, xeyirxahlığını insanlarda əsirgəmir. 30-40 il əvvəl necə idisə elə indi də o cür yaraşıqlıdır. Musa müəllimi yaxından tanıyan çoxları kimi mən də əminəm ki, nadir və seçilmiş şəxsiyyətlərdən biri olaraq onun elmi-pedoqoji fəliyyəti, bədii yaradıcılığı, insanlığı heç vaxt unudulmayacaq və əbədiyyət qazanacaq
Musa əmim haqqında fikirləşərkən o qədər dəyərli fikirlər ağlıma gəlir ki, amma onların çox az hissəsini qələmə ala bilirəm nədənsə. Mənə elə gəlir o hissləri sözə çevirərkən kasıblayacaq, zənginliyini itirəcək. Yazı prosesində nurlu siması gözlərim önündən çəkilməyən bu təvəzökar adamın sevgi dolu baxışları qarşısında yaza bilmədiyim fikirləri cəmləyib bir ifadə ilə əvəzləyirəm: ” Mən... biz səni çox sevirik, lap çox, Musa əmi. Allahdan sənə uzun və sağlam ömür arzulayırıq”.
Dərin hörmət və böyük sevgi ilə “Əli” -
Əli Şirin Şükürlü
15.05.2014
Комментариев нет:
Отправить комментарий