İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.
Öz dövrünün məhşur alimlərindən mübariz fəqih və yazıçılardan olan Ayətullah Şeyx Mirzə Məhəmməd Şərif Şirvani on ikinci hicri əsrinin axırlarında Şirvanda dünyaya göz açır. Atası Mirzə Rza o diyarın dindar və mömin şəxslərindən biri idi. İbtidai təhsilini öz məntəqəsində başa vurduqdan sonra təhsilini təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə köçür. Seyyid Əli Təbatəbai (“Riyazül-məsail” kitabının müəllifi) və başqa məhşur alimlərin üsul və fiqh dərslərini mənimsəyir. Fiqh elmində yüksək məqama çatdıqdan sonra Təbriz şəhərinə qayıdır və ömrünün axırına kimi bu şəhərdə sakin olur. Onun üsul və fiqh elmlərində yüksək məqama çatması ilə yanaşı, başqa elmlərdə də təcrübə qazanmış və qiymətli kitablar yazmışdır. O kitablardan aşağıdakıların adını qeyd etmək olar:
1.“Sədəfül-məşhun”. Müxtəlif elmlərdən bəhs edən bu kitab 1214-cü ildə (hicri qəməri) Nəcəfi-Əşrəfdə çap olunub.
2.“Nurül-ənvar fi isbati imaməti Əimmətil-əthar”. Kəlam elmində və ərəbcə yazılmışdır.
3.“Əş-şəhabüs-saqib fi mənaqibi Əli ibni Əbi Talib”. Kəlam elmində və ərəbcə yazılmışdır.
4.“Dümtül-əxtar fi zikril-əxyar və əxyarül-əxbar”. Əxlaq elmində və ərəbcə yazılmışdır.
5.“Misbahül-qülüb”. Fiqh elmində və ərəbcə yazılmışdır.
6.“Misbahül-vüsul li elmil-üsul”. Üüsul və fiqh elmində olub və ərəbcə yazılmışdır.
7.“Miftahül-qibab”. Hesab elmi barədə və ərəbcə yazılmışdır.
8.“Əttahifətül-bəhiyyə”. Hesab elmi barədə və ərəbcə yazılmışdır.
9.“Risalətül-məsahət”.
Mərhum Şirvaninin vəfat tarixi haqqında məlumat yoxdur. Təkcə bu məlumdur ki, “Sədəfül-məşhun” kitabını 1248-ci hicri ilində yazıb. Bu da göstərir ki, həmin vaxtlarda sağ imiş.
Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:
Отправить комментарий