Ədalət Abdinov,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
Zəhmətkeşlərin rəhbəri, ilhamçısı və təşkilatçısı rolunu Kommunist Partiyasının yerinə yetirməsi üçün təkcə ideya birliyi kifayət deyildir. Partiyanın ideya birliyini onun sıralarının təşkilat birliyi ilə tamamlamaq lazımdır. Kommunist Partiyasının Lenin tərəfindən işlənib hazırlanmış təşkilat əsasları məhz həmin məqsədin həyata keçirilməsinə xidmət edir. Bunlar partiyanın sinfi mahiyyəti, cəmiyyətdə rolu və yeri, təşkilat qurluşu prinsipləri haqqında ümdə və əsas nəzəri müddəalardır. Bu prinsiplər Kommunist Partiyasının obyektiv inkişaf qanunauyğunluqlarını əks etdirir və həmin prinsiplərdən məqsəd zəhmətkeşlərin öz tarixi vəzifəsini yerinə yetirməsini təşkilat cəhətdən təmin etməkdir.
Partiyanın təşkilat əsaslarından Leninin bir sıra əsərlərində və çıxışlarında bəhs olunur. Həm də müxtəlif tarixi mərhələlərdə Lenin konkret şəraitdən və vəzifələrdən asılı olaraq həmin problemin bu və ya digər cəhətlərinə xüsusi diqqət yetirmişdir.
Zəhmətkeşlərin inqilabçı partiyasının təşkilat əsaslarını başa düşmək üçün Leninin “Bir addım irəli, iki addım geri” adlı dahiyanə əsərinin (1904) çox böyük əhəmiyyəti vardır.
Proletar partiyası quruculuğunun Lenin tərəfindən ifadə edilmiş və əsaslandırılmış başlıca prinsipləri zamanın sınaqlarından çıxmış, öz həyatiliyini sübuta yetirmiş dünya kommunist və fəhlə hərəkatında ümumən qəbul edilmişdir. Bu prinsiplər aşağıdakılardır:
Marksist partiya zəhmətkeş sinifin bir hissəsidir, onun qabaqcıl, şüurlu dəstəsidir. Bundan o nəticə çıxır ki, marksist partiyanın sıralarına arzu edənlərin hamısı qəbul oluna bilməz, fəhlələrin və digər zəhmətkeş təbəqələrinin yalnız ən yaxşı nümayəndələri, həqiqətən kütlənin önündə getməyə, kütləni öz ardınca aparmağa qadir olan adamlar qəbul edilə bilərlər. Lenin öyrədirdi: “Bizim vəzifəmiz partiyamızın möhkəmliyini, mətinliyini və saflığını qorumaqdır. Biz partiya üzvünün adını və əhəmiyyətini daim yüksəklərə qaldırmağa çalışmalıyıq...” (V.İ.Lenin. Əsərləri, 6-cı cild, səh.501).
Qabaqcıl, şüurlu fəhlələri, kəndliləri, ziyalı nümayəndələrini öz sıralarında birləşdirən partiya təşkilatları nə qədər möhkəm olsalar, partiya daxilində səndələmə və səbatsızlıq bir o qədər az olar, partiya zəhmətkeşlərə bir o qədər geniş və səmərəli təsir göstərər. Lenin yazırdı ki, biz sinifin partiyasıyıq, buna görə də az qala bütün sinif, müəyyən şəraitdə isə həqiqətən bütün sinif partiyanın rəhbərliyi altında hərəkət etməli, partiyaya qoşulmalıdır. Lakin kapitalizm şəraitində bütün sinifin şüurluluq və fəallıq cəhətdən öz partiyası səviyyəsinə yüksələ biləcəyini güman etmək manilovçuluq olardı. Odur ki, sinifin qabaqcıl hissəsi olan partiyanı bütün siniflə qarışdırmaq olmaz. Partiyaya üzv olmaq üçün elə şərtlər qoymaq lazımdır ki, bunlar partiya sıralarına zəhmətkeşlərin ən ləyaqətli, şüurlu və fəal nümayəndələrinin seçilib qəbul olunmasını təmin etsin.
Partiya zəhmətkeşlərin nəinki qabaqcıl, şüurlu, həm də mütəşəkkil dəstəsidir. Lenin yazmışdır: “...Proletariat ancaq onda məğlubedilməz bir qüvvə ola bilər və hökmən olacaqdır ki, marksizm prinsipləri ilə onun ideyaca birləşdirilməsi, milyonlarla zəhmətkeşi fəhlə sinifi ordusu halında birləşdirən təşkilatın maddi birliyi ilə möhkəmləndirilir. Bu ordunun qarşısında nə rus mütləqiyyətinin qartımış hakimiyyəti, nə də beynəlxalq kapitalın qartımaqda olan hakimiyyəti dura bilməyəcəkdir”(V.İ.Lenin.Əsərləri,7-ci cild, səh.447). Yalnız yüksək mütəşəkkillik şəraitində partiya möhkəm və döyüş qabiliyyətinə malik bir təşkilata çevrilib öz say tərkibindən qat-qat üstün bir qüvvə kəsb edə bilər. Lenin demişdir ki, təşkilat, gücü on qat artırır (V.İ.Lenin.Əsərləri.19-cu cild,səh.430). Lenin “Bir addım irəli, iki addım geri” kitabında Nizamnamənin birinci paraqrafı haqqında öz tərifinin mahiyyətini izah edərək yazmışdır: ”Bununla mən öz arzumu, öz tələbimi tamamilə aydın və düzgün ifadə etmiş oluram ki, sinfin qabaqcıl dəstəsi olan partiya mümkün qədər daha çox mütəşəkkil bir şey olmalıdır...” (V.İ.Lenin.Əsərləri. 7-ci cild,səh.274).
Hakimiyyət uğrunda mübarizədə zəhmətkeşlərin təşkilatdan başqa bir silahı yoxdur. Lenin təşkilat məsələsində opportunizmi tənqid edərək göstərirdi ki, mütəşəkkil ünsürlərlə qeyri-mütəşəkkil ünsürlərin, rəhbərliyə tabe olanlarla tabe olmayanların, qabaqcıllarla tamam geri qalanların bir partiya daxilində bir-birinə qarışmasına yol vermək olmaz. Menşeviklər partiya daxilində məhz bu cür ünsürlərin bir-birinə qarışmasına çalışırdılar və Lenin belə bir qarışmanı partiya üçün təhlükəli və fəlakətli hesab edirdi. Yalnız yüksək mütəşəkkillik olduğu şəraitdə partiya öz sıralarının iradə və hərəkət birliyini təmin edə bilər. Lenin yazmışdır: “Qabaqcıl dəstənin şüuru bir də məhz onda aşkara çıxır ki, bu qabaqcıl dəstə təşkil olunmağı bacarır. O. təşkil olunduqda isə vahid iradə əldə edir və min, bir milyon qabaqcılın həmin vahid iradəsi sinifin iradəsi olur”(V.İ.Lenin.Əsərləri,19-cu cild,430).
Marksist partiya sinifi təşkilatın ən yüksək formasıdır. Zəhmətkeşlərin müxtəlif növ təşkilatları vardır: həmkarlar ittifaqı təşkilatları, kooperativ təşkilatları, gənclər təşkilatları və sairə. Zəhmətkeşlərin ən yüksək təşkilat forması isə Kommunist Partiyasıdır və buna görə də Kommunist Partiyası zəhmətkeşlər və onların digər təşkilatları üçün başlıca, istiqamətverici rol oynayır. Lenin qeyd edirdi:”Partiya proletariatın balavasitə idarə edən avanqardıdır, partiya rəhbəridir” (V.İ.Lenin. Əsərləri, 32-ci cild, səh.93-94). Partiyanın tarixi vəzifəsi fəhlə sinfinin, zəhmətkeş xalqın bütün başqa təşkilatlarına rəhbərlik etməsidir. Kommunist Partiyası sinifi təşkilatın ən yüksək forması olduğuna görə fəhlə sinifinin qabaqcıl dəstəsinin, fəhlələrdən, bütün zəhmətkeşlərdən ibarət milyon-milyon kütlələrlə əlaqəsinin təcəssümüdür. Xalqla sıx əlaqə saxlaması partiyaya müxtəlif siniflərin və ictimai qrupların mənafeyinə və əhval-ruhiyyəsinə bələd olmaq, onlara təsir göstərmək imkanı verir.
Bütün məsələlərin həllində partiya tarixi inkişafın həlledici qüvvəsi olan kütlələrə arxalanır. Partiyanın gücü onun xalqla əlaqəsindədir. Xalqın böyük yaradıcı qüvvəsi isə yalnəz Kommunist Partiyasının rəhbərliyi altında lazımınca aşkara çıxıb ictimai inkişafın gedişində və nəticəsində məqsədəuyğun təsir göstərə bilir. Kapitalizmdən sosializmə keçid, kommunizm cəmiyyəti qurulması kortəbii şəkildə baş vermir, xalq kütlələrinin planlı təşkil edilən şürlu yaradıcılığı nəticəsində baş verir. Lenin göstərmişdir: ”...Etmək istədiyimiz dəyişiklik nə qədər dərindirsə, ona qarşı marağı və şüurlu münasibəti bir o qədər artıq yüksəltmək, bunun zəruri olduğuna milyonlar və on milyonlarla yeni-yeni adamları inandırmaq lazımdır” (V.İ.Lenin. Əsərləri, 31-ci cild, səh.514).
Yeni cəmiyyəti partiyanın təklikdə, yalnız öz qüvvəsi ilə qura biləcəyini güman etmək ciddi səhv buraxmaq deməkdir. Lenin demişdir ki, kommunistlər xalq dəryasında bir davamçıdırlar və yalnız o halda müvəffəqiyyət qazana bilərlər ki, fəhlə və kəndli kütlələrini özlərinin ardınca aparsınlar, onlarla birlikdə həqiqətən bütün zəhmətkeş xalq qarşıya qoyulmuş məqsədə doğru irəliləsin. Lenin belə hesab edirdi ki, partiya üçün ən böyük bəlalardan biri, inqilab işini və sosializm qurmaq işini korlayıb poza biləcək bəlalardan biri “kütlələrdən ayrı düşmək təhlükəsidir”(V.İ.Lenin. Əsərləri,42-ci cild, səh.392).
Partiyanın kütlələrlə əlaqəsinin və kütlələrə rəhbərliyinin konkret formaları bir çox cəhətdən partiyanın fəaliyyət göstərdiyi tarixi şəraitin xüsusiyyətləri müəyyən edilir. Hakimiyyət istismarçıların əlində olduğu şəraitdə partiya burjuaziyanın hökmranlığını devirmək üçün fəhlə sinifini və zəhmətkeşlərin proletar olmayan təbəqələrinin öz tərəfinə çəkmək, kütlələri proletariatın ətrafında sıx birləşdirmək vəzifəsini əsas vəzifə olaraq qarşıya qoyur. Bu məqsədlə partiya bütün ictimai təşkilatlarda iş aparır, o cümlədən əgər mürtəce təşkilatlarda zəhmətkeş kütlələri varsa, orada da iş aparır, siyasi kampaniyalarda (parlament seçkiləri və sairə) iştirak edir, bu isə partiyaya öz proqramını, məqsədlərini, vəzifələrini xalqa bildirmək, hakim siniflərin və onlara tərəfdar olanların siyasətinin mürtəce mahiyyətini ifşa etmək imkanı verir.
Lenin demişdir ki, inqilab genişləndikdə və kütlələr inqilabda iştirak etdikdə inqilabçı olmaq çətin deyildir. Hələ inqilabi partlayış üçün şərait yetişmədikdə və kütlələrin ümdə mənafeyini ödəmək üçün inqilabi hərəkətlərin zəruri olduğu onlara başa salmaq lazım gəldikdə isə inqilabi xətt yeritmək xeyli çətindir. Bunun üçün partiya kütlələr içərisində əzmlə, səbrlə və bacarıqla iş aparmalıdır. Partiya sosialist ideyalarının qələbəsindən sonra hakim partiya olur və öz rəhbər rolunu dövlət təşkilatları, həmkarlar ittifaqları təşkilatları, gənclər təşkilatları və zəhmətkeşlərin digər kütləvi təşkilatları vasitəsilə həyata keçirir. Bu təşkilatlar partiyanı geniş fəhlə, kəndli və ziyalı kütlələri ilə əlaqələndirir; bunsuz proletariat diktaturası mümkün deyildir. Lenin Oktyabr inqilabından sonra Sovet ölkəsində təşəkkül tapmış rəhbərlik sistemini xarakterizə edərək yazmışdır: “Ümumiyyətlə, rəsmən kommunistlərdən ibarət olmayan çevik və nisbətən geniş, çox qüdrətli bir proletar aparatı alınmış olur, bunun vasitəsilə də partiya sinif və kütlə ilə əlaqə saxlayır, partiyanın rəhbərliyi şəraitində bu aparatın vasitəsilə sinfin diktaturası həyata keçirilir.”(V.İ.Lenin. Əsərləri, 31-ci cild, səh.33).
Partiyanın təşkilat quruluşunun rəhbər prinsipi demokratik mərkəziyyətdir. Demokratik mərkəziyyət fəhlə sinfinin inqilabçı partiyasının təbiətinə xas olan mərkəziyyəti və demokratiyanı bir-biri ilə üzvi surətdə birləşdirir. Mərkəziyyət olmadan əsil inqilabçı partiya, marksist-leninçi partiya ola bilməz. Əgər partiyanın hər bir üzvü, partiya təşkilatları kollektiv surətdə hazırlanıb qəbul edilmiş qərarlarla hesablaşmayaraq öz bildikləri kimi hərəkət etsəydilər, çoxluğun iradəsinə, yuxarı partiya orqanlarının göstərişlərinə məhəl qoymasaydılar, onda partiyada heç bir hərəkət birliyi ola bilməz. Partiya vahid bir tam kimi mövcud olmalıdı. Lenin göstərmişdir ki, partiyada ancaq bir intizam ola bilər və bu intizam hamı üşün – partiyanın sıravi üzvləri üçün də, rəhbərlər üçün də eyni dərəcədə məcburidir. Lenin mençevik opportunistlərlə mübarizəyə girərək yazmışdı: “...Bizdə əsil partiya əmələ gəldikcə şüurlu fəhlə, proletar ordusu əsgərinin psixologiyasını, anarxist ibarə ilə iddia satan burjua ziyalısının psixologiyasından ayırmağı öyrənməlidir, yalnız sıravilərdən deyil, “yuxarıda duranlardan” da partiya üzvü vəzifələrini yerinə yetirməyi tələb etməyi öyrənməlidir...”(V.İ.Lenin. Əsərləri, 7-ci cild, səh.425).
Partiyada mərkəziyyət prinsipinin ardıcıl yeridilməsi, ciddi partiya intizamına riayət edilməsi, Leninin göstərdiyi kimi, “ideyaların nüfuzunu hakimiyyət nüfuzuna çevirmək, aşağı partiya təşkilatlarının yuxarı partiya təşkilatlarına tabe olması” üçün təminat yaradır” ...”(V.İ.Lenin. Əsərləri, 7-ci cild, səh.394).
Partiyadaxili demokratiyası olmadan da marksist-leninçi partiya ola bilməz. Mərkəziyyət olmadıqda partiya əlbir fəal hərəkətlərə qadir olmayan, bir növ diskussiya klubuna çevrilə biləcəyi kimi, demokratiya olmadıqda da o, cılızlaşıb bürokratik bir təşkilata, öz intizamını kor-koranə itaət üzərində quran və deməli, möhkəm intizamı olmayan bir təşkilata çevrilə bilər. Mərkəziyyətlə demokratizmin yalnız düzgün əlaqələndirilməsi partiyanın döyüş qabiliyyətinə malik olmasını və kütlələrin siyasi rəhbəri kimi öz rolunu yerinə yetirməsini təmin edir. Partiyadaxili demokratiyası o deməkdir ki, partiyada bütün məsələləri bütün partiya üzvləri bilavasitə həll edirlər, bütün rəhbər partiya orqanları seçkilidir, hesabat verir və dəyişdirilə bilər.
Demokratik mərkəziyyət partiyaya bütün üzvlərinin və təşkilatlarının təcrübəsini və rəyini, yerli təşəbbüsü, ümumi məqsədə doğru hərəkət etmək üçün movcud olan ən müxtəlif yolları və vasitələri hərtərəfli nəzərə almaq və bunlardan istifadə etmək imkanı verir. Lenin yazmışdır: “Təfərrüatda, yerli xüsusiyyətlərdə, işə yanaşmaq ” qaydalarında, nəzarət qoyulması üsullarında... rəngarənglik olması nəticəsində əsas, başlıca, mühüm məsələdəki vəhdət pozulmaq deyil, təmin edilmiş olur”(V.İ.Lenin. Əsərləri, 26-cı cild,səh.419). Demokratik mərkəziyyət bütün partiya üzvlərinin qabiliyyətinin üzə cıxması üçün geniş meydan açır, partiya üzvlərinə geniş siyasi dünyagörüşü aşılanmasını, onların hər bir məsələnin həllinə ümumpartiya mövqeyindən yanaşmaq, habelə partiyanın işləri və müqəddaratı üçün yüksək məsuliyyət hiss etmək ruhunda tərbiyə olunmasını təmin edir. Demokratik mərkəziyyət partiyanın siyasət və əməli fəaliyyətinin ümdə məsələlərində kommunistlər arasında fikir birliyi yaratmağa imkan verir; partiyanın ideya birliyi və kollektiv fikri öz strategiya, siyasət və taktikasının həyata keçirilməsində onun hərəkət və iradə birliyi ilə tamamlanır. Tam demokratiya, məsələlərin müzakirəsində fikir söyləmək azadlığı, qəbul edilmiş qərarların həyata keçirilməsində möhkəm intizam və hərəkət birlyi partiya həyatının pozulmaz qanundur.
Demokratik mərkəziyyət prinsipi partiyanı ölkənin fəhlə sinfinin bütün milli dəstələri üçün ümumi olan mərkəzləşdirilmiş vahid bir təşkilat kimi qurmağı təmin edir. Vaxtilə, Kommunist Partiyası yenicə meydana gəlməyə başladığı zaman Bund (Litvada, Polşada və Rusiyada Ümumi Yəhudi fəhlə ittifaqı – opportunist, xırda burjua, millətçi təşkilatıdır) nümayəndələri təkid edirdilər ki, partiya federasiya prinsipləri əsasında qurulsun, ümumpartiya mərkəzindən asılı olmayan milli təşkilatların birliyi olsun. Lenin və onun tərəfdarları sübut edirdilər ki, partiyanın bu cür qurulması onu ancaq ayrı-ayrı milli dəstələrə parçalanmasına səbəb ola bilər, bu isə inqilabi fəhlə və kommunist hərəkatının ən dərin mahiyyətini ifadə edən beynəlmiləlçilik prinsipinə kökündən ziddir. Lenin deyirdi: “Buna görə də biz federasiyanı prinsipcə... kandardan rədd edirik...” (V.İ.Lenin. Əsərləri, 6-cı cild, səh.484).
Sovet respublikaları federasiyasının yaradılması ilə əlaqədar olaraq partiyanın VIII qurultayı (1919-cu il) göstərdi ki, bu heç də o demək deyildir ki, RK(b)P-nın özü də müstəqil kommunist partiyalarının federativ birləşməsi əsasında qurulmalıdır. Qurultayın qərarlarında deyilirdi ki, müstəqil sovet respublikaları yaradıldıqdan sonra da “vahid” mərkəzləşdirilmiş Kommunist Partiyasının və onun vahid MK-sının olması zəruridir, partiyanın MK-sı RSFSR-in hər yerində bütün partiya işinə rəhbərlik etməlidir. RKP-nin və onun rəhbər idarələrinin bütün qərarları partiyanın bütün hissələri üçün, bunların milli tərkibindən asılı olmayaraq, sözsüz məcburidir” (“Sov.İKP... qətnamə və qərarları”, I hissə. səh.489-490).
Partiyanın təşkilat quruluşunun və fəaliyyətinin çox mühüm bir prinsipi proletar, sosialist beynəlmiləlçiliyidir. Proletar, sosialist beynəlmiləlçiliyi o deməkdir ki, partiya müxtəlif millətlərin nümayəndələrini birləşdirən sinfi bir təşkilat kimi qurulur və belə bir təşkilat kimi də hərəkət edir. Partiya SSRİ xalqlarının dostluq və qardaşlığının təcəssümü, milli və irqi ədavətə dözməmək təcəssümü idi. Eyni zamanda partiya həmişə özünü dünya kommunist və fəhlə hərəkatının tərkib hissəsi hesab etmiş, bütün ölkələrin zəhmətkeşləri ilə, bütün xalqlarla qardaşcasına həmrəyliyin zəruri olduğunu əsas tutmuşdur.
Lenin demişdir: “Proletar beynəlmiləlçiliyi... əvvələn, bir ölkədəki proletar mübarizəsinin mənafeyini ümumdünya miqyasındakı bu mübarizənin mənafeyinə tabe etməyi tələb edir; ikincisi, burjaziyaya qalib gələn millətin beynəlxalq kapitalı yıxmaq yolunda ən böyük milli qurbanlar vermək iqtidarında və əzmində olmasını tələb edir”(V.İ.Lenin. Əsərləri 31-ci cild, səh141). Partiyanın inqilabi marksizm, demokratik mərkəziyyət və proletar beynəlmiləlçiliyi əsasları üzərində yaratmaq haqqında Lenin ideyasının qələbəsi böyük beynəlxalq əhəmiyyətə malik oldu. Bu qələbə bütün marksistlərə göstərdi ki, fəhlə sinfinin inqilabçı partiyasının döyüş qaqbiliyyətini, bütün millətlərin fəhlələrinin birliyini həmin partiyanın hansı quruluş prinsipləri daha yaxşı təmin edir. Azərbaycan Kommunist Partiyası bu prinsiplərə özünün bütün tarixi boyu ciddi əməl etmiş və indi də əməl etməkdədir. Azərbaycan Kommunist Partiyası Nizamnaməsində göstərilir ki, partiya sıralarının ideya və təşkilat birliyi, yekdilliyi, bütün kommunistlərin yüksək şüurluluğu və intizamı partiya həyatının pozulmaz qanunudur. Bu birlik partiya sıralarının saflığını qorumaq, bütün kommunistləri marksizm-leninizm prinsiplərinə sarsılmaz sədaqət ruhunda tərbiyə etmək, möhkəm intizamı qoruyub saxlamaq, partiya fraksiyalara və qruplaşdırmalara yol verməmək sayəsində əldə edilir. Lenin öyrətmişdir ki, partiya könüllü ittifaqdır və əgər o, antipartiya ünsürlərindən xilas olmasaydı, əvvəl ideyaca, sonra isə təşkilatca hökmən parçalanardı. Azərbaycan Kommunist Partiyası öz sıralarının birliyini göz bəbəyi kimi qorumuş və qoruyur, marksizmin düşmənlərinə, sağ və “sol” opportunistlərə qarşı barışmaz mübarizə aparmış və aparır. “Partiyanın birliyi haqqında” Leninin yazdığı və RK(b)P-nin X qurultayının qəbul etdiyi qətnamənin tarixi əhəmiyyəti vardır. Qurultay bütün partiya təşkilatlarına bir vəzifə olaraq tapşırmışdı ki, heç bir fraksiyaçı çıxışa yol verilməməsinə ən ciddi nəzər yetirsinlər, partiya sıralarının birliyinin və yekdilliyinin hər vasitə möhkəmlətsinlər.
Lenin partiyası daxilində opportunist qrupların və cərəyanların ideya-siyasi cəhətdən darmadağın edilməsi SSRİ-də sosializm qurmaq üçün mühüm şərt oldu. Lenin partiyasının varisi olan Azərbaycan Kommunist Partiyası indi həmişəkindən daha sıx birləşmişdir və daha yekdildir, sosializm uğrunda mübarizə aparan Azərbaycan xalqı içərisində onun nüfuzu həmişəkindən daha çoxdur. Düzdür, partiyanın daxilində partiyanın baş xəttindən kənara çıxa biləcək müxtəlif təmayüllər üçün zəmin yoxdur. Lakin nə qədər ki, kapitalizm vardır, o, kommunist və fəhlə partiyalarında olan səbatsız ünsürlərə pozucu təsir göstərmək üçün bütün vasitələrdən istifadə edəcəkdir. Odur ki, partiya sıralarının birliyini və yekdilliyini bundan sonrada göz bəbəyi kimi qorumaq və möhkəmlətmək lazımdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bütün kommunistlərin, sosializmin tərəfdarı olan bütün adamların fikir və hərəkət birliyini daha da möhkəmlətməyin zəruri olduğunu daim qeyd edir.

Комментариев нет:
Отправить комментарий