Bir neçə gün əvvəl Bakıda qonaq olan Ukraynalı jurnalist Dmitri Jmutski ölkəmizdə müşahidə etdiyi maraqlı özünəməxsusluqlar haqqında fikirlərini bölüşüb. Onun azərbaycanlı qızlar və oğlanlar haqqında fikirləri isə daha çox marağa səbəb olub. Azərbaycanlı qızlar haqqında jurnalist deyir:
«Azərbaycanla müqayisədə Ukrayna gözəllik, dieta və fitnes ölkəsidir. Avropanın formada qalmaq kultu hələ ki, Xəzər sahillərinə gəlib çatmayıb. Azərbaycanlı qızların böyük əksəriyyətinin enli arxaları, sallaq qarınları və piyli budları var. Səhvən girdiyimiz bir strip-klubda biz ilk dəfə piyli və rezin alt paltarından ətləri sallanan qızları gördük. Krımda bu cür qızları dəqiq ən azı on kiloqram arıqlamamış kluba buraxmazdılar.»
Azərbaycanlı oğlanlar haqqında da fikirlərini bölüşən jurnalist yazır:
«Bakılı kişilər öz xarici görünüşlərinə kiyevlilər yaxud da moskvalılardan daha çox diqqət yetirirlər: səliqəli saç düzümü, bahalı kostyumlar və nazik dəridən qara gödəkçələr.» (sbm.az)
Комментариев нет:
Отправить комментарий