Ədalət Abdinov,
Azərbaycan Kommuninist Partiyası Mərkəzi Komitəsinin katibi
Marks və Engelsin ən böyük xidmətlərindən biri də odur ki, onlar proletar partiyasının əsas təşkilat və fəaliyyət prinsiplərini işləyib hazırlamışlar. Onların rəhbərliyi altında yaradılıb fəaliyyət göstərən “Kommunistlər İttifaqı”(1847-1852) və Beynəlxalq Fəhlə Birliyi bu prinsiplərin əməli təcəssümü oldu. V.İ.Leninin təbirincə, “Kommunistlər ittifaqı”, “xırda, lakin həqiqi proletar partiyası” idi.
“Kommunistlər ittifaqı”nın tapşırığı ilə Marks və Engels kommunist hərəkatının ilk proqram sənədini – “Kommunist Partiyasının Manifesti”ni yazdılar. Bu dahiyanə əsərdə elmi sosializm nəzəriyyəsi tam və mükəmməl şərh edilmiş, proletariatın dünya miqyasında tarixi rolu aşkara şıxarılmış, fəhlə sinifinin partiyası haqqında əsas müddəalar, fəhlə sinifi partiyasının məqsədləri və vəzifələri, inqilabi mübarizə strategiyası və taktikasının ümumi nəzəri əsasları ifadə edilmişdir.
“Kommunist Partiyasının manifesti”ndə deyilir: Kommunistlər bütün başqa proletar partiyalarından bununla fərqlənirlər ki, onlar müxtəlif millətlərin fəhlələrinin mübarizəsində bütün proletariatın milliyyətdən asılı olmayan ümumi mənafeyini ayırıb müdafiə edirlər. Əlbəttə, bu o demək deyildir ki, kommunistlər müxtəlif ölkələrin fəhlə sinifinin, xalqlarının milli mənafeyini nəzərə almırlar və ya ona etinasızlıq göstərirlər. Məhz kommunistlər dünya fəhlə hərəkatının bütün dəstələrinin, bütün ölkələrin xalqlarının milli mənafeyi uğrunda ən ardıcıl və qəti mübarizə aparırlar. Digər tərəfdən, fəhlə sinfinin burjuaziyaya qarşı mübarizəsinin keçdiyi müxtəlif inkişaf pillələrində kommunistlər həmişə bütövlükdə hərəkatın mənafeyini təmsil edirlər. Kommunistlər praktikada bütün ölkələrin fəhlə partiyalarının həmişə irəliyə sövq edən ən qətiyyətli hissəsidir, nəzəri cəhətdən isə proletariatın qalan kütləsinə nisbətən onların üstünlüyü fəhlə hərəkatının şəraitini, gedişini və ümumi nəticələrini başa düşmələrindədir. Bu üstünlüyü onlara dünyanı dərk etmək və inqilabi surətdə dəyişdirmək üçün qüdrətli vasitə olan kommunizm nəzəriyyəsi verir.
Elmi kommunizm baniləri belə bir müddəa irəli sürmüşlər ki, fəhlə hərəkatının son məqsədi olan kommunizm uğrunda mübarizə bu hərəkatın ən yaxın vəzifələrini həyata keçirmək uğrunda mübarizə ilə birləşdirilməlidir. Fəhlə sinfinin, zəhmətkeşlərin ən yaxın və mühüm mənafeyinə etinasızlıq partiyanın kütlələrdən hökmən ayrı düşməsinə, təriqətçi qrupa çevrilməsinə səbəb olur. Partiyanın fəaliyyətini ancaq ən yaxın vəzifələrin həyata keçirilməsi uğrunda mübarizə ilə məhdudlaşdırmaq isə, əksinə, inqilabi perspektivinin əldən çıxmasına doğru aparır. Proletariatın inqilabçı partiyalarının rəhbər tutduqları əsas müddəalardan biri “Kommunist Partiyasının Manifesti”ndə qeyd edildiyi kimi: kommunistlər fəhlə sinfinin ən yaxın məqsəd və mənafeyi uğrunda mübarizə edirlər, lakin eyni zamanda bu günkü hərəkatda onlar hərəkatın gələcəyini də müdafiə edirlər.
Engels ilk inqilabçı proletar partiyası olan “Kommunistlər ittifaqı”nın tarixi mövqeyini qiymətləndirərkən qeyd edirdi ki, onun “nəzəri əsası yeni elmi dünyagörüşündən ibarət...” (Kommunist Partiyasının Manifesti) əsasıdır və kommunistlərə imkan verir ki, ictimai inkişaf qanunauyğunluqlarına və konkret tarixi şəraitə uyğun olaraq mübarizənin məqsəd və vəzifələrini, bunların həyata keçirilməsi yollarını və üsullarını müəyyən etsinlər.
Marks və Engels bunu əsas tuturdular ki, Kommunist Partiyası fəhlə sinfinin qabaqcıl, mütəşəkkil dəstəsidir və həmin dəstənin bütün həyatı, fəaliyyəti elmi kommunizm nəzəriyyəsi əsasında qurulur. Onlar fəhlə sinfinin inqilabçı partiyasının ciddi təşkilata, bütün üzvləri üçün məcburi olan möhkəm intizama malik olmasının zəruriliyi haqqında, partiyanın ideya və təşkilat əsaslarının vəhdəti haqqında müddəanı əsaslandırmışdılar.
Marksla Engelsin “Alman ideologiyası” adlı birgə əsərində qeyd edilir ki, mövcud dünyada “kommunist” məfhumu “müəyyən inqilabçı partiyanın tərəfdarı” deməkdir. Engels qeyd edirdi ki, ”... heç bir siyasi partiya təşkilatsız yaşaya bilməz”.
Elmi sosializmin möhkəm təməlinə əsaslanan ideya və təşkilat birliyinin yalnız qırılmaz vəhdəti sayəsində partiya xalqı öz ardınca aparmaq və özünün dünya miqyasında tarixi vəzifələrinin yerinə yetirmək iqtidarında olan siyasi qüvvəyə çevrilir.
Marks və Engelsin rəhbərliyi altında “Kommunistlər İttifaqı”nın Nizamnaməsi işlənib hazırlandı. Nizamnamədə fəhlə sinfinin məqsədi və əsas vəzifələri aydın şəkildə müəyyən edilmişdi: burjua qurluşunu məhv etmək və siniflər olmayan, xüsusi mülkiyyət olmayan yeni bir cəmiyyət yaratmaq. “İttifaq” üzvlərinin qarşısında yüksək tələblər qoyulurdu: həmin təşkilatın məqsədlərinə uyğun tərzdə yaşamaq və fəaliyyət göstərmək, kommunizm ideyalarını qəbul etmək və inqilabi təbliğat aparmaq antikommunist qruplarda iştirak etməmək.
Nizamnamədə “İttifaq”ın təşkilat qurluşu müəyyən edilmişdi. Onun aşağı pilləsi 3 nəfərdən 20 nəfərədək üzvü olan icmalar idi. İcmalar birləşib mahallar əmələ gətirir və mahalların başında mahal komitələri dururdu. “İttifaq”ın ali orqanı konqres, konqreslərarası dövrdə isə Mərkəzi Komitə idi. Konqres hər il toplaşırdı. Engels “Kommunistlər İttifaqı”nın fəaliyyət təcrübəsini təhlil edərək, 1885-ci ildə yazmışdı ki, bu təşkilat tamamilə demokratik təşkilat idi, onun komitələri seçilirdi və hər vaxt dəyişdirilə bilərdi. Elə bu özü hər cür gizli qəsdlər etmək və “İttifaq” daxilində təkbaşına hakimiyyət qurmaq cəhdlərinin qarşısını alırdı.
Fəhlə sinfinin ilk beynəlxalq təşkilatı olan I İnternasional (1864 - 1872) proletar partiyalarının qurulmasında çox böyük rol oynadı. I İnternasionalın proqram sənədlərini və “Müvəqqəti nizamnamə”ni K.Marks işləyib hazırlamışdı. Bunlarda göstərilirdi ki, siyasi hakimiyyəti ələ almaq fəhlə sinfinin böyük bir vəzifəsinə çevrilmişdir. Həmçinin deyilirdi ki, fəhlə sinifi öz azadlığını özü əldə etməlidir. Bu məqsədə çatmaq yolları və vasitələri müəyyənləşdirilmişdi. Fəhlələrin təşkil olunması və elmi nəzəriyyə ilə silahlandırılması proletariatın mübarizəsinin müvəffəqiyyəti üçün ən mühüm şərtlərdən biri elan edilirdi. Müxtəlif ölkələrin fəhlə sinfinin beynəlmiləl birliyinin zəruri olduğuna xüsusi diqqət yetirilirdi.
Marksla Engelsin rəhbərlik etdikləri I İnternasional, Leninin dediyi kimi, “sosializm uğrunda proletar mübarizəsinin, beynəlxalq mübarizənin təməlini qoydu.” “Kommunistlər İttifaqı”nın və I İnternasionalın sənədləri, həmin proletar təşkilatlarının əməli fəaliyyəti göstərir ki, demokratik mərkəziyyət məfhumu o zaman hələ mövcud olmasa da, “Kommunistlər ittifaqı”nın və Iinternasionalın təşkilat qurluşu əslində məhz demokratik mərkəziyyət prinsipinə əsaslanırdı. Bu təşkilatların daxili həyatı demokratik əsaslar üzərində qurulmuşdu. “İttifaqın” bütün üzvləri rəhbər orqanların ilk dəfə və təkrar seçilməsində, Proqramın, Nizamnamənin işlənib hazırlanmasında və qəbul olunmasında iştirak edirdilər. Eyni zamanda ciddi bir mərkəzləşmə var idi, aşağı orqanlar yuxarı orqanlara, azlıq çoxluğa tabe idi. Demokratiya inkişaf etdirilməklə bərabər, təşkilatın ucdantutma bütün üzvləri üçün məcburi olan partiya intizamına da riayət edilir, Proqramın və Nizamnamənin bütün tələbləri yerinə yetirilirdi.
“Kommunistlər ittfaqı”nın və xüsusən I İnternasionalın təcrübəsi əyani şəkildə göstərdi ki, demokratik mərkəziyyət prinsipinə dönmədən əməl etmək proletar partiyasının döyüş qabiliyyəti üçün, onun öz rəhbər rolunu yerinə yetirməsi üçün olduqca mühüm şərtdir.
Marks və Engels proletar təşkilatları sıralarının ideya və təşkilat birliyini möhkəmlətmək uğrunda daim mübarizə aparır, opportunist və təftişçilərin, partiya intizamını pozanların qəti əleyhinə çıxırdılar. Marks öz məktublarından birində yazırdı: “Biz indi partiya intizamını hökmən qorumalıyıq, yoxsa hər şey alt-üst olar”. Eyni fikri Engels də irəli sürmüşdü. O, “Almaniyada kəndli müharibəsi” əsərinin müqəddiməsində göstərmişdi ki, “partiya təşkilatını, habelə həmkarlar ittifaqları təşkilatını ketdikcə daha möhkəm birləşdirmək lazımdır”.
Elmi kommunizmin baniləri inqilabçı partiyanın ictimai tərkib məsələsini tam kəskinliyi ilə qoyurdular. Marks və Engels yazırdılar: “Əgər proletar hərəkatına başqa siniflərin nümayəndələri qoşularsa, onda, hər şeydən əvvəl, onlardan tələb olunur ki, özləri ilə birlikdə burjua, xırda burjua və bu kimi başqa mövhumat qalıqlarını gətirməsinlər, qəti surətdə proletar dünyagörüşünü mənimsəsinlər”. Burjua və xırda burjua baxışlı adamlar fəhlə partiyasında “yad ünsürlərdir”. Partiya rəhbərliyinin bu və ya digər dərəcədə belə adamların əlinə keçməsi xüsusilə təhlükəlidir. Rəhbərliyi opportunist ünsürlərin əlinə keçən Almaniya Sosial – Demokrat Partiyasının tarixi bu xəbərdarlığın düzgün olduğunu tamamilə təsdiq etdi. Həmin xəbərdarlıq öz əhəmiyyətini indi də saxlamaqdadır.
Marks və Engels belə bir nəticəni əsaslandırmışlar ki, partiya sıralarını möhkəmlətmək, düşmən və opportunist ünsürləri partiya sıralarından qovmaq partiyanın inkişafının qanunauyğunluğudur, onun döyüş qabiliyyəti üçün şərtdir. Engels yazırdı: “Proletariatın hərəkatı labüd surətdə müxtəlif inkişaf pillələrindən keçir; hər bir pillədə adamların bir hissəsi ilişib qalaraq, daha irəli getmir”. Proletar partiyasının mühüm vəzifələrindən biri bu cür adamlardan xilas olmaq, öz sıralarını, ən əvvəl, qabaqcıl fəhlələr hesabına genişləndirməkdir. Marks və Engels bakuninçilərin və I İnterhasionala soxulmuş digər opportunistlərin antisosialist baxışlarına qarşı qətiyyətlə mübarizə aparır, onların xaric edilməsinə çalışırdılar. Marks yazırdı: “Bu adamlar açıq-açığına İnternasionaldan kənarda olduqda təhlükəli deyildirlər... lakin onlar İnternasional daxilində düşmən ünsürlər olsalar, imkan tapdıqları bütün ölkələrdə hərəkatı pozurlar".
Partiya quruculuğunun Marks və Engels tərəfindən irəli sürülüb əsaslandırılmış ən mühüm prinsiplərindən biri proletar beynəlmiləlçiliyi prinsipidir. Hələ fəhlə sinfinin inqilabçı partiyasının ilk proqram sənədində “Kommunist Partiyasının manifesti”ndə Marks və Engels kommunist və fəhlə hərəkatının: “Bütün ölkələrin proletarları, birləşin!” deyən mübariz şüarını irəli sürmüşdülər. Elmi kommunizmin baniləri bunu əsas tuturdular ki, inqilabu fəhlə hərəkatı öz təbiəti etibarı ilə və obyektiv tarixi qanunauyğunluqlara görə beynəlmiləl hərəkatdır. Proletariat kapitalın beynəlxalq qüvvəsinə öz beynəlmiləl birliyini qarşı qoymalıdır. Bunsuz proletariat qələbə çala bilməz və azdlığa çıxa bilməz. K.Marks yazdığı “Beynəlxalq Fəhlə Birliyinin təsis manifesti”ndə qeyd edilirdi ki, fəhlə sinifinin azadlığa çıxarılması müxtəlif ölkələrin proletariatının qardaşcasına əməkdaşlığını tələb edir. Məhz bu fikir Beynəlxalq Fəhlə Birliyinin - I İnternasionalın əsasını qoymağa sövq etdi. Marks və Engels proletar təşkilatlarında burjua millətçiliyinin hər cür təzahürlərinə qarşı barışmaz idilər. Onlar göstərirdilər ki, düzgün başa düşülmüş beynəlmiləlçilik ideyaları milli mənafeyə əsla zidd deyildir. Beynəlmiləlçilik ideyasını unutmaq və ya lazımınca qiymətləndirməmək isə, əksinə, həm beynəlxalq fəhlə hərəkatına, həm də ölkənin fəhlə sinfinin milli mənafeyinə böyük ziyan vurur. Digər tərəfdən, düzgün başa düşülən milli mənafe fəhlə sinfinin beynəlmiləl mənafeyinə zidd deyildir, ona uyğundur.
Proletar partiyasının təşkilat prinsipləri haqqında Marks və Ehgels tərəfindən irəli sürülmüş müddəalar, “Kommunistlər ittifaqı”nın və I İnternasionalın inqilabi ənənələri beynəlxalq fəhlə hərəkatının bütün sonrakı inkişafəna dərin təsir göstərdi, kütləvi proletar partiyaları yaradılması üçün zəmin hazırladı. Lenin qeyd edirdi ki, Iinterasional “öz tarixi rolunu başa çatdıraraq öz yerini dünyanın bütün ölkələrində fəhlə hərəkatının ölçülməz dərəcədə daha çox artması dövrünə, bu hərəkatın məhz eninə artması dövrünə, ayrı-ayrı milli dövlətlərdə kütləvi sosialist fəhlə partiyaların yaranması dövrünə verdi”.
II İnternasional (1889-1914) öz fəaliyyətinin ilk dövründə Engelsin sağlığında beynəlxalq inqilab hərəkatının inkişafında, kütləvi fəhlə partiyalarının yaranmasında müsbət rol oynadı.

Комментариев нет:
Отправить комментарий