24.05.2014

Namiq Haşimzadə - Gəldi qoçu dövrü

Səs salma yatanlar dəm alıb qoy hələ yatsın
Bicbalalar qorxaq olan milləti atsın

Yolda tıxac-qəlbdə tıxac-başda tıxac var
Vergi verəndən daha çox vergi yığan var.

Milli kanallar dolanır şou bazarından
Molla-axundlar yapışıb aş qazanından

Milli metirlər yığılır məclisə hərdən
Bomba kliplər yaranır qoltuğu tərdən.

Hərbi vəziyyətdə qalıb yoxsulun ömrü
Döndü dolaşdı yenə gəldi qoçu dövrü


Xalqa nağıllar oxuyur naziri-peysər
Binamus xaş-xaş becərir kəndlisə pencər.

Toyda zəhərləndi neçə tutma xiyarlar
Göbək açıb şıllaq atır milli marallar

Necədə andır olan dövrü-zamandır
Hallı gəzir xallı bəbir beyni dumandır

Azadlığı bayram edir villada vampir
Ac qarına şeir yazır ditdili şair

Tox nə bilir ac nə çəkir eyninə almır
Hətta mənim eşşəyimin duyğusu vardır

Fəhlə qızı kef eləyir varlı qaqaşla
Axşam olur cibdə dolur milli manatla

Pərdəli maşında gəzir xalq qızı ceyran
Elçilərə söyləməyir getdiyi bardan

Əxlaq-ədəb dərsi keçilmir daha yoxdur
Təhsili-nazir gədənin gözləri kordur

Baş qarışıb neftə-qaza kim-kimə indi
Odlar yurdun maviləşir fəxr elə indi

Qanunu daldan oxuyur hakimi-daldan
Məmur içib nuş eləyir rəşvəti-yaldan

Xalqa yanan düz danışan dux belə yoxdur
Saymadığım-yazmadığım dərt hələ çoxdur

Комментариев нет:

Отправить комментарий