23.05.2014

Hizbullah Qalibun, yaxud kriptokürdlərin ölüm rəqsi

İbrahim Sel

 Dünyada baş verən hadisələri izləyərkən istər-istəməz meydana çıxan suallara KİV-də cavab tapmaq getdikcə çətinləşir. Sıravi vətəndaşlar üçün- özü də yalnız bizim ölkəmizdə yox- informasiya blokadası erası başlanmışdır. Obyektiv və təfərrüatlı informasiyanın praktiki olaraq yeganə mənbəyi kimi yalnız “üçüncü dünyanın” keçmiş “qoşulmayan” ölkələrinin və internetdəki antiqlobalist cəbhənin resurslarını göstərmək olar.
 Sion müdriklərinin 12-ci protokolunda deyilir: “Heç bir xəbər biz yoxlamamış çatdırılmayacaq. Hazırda dünyanın bir çox yerində xəbərlər bir neçə xəbər agentliyi tərəfindən çatdırılır. Bu agentliklər bizim tabeliyimizə keçəndə xalq yalnız bizim seçdiyimiz xəbərləri biləcək”.
 Xəbərlər bir neçə xəbər agentliyi tərəfindən yayılır. Bu agentliklər çoxdan sionçu yəhudilərə tabedir. Xəbərlər xalqa onların nəzarəti altında çatdırılır. 12-ci yəhudi protokolu 1905-ci ildən də əvvəl qəbul olunub. Artıq bu sənəddə deyilənlərin hamısı reallaşıb.
 1868-ci ildə Praqada keçirilən dəfn mərasimində yəhudilərin baş ravvini Simeon-ben-İhudanın qəbrinin yanında bunları deyib: “Digər böyük güc mediadır. Media bəzi fikirləri durmadan təkrarlayaraq əhali arasında həqiqət kimi qəbul olunmalarına zəmin yaradıb. Media hər yerdə bizim əlimizdədir”. Bu sözlər indi də təsiri altına düşdüyümüz media şirkətlərinin mahiyyətini açır. Onlar bəzi xəbərləri durmadan təkrarlayaraq həqiqət sırasına keçiriblər. Biz bununla hər gün üzləşirik. 
 Siyasətçilərin çoxu düşdüyümüz fəlakətdən qurtuluş yolunun Rusiya olduğunu bilir, ancaq medianın təsiri ilə bunu deməkdən çəkinirlər. Azərbaycanda kriptokürd mediası siyasətçiləri də qorxu altında saxlayır. Qərb bölgəsindən olan kriptokürdlər İsrailin əli ilə medianı nəzarət altına alıblar. İnsanların düşüncəsinə, həyatına təsir edən medianın antiRusiya və antişiə qərbçilərin əlində olması adi bir təsadüfdürmü? Media xalqın hisslərini, düşüncələrini əks etdirməlidir, ancaq artıq o yalnız bir ovuc izrailtosun hiss və düşüncələrini əks etdirir. Kürd rusa nifrət edir- demək bütün Azərbaycan xalqı da rusa nifrət etməlidir. Kürd Qarabağ və 20 yanvar faciələrinin kökündə məhz özü durduğu halda Rusiyanı günahkar çıxarır- demək bütün Azərbaycan xalqı da Rusiyanı qınamalıdır. Kürd Bəşər Əsədi qaniçən diktator, vəhhabiləri demokratik düşərgə və ya Azad Suriya Ordusu adlandırır- demək, bütün Azərbaycan xalqı Əsədi qınamalı, Suriya şiələrinə nifrət etməli, bu savaşda vəhhabiləri dəstəkləməlidir! Kürd Krım məsələsində Rusiyanı yox, Ukraynanın yəhudi xuntasını dəstəkləyir- vse!- Azərbaycan xalqı da həmin xuntanın tərəfində olmalıdır. Budur faciə! Azərbaycan xalqının ictimai-siyasi baxışlarını kürd mediası müəyyənləşdirir.
 Əslində İsrailin barmağı gözümüzün önündədir, amma biz təhlükəni görmək istəmirik. Bu gün ən vacib qəzet və jurnalların kriptokürdlərin əlində olduğu açıq-aşkardır. Eyni zamanda vacib postlara itələnən, mükafatlara layiq görülən, imtiyazlar verilən jurnalist və siyasətçilərin kriptokürdlər olduğunu da bilirik. Bizi müharibəyə, konfrontasiyaya təşfiq edənlərin kriptokürd mediası, jurnalistləri, tv-ləri və layihələri olduğunun da fərqinə varırıq. Onlar bunu cəmiyyətin xeyri üçünmü edirlər? Xeyr, bunu öz gizli planlarını həyata keçirmək üçün edirlər. Öz hegemonluqlarını, yuxarı statuslarını əbədiyyən sürdürmək üçün edirlər. Bizim idarəçilərimizin- əsl xalqçıların isə dilləri, əlləri və ayaqları bağlanıb, əllərindən heç nə gəlmir. Dövran kürdlərindir. Onlar nə çalsa, xalq da həmin havaya oynayacaq. İzrael rulez!
 Bu gün kriptokürdlər əllərindəki medianın gücü sayəsində bizə şanlı Sovet keçmişimizi unutdurmaq və öz qanunsuz yolla topladıqları sərvətləri qorumaq üçün Rusiyaya düşmən etmək istəyirlər. Halbuki Azərbaycan xalqı həqiqəti öyrənsə, duyğularının idarə olunmasına imkan verməsə, ölkəmizdə bir nəfər də olsun Amerika tərəfdarı tapılmaz. Əgər xalq azərbaycanlı adı altında yazan bu köşə yazarlarının hansı genetikadan olduğunu araşdırsa, qanını yoxlasa, onlara yüngül desək, heç bir ağıllı inanmaz. 
 Baxmayaraq ki, Azərbaycan vətəndaşları Ermənistan ilə müharibə etmək istəmirlər, bu gün qaçıb Bakıya sığınanlar öz sərmayələrini artırmaq və oyunlarını davam etmək üçün hələ də döyüş nərələri çəkirlər. Kürd saytları və qəzetləri niyə müharibə tərəfdarıdır? Niyə Rusiyaya və İrana qarşı düşmən mövqedədirlərlər? Təbii ki İsrail sərmayəsinin əlində olduqlarına və onlar tərəfindən idarə olunduqlarına görə! ABŞ səfirliyinin təlimatlarına uyğun şəkildə işlədiklərinə görə! İsrailtoslar öz gizli planını xalqın qan və gözyaşları bahasına reallaşdırmağı qarşıya məqsəd qoyub- bu planın son məqsədi qoy xalqlarının əvvəl bütün həyati rıçaqlardan mərhum edilməsi, sonra isə yox edilməsidir. “Sion müdriklərinin protokolları”nda televiziya və saytlardan bəhs olunmur, çünki bu protokollar hələ onların olmadığı dövrdə qələmə alınıb. Ancaq insanların fikirlərinə təsir edəcək bu iki sahə ortaya çıxan kimi sionçular onları da öz təsirləri altına aldılar. Bu təkcə Amerikada deyil, həm də dünyanın bütün vacib ölkələrində baş verib. Görəsən niyə? Bu, sadəcə təsadüf deyil, yəhudilərin məqsədlərinə uyğun şəkildə həyata keçən planın tərkib hissəsidir. Bu gün Azərbaycanda da dövlət televiziyası və aparıcı saytlar israrla, əsaslı şəkildə İsrailin niyyətinə uyğun istifadə olunur. Səbəb isə odur ki, Rotşild pul imperatorluğu var, bu qurum 1812-ci ildə qurulub və o vaxtdan ən inanılmaz dərəcədə genişlənib. Bu imperatorluq təkcə Amerika deyil, bütün dünya mədəniyyəti üçün təhlükəlidir.
 Bizim həmişə xalqa oxumağı tövsiyyə etdiyimiz “Sion müdriklərinin protokolları”nın həqiqliyi, bəzilərinin iddia etdiyi kimi uydurma olmaması bu sənəddə yazılanların doğru çıxması, çoxunun cəmiyyətə tətbiq edilməsi və üstümüzdə sınaqdan keçirilməsi ilə sübut olunub. Protokollarda da göstərildiyi kimi, onlar pulu, birjaları və medianı idarə etməklə, siyasətçiləri yönləndirməklə müharibələr, intriqalar yaradaraq dünya tarixini öz məqsədlərinə uyğun dəyişirlər. 7-ci protokolda deyilir: “Bizə qarşı çıxan dövlətləri qonşuları ilə düşmən etməyə hazır olmalıyıq. Əgər bizə qarşı çıxan dövlətlər öz qonşuları ilə birləşsələr, onda dünya müharibəsinə başladacaq gücdə olmalıyıq”.
 Türkiyənin ölkəmizdəki məlum kürd şirkəti (baş ofisi Tel-Əvivdə yerləşir) 7 rayonu su altında qoyanda siz heç heç bir şey etmədiniz. Amma Topxanada 2 ağac qırılanda 100 minlərlə meydana axışıb aylarla mitinq etdiniz. Bir qrup qərb bölgəsindən olan kriptokürd siyasətçi xalqı plastilin kimi öz oyunlarında istifadə edir. İndi həmin zümrə xalqın qanı hesabına topladığı milyonları itirməmək üçün onu Rusiyaya qarşı kökləyir. Kriptokürdlərin əlində olan media gecə-gündüz antiRusiya təbliğatı aparır. Rusiya bu gün bizim üçün vuruşur və iudeylərin qoylar üzərində hegenomluğuna son qoyulur. Kriptokürd mediası isə bizi gələcək Maydanlara, Rusiyaya qarşı ikinci cəbhə açmağa, ruslarla vuruşmağa sövq edir. Amma Azərbaycan ölüm rəqsinə qoşulmayacaq. Azərbaycan kriptlərdən, keçmiş xainlərdən və onların İsrail ağalarından üz çevirib əvvəlki günlərə dönəcək. Azərbaycan xalqı artıq izrailtosların əlində alətə çevrildiyini, demokratiya və azadlıq şüarlarının ölkənin sərvətlərini İsrailin çapıb-talaması üçün trafaret olduğunu çoxdan anlayıb. 
 Bu gün kriptokürd media hərəkatı ona müxalif çıxan hər kəsi iftira ataraq susdurur. Hətta dövlət nümayəndələri, məmurlar da haqqı demək, doğrunun tərəfini tutmaq istərkən dalana dirənirlər, təzyiqə məruz qalırlar. Onlar “tərəfkeş media” tərəfindən izlənilirlər, mərbuatda gözdən salınmaqdan qorxurlar. Bu günlərdə Bakıya köçmüş və mədəniyyətimizi korlamış dağlılar barədə fikir səsləndirən deputatla bağlı qalmaqal yəqin ki çoxlarının yadındadır. Siyasətçilərdən, ya aktivlərdən kimsə Rusiya həqəqətlərini demək, ya da İranın tərəfini tutmaq istərkən “milli maraqları satan” adlandırılır, xalqın real mənfəətini müdafiə etməyə çalışarkən təhlükəli radikal damğası alır. ABŞ-İsrail-Türkiyə müqəddəs üçlüyünün maraqlarına qulluq edən siyasətçi və qht-çilərə isə “vətənpərvər, millətsevər” imici yaradıb müsbət fonda piar edirlər. Üzdəniraq kriptokürd-iveroalien mətbuatı mexanizmi elə qurub ki, heç bir siyasətçi “Rusiyanın adamı”, ya “İran meylli” damğası almaq istəməz. Suriyada müharibə gedir, 52 ölkədən vəhhabi terrorçularını ora töküb, pul verib şiələri qırdırırlar, sən Bəşər Əsədi dəstəkləyə bilmirsən, çünki Hizbullahçı görünmək ehtimalın var. Ukraynada hakimiyyəti zəbt etmiş yəhudi xuntası Odessada rusları binanın içinə toplayıb diri-diri yandırır, bizim media bu barədə bircə kəlmə də vermir. Xuntanın Ukraynanın şərqində rusdilli əhaliyə qarşı törətdiyi qətliamları “antiterror əməliyyatları” adlandırır. İsrailtosların yüngül əli ilə “Hizbullah” kəlməsi qorxunc bir anlayışa çevrilib. Rusiyanın, İranın mövqeyini bəyənən siyasilərimiz də mediaya çıxıb öz sözlərini deməkdən çəkinirlər. Siyasətçilər, dövlət məmurları bu cür zibillərdən birdəfəlik yaxa qurtarmalı, öz baxışları olmalıdır.
 Yazıq Amerika, trilyardlarla borca girərək, dünyada zəngini daha zəngin, kasıbı daha kasıb edən demokratiyanı xilas etmək davasına qoşulub. Bizim musavat, politika, publika kimi kriptokürd saytları da həmin ölüm rəqsinə qoşularaq, Amerikanın havasına züy piləyirlər. Çünki bu işə yaxşı pul verilir, yağlı tikə iysi gəlir.
 İndiyə kimi yəhudi medaisı bizi özlərinin xeyrinə məlumatlandırdı, amma səhvləri düzəltmək vaxtı gəlib çatıb. Bu gün həmin yabanı medianın formalaşdırdığı böyük bir kontingent var: müxalifət düşərgəsi. Kor-koranə müxalifətdəki kriptokürd funksionerlərin- İsrailin ajanlarının ardınca gedən kütlə var. Onların çoxu öz xalqının xoşbəxtliyini istəyən, firavan gələcəyini arzulayan həqiqi millətpərvər insanlardır, sadəcə iudey nağıllarına uyublar, beyin yuyulmasına məruz qalıblar. Mən burdan həmin o sadə insanlara səslənirəm. Buraxın bu kriptokürd funkSİONerlərin quyruğunu! Satana ilə eyni yolda olduğunuzun fərqində deyilsiniz. Cəmiyyətin aktiv təbəqəsi sizsiniz və vətənimizin gələcək taleyi də məhz sizdən asılıdır. Əgər ölkəmizi məhvə apararaq vətəndaşlarımıza xəyanət etsəniz, vətən xainləri olacaqsınız. Aranızda öz ölkəsinin gələcəyinə laqeyd olmayan vətənpərvər siyasətçilərə, aktivistlərə səslənirəm: ayılın- Azərbaycanı müharibədən, konfrontasiyadan, qloballaşmadan və məhv olmaqdan qoruyun! Hizbullah qalibun! Haqq qalib gələcək! Şərə qarşı antiqlobalist cəbhədə birləşək!

Комментариев нет:

Отправить комментарий