24.05.2014

Müəllimə hörmətlə

Elşən Cəfərov

21 avqust, 1940-cı il ABŞ Konqresinin protokollarına aid olan sənədlərdə (səh. 16378) deyilir: “Savadsız fəhlələrin sayı artacaq, onlar övladlarını məktəbə göndərmək üçün pul tapmayacaqlar. Beləcə, təhsilin səviyyəsi yoxsul İngiltərə təhsilinin səviyyəsinə enəcək və cahil kütlələr meydana gələcək. İngiltərəyə cahillər lazımdır, çünki onları idarə etmək daha asandır”.
1950-1970 ci illərdə orta məktəbləri bitirən nəslin söhbətlərinə qulaq asanda o dövrün müəllimlərinə böyük hörmət bəsləməyə başlayırsan. Onların sözlərinə görə müəllimlərə bir ilahi varlıq kimi baxırdılar. Hətta kiçik siniflərdə müəllimlərinin yemək yemədiklərini belə düşünürdülər. Aldıqları həqiqi üç və dörd qiymətləri ilə üstündən on illərlə keçməsinə baxmayaraq öz uşaqlarının təhsilinə nəzarət edə bilirdilər. 1970-85 ci illərdə də müəllimlərin həddindən artıq hörməti var idi. Daha əvvəlki illərə nisbətən ilahi rütbələrindən düşmüşdülər.
Amma buna baxmayaraq şagirdlər onların sözlərinə qulaq asırdılar. 1995-2014 cü illər. Müəllimlər yezidi kürdlərin hakimiyyətə gəlməsindən sonra dilənçi vəzifələrini yerinə yetirməyə başladılar. Təhsil nazirliyindən gələn əmri maarif şöbələri məktəb direktorlarına verir. Onlar da öz növbəsində müəllimlərdən pul yığımı üzrə yarışda birinci olmağa çağırırdılar. Kim geri qalırdısa dərs saatlarından kəsilirdi. Hər dərs ilinin başlanğıcında müəllimlərin dövlət tərəfindən onlara ayrılmış öz halal 12 saat dərs saatları özlərinə pul vasitəsilə satılır. Müəllimlər onlara verilən maaşın azlığından dərs keçmir və uşaqları öz evlərində hazırlamağa başlayırlar. Hər uşağın hazırlıq pulu yerindən və müəllimin səviyyəsindən asılı olaraq 30-70 manat arası dəyişir.bu hakimiyyət müəllimlər artıq bir yırtıcı heyvana çevirib. Çoxlu uşaq ovlamaq uğrunda ölüm dirim mübarizəsi gedir. Kim daha çox uşaq ovladı, məktəb direktorları isə müəllimlərin uşaqlardan yığdıqları pullardan həm icra hakimlərinə, həm maarif şöbələrinə. həmdə təhsil nazirlərinə verirlər. Gör iş nə yerdədir ki təzə tikilən məktəb korpuslarında sinif otaqları belə 500-1000 manat arası müəllimlərə satılır. Yəni pul versən özünün sinif otağın olacaq və dərs üçün sinif otaqları axtarmayacaqsan. Budur Azərbaycanın təhsil sistemi. 1982-ci ildə bizim sinifin 33 şagirdindən 30 nəfəri ali məktəblərə daxil olmuşdular (hələ 10 nəfəri başqa Rusiya və Ukrayna şəhərlərində ali məktəblərə daxil olmuşdular). Bu adi bir hal sayılırdı. İndi isə rayon üzrə 10 nəfər ali məktəbə daxil olanda bu rayonun adı bütün müşavirələrdə çəkilir. Bax budur qərb demokratiyasının və Soros fondunun bizə sırıdıqları təhsil sisemi. Özlərində heç vaxt belə etməzlər. Bu yezidi hakimiyyətinin özlərinə və varisləri üçün yaratdıqları qoyun sürülərini sayı durmadan artmaqdadır.

Комментариев нет:

Отправить комментарий