21.05.2014

Azərbaycan tarixi hələ belə təhqir olunmamışdı

Dilavər Əzimli: “Homoseksualların may ayının 17-də həyata keçirdiyi tədbir, nəinki milli mentalitetimizə, eyni halda Azərbaycanın ən qədim tarixi abidəsinə böyük bir həqarət və təhqirdir”

May ayının 17-də “Nəfəs” LGBT (lesbiyan, gey, biseksual və transseksuallar) icması Hollandiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Qobustan qoruğunda aksiya keçirib.
İştirakçıların əsas məqsədi homoseksualizmin Azərbaycanda Qobustan qoruğundan da qədim tarixə malik olduğunu sübut etmək olub.
Xatırladaq ki, bu, Azərbaycanda ilk “LGBT turu” olub. Azərbaycan tarixinə, xalqın milli ruhuna və mənəvi dəyərlərinə yad bir “mədəniyyətin” ölkənin ən qədim tarixi abidəsi ilə uyğunlaşdırmaq cəhdləri cəmiyyət tərəfindən böyük etirazla qarşılanıb.
Təbii ki, maliyyə dəstəyinin Hollandiya səfirliyi tərəfindən həyata keçirilməsi turun hədəf və məqsədlərinin nə olduğunu anlamağı daha da asanlaşdırır.
Azərbaycanın ən qədim tarixi və milli irsi hesab edilən Qobustan abidələrinə qarşı yönəlmiş həqarət və təhqirlə bağlı AzadXeber.net saytına açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi, tarixçi Dilavər Əzimli bildirdi ki, baş verənlər olduqca biabırçı bir məsələdir.
Başqa mitinqlərə və toplantılara dərhal reaksiya verən hüquq mühafizə orqanlarının bu cür əxlaqsız və xəstə insanların tədbirləri ilə bağlı reaksiya verməməsinin təəssüf doğurduğunu söyləyən Dilavər bəy, “homoseksualların may ayının 17-də həyata keçirdiyi tədbir, nəinki milli mentalitetimizə, eyni halda, Azərbaycanın ən qədim tarixi abidəsinə böyük bir həqarət və təhqirdir. Azərbaycan müqəddəs torpaqdır və daima da bu xüsusiyyətinə görə digər yerlərdən seçilib“, — deyə bildirdi: “Bu torpağın sakinləri Allahı həmişə tək qəbul ediblər. Həmişə ata, ana, qardaş, oğul, qız münasibətləri burada normal olub. Allahın yaratdığı qanunauyğunluqlara insanlarımız daima riayət ediblər. Azərbaycanda heç zaman ana ilə oğul, qız ilə ata, bacı ilə qardaş arasında evlilik olmayıb. Hətta bəzi hallarda qohumlar arasında da evliliklərə icazə yox idi. Hətta bizim məmləkətə məxsus heyvanlar arasında da bu cür münasibətlər gözlənilib.”
Müsahib onu da bildirdi ki, tariximizə bu cür üzdəniraq mədəniyyətləri Azərbaycana gətirərək xalqın mədəniyyətinə, tarixinə, mentalitetinə və milli mənəvi dəyərlərinə ciddi şəkildə ziyan vurmaq istəyirlər:  “Görünən budur ki, artıq bu cür xainlər içimizdə var və fəaliyyət göstərirlər. Rokfellerin etirafları ilə bağlı bu yaxınlarda yazı yayımlandı. Həmin yazıda ABŞ-ın və Qərb dairələrinin Azərbaycan kimi ölkələrdə həyata keçirmək istədikləri planlar barədə məlumatlar yer almışdı. Həmin planların əsas məqsədi ölkələrdə fahişəlik, şərəfsizlik, əxlaqsızlıq və qeyrətsizliyin təbliğindən ibarət idi. “
Ölkə telekanallarında bir dənə də olsun ideoloji verilişin yayımlanmadığını söyləyən Dilavər bəy bildirdi ki, kim ağzına nə gəldi teleməkanlarda səsləndirir: “Ümumiyyətlə, 17 mayda Qobustanda baş verənlər ulu babalarımızın ruhuna təhqirdir. Düşünürəm ki, bunun qarşısı dərhal alınmalıdır. Bu cür məsələlərdə hansısa insan hüquqlarından söhbət gedə bilməz. Hər bir insanın və ya millətin qeyrətinə, namusuna, mənliyinə toxunanda, insan hüquqları adlı anlam kənarda qalır.”

Xəyal Şükür           azadxeber.net

Комментариев нет:

Отправить комментарий