Gülnarə İsrafilqızı
Dağların, çayların, şəlalələrin bir axını var insan ömründə. Gəlimli gedimli dünyanın sakinləri biri-birindən maraqlıdır. Insanların görünməyən tərəfləri isə əslində yaşanan tərəfləridir. Carçı.az sayıtının rəhbərliyinin təşəbbüsü ilə İradə xanımla görüşməli oldum. İlk baxışdan həm mülayim, həm də sərt görünən bu xanım, çox maraqlı xanım olduğu diqqətimi çəkdi. Üç saat yarım söhbətimizdə. Yeni bir insan kəşf etmiş oldum. Onun daxili dünyası, billur şəlalələri, quşların nəğmələrini, buludları, yağan yağışları, günəşin isti hərarətini, qışın sərtliyini, baharın yenicə açmış çiçəklərini, üzündə və dodaqlarının təbəssümündə əks etdirirdi...
Körpə yaşlarından kiçik bir parça: Xavər ananın xəstəlyinə görə, iki yaşlı İradə xanım, 5 yaşına qədər Sumqayıtda Ramiz dayısının himayəsində qalıb. Dünyaya yenicə göz açan bu körpə, ana qayğısının nə olduğunu anlamadan dayısının yoldaşı Elmira xanımı özünə ana hesab edib. Sonra beş yaşdan on yeddi yaşa qədər qayıdıb doğulduğu Sabirabada anasının yanına. Anasından uzaq qaldığı müddət həsrətli günlər yaşadığını dilə gətirdikdə sadəcə bir mənzərə açılır İradə xanımın baxışlarında. O baxışlardan, bu mənzərəni seyr etdikdə isə bir keçmə- keçli yol çıxır insanın qarşısına...
Anasının həyatı: Xavər ananın anası beşinci uşağı dünyaya gətirəndə dünyasını dəyişib. Adı Böyük xanım olub. Xavər ananın nənəsinin adı isə Qönçəbəyim olub. Qönçəbəyim nənəgil içəri şəhərdə tanınmış nəsil olublar. Onların evinin pəncərəsi, qız qalasına açılıb. Böyükxanım dünyasını dəyişdikdən sonra Xavər ananın atası yenidən ailə həyatı qurub.. Sonra isə uşaqlar Qönçəbəyim nənənin yanında qalıblar. Bunlar Zadəgan (Yəni imkanlı) ailə olduqları üçün Xavər ananın atasını, Mircəfər Bagirovun təşəbbüsü ilə 1938-ildə tanınmamış bir diyara sürgün ediblər. Sonra isə Qönçəbəyim nənə ilə birlikdə dörd uşağı sürgün ediblər Şuşa şəhərinə, ordan da, dörd saatlıq yol məsafəsi olan bir yerə. Hansıki o kəndə 4-5 ailə yaşayıb. Bu bəxtsiz ailənin uşaqlarını bu ailədən birinin tövləsində məskunlaşdırıblar. Bu kəndə gələrkən yolda Qönçəbəyim nənənin ayaqlarını don vurub. Çox keçmədən dünyasını dəyişib... O zaman İradə xanımın anasının yəni Xavər ananın on üç, on dörd yaşları olub. Yaşı digər uşaqlardan böyük olduğu üçün, Şuşa yetimxanası, Xavər ananı qəbul etməyib. Lakin yaxşı insanlar tərəfindən, kalağay fabrikinə işə götürülüb. İllər keçdikdən sonra məktub vasitəsi ilə yetimxanada olan uşaqlar və Xavər ana, məktublaşaraq, bir- birlərini yenidən tapıblar. Ancaq beşinci qardaş hansı ki, anaları dünyaya gətirəndə dünyasını dəyişmişdi!!! Kiçik qardaş Rahil adında. O represiya zamanı Bakıda qaldığından onun taleyindən heç bir məlumat yoxdur. Bəlkə də, hansısa uşaq evində böyüyüb, bəlkə də yox. Yada kiminsə övladı adını daşıyıb. Xavər ana çox savadlı nəsildə böyüyüb boya-başa çatdığı üçün elmə, təhsilə, kitab oxumağa çox önəm verən insan olub. İradə xanımın və digər övladlarının oxumasına ali təhsil almasına, çox diqqət edib. Axı ana məlum səbəblərdən özü təhsil almamışdı. Lakin orta məktəbdə də, özünün aldığı savad, ailənin ziyalılığı, bu xanıma bəs edib. Hər zaman O, istəyibki, onun həyata keçirə bilmədiklərini dünyaya gətirdiyi övladları həyata keçirsin. Bununla yanaşı şeri, hekayəni, romanı da, çox sevib. İradə xanım kiçicik bir şer yaxud yazı parçası qələmə alanda, sevincindən göz yaşlarını saxlaya bilməyib. Digər yazılarını da, oxuyub, istiqamətləndirib. Özünün və ailəsinin başına gələnləri öz övladlarına çatdırmaqla, yeni bir yol açıb, fərqli bir ruh formalaşdırıb, öz ömründən qırılmayacaq bir körpü yaradıb övladı İradə xanımın ömrünə. Elə bir körpü ki, geriyə qayıdanda həsrət, irəli gedəndə məhəbbət doğur bu ömür. Xavər ana bu sözləri tez-tez dodaqlarının arasında pıçıldayarmış. Qərib atam! bəlkə də, sağdır. Heç onu güllələməyiblər?!!! Bakıya gələndə Qızqalasının yanında maşını dayandırıb deyərmiş; dayanın qoyun bu yerlərə doyunca baxım... Bu yerlərin hər küncündə mənim ayaq izlərim var. Bunların şahidi olan İradə xanım, kiçik hekayələrin, şerlərin, elmi yazıların rəsmini çizib öz yaddaşında, o həsrət alovunu anasının içində gördükdə düşünüb: mən nə vaxtsa o həsrəti qələmə alacağam... Ana hal -hazırda özü bu dünyada olmasa da, onun bağının bəhrəsi İradə Əlili. Cəmiyyətin günəşinə çevrilib. Ruhun şad olsun ana!!!
Cəmiyyət günəşinin on yeddi yaşdan sonrakı dövrləri: İradə Əlili böyüdükdən sonra, arzularını həyata keçirmək üçün Bakıya gəlib çox keçmədən istəyinə nail olub. Demək olar ki, ömrünün çox hissəsini Sumqayıtda dayısı Ramız gildə yaşayıb. Cəmiyyətdə, dünya görüşünün formalaşmasında dayısının yoldaşına çox minnətdar olduğunu bildirir. O, 1980-ci ildə “Bakı Mədəni texnikomuna” daxil olub. Və buranı qırmızı diplomla bitirib. Sonra kitabxanaçı kimi fəaliyyətə başlayıb. Həm də, Mədəni marif texnikomuna müəllimə vəzifəsinə təyin edilib. Ondan az sonra jurnalistlik fəaliyyətinə başlayıb. 1995-ci ildə “Savalan” uşaq qəzetinə muxbir götürülüb. . Artıq iyirmi ilə yaxındır ki, jurnalistlik fəaliyyətini davam etdirir. Günəş jurnalı ,Savalan qəzeti , Respublika qəzeti və digər mətbu orqanlarda yazıları dərc olunur . Uşaqlardan yazmağı o daha çox sevir. “Uşaqlarla işləmək çox maraqlıdır. Mənim zamanım az olur yoxsa daha çox uşaqlara zaman ayırardım. Uşaqlara aid kiçik hekayələr, şerlər də, yazıram. Əgər zamanım olsaydı şerə, yazılara daha çox vaxt ayırardım. Sadəcə tədqiq etdiyim mövzu ilə bağlı işlərim və cəmiyyətdə ictimai işlərim çox olduğuna görə zamanım az olur”... yenidən qayıdaq əsas mətləbə. Görək bu dəyərli xanımın keçdiyi yollarda daha nələr var?. cəmiyyətdə gərək insan bir şeylə kifayətlənməsin. Orta təhsil aldımı davam edərək ali təhsil almağa da, can atasın və nail olasun. Həyat həm davam edir. həm də, mübarizələri çox sevir. Mübarizələr isə zəngin ruha sahib edir insanı. Iradə xanım da, daima bunun üçün çalışan mübariz xanımlardan biridir... O,1988-cu ildə Bakı Dövlət Universitetinin kitabxana-informasiya fakultəsinə daxil olub, 1994-cü ildə bitirib. Hal-hazırda Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasının dissertantıdır. Elmi işi 2012-ci ilin əvvəlləri təstiqlənib. Gələn il üçün müdafiə işini bitirməyi düşünür. Elmi müdafiyə işində də, ona hər zaman dəstək olan elmi rəhbəri Filologiya elimləri doktoru Aybəniz (Əliyeva) Kəngərliyə çox minnətdar olduğunu bildirdi.
Düşüncələrin kamilliyindən, təcrübəyə gedən yol: Onun cəmiyyətə ilk çıxışı “SİMRUQ” assosiasiyasından olub. Bu işdə SİMRUQ assosiasiyasının prezidenti tanınmış kulturoloq , alim Fuad Məmmədovun çox böyük köməkliyi dəyib. Cəmiyyətdə insanlara dəstək olacaq belə gözəl insanlara çox ehtiyac var. Allah bu işlərinə görə Fuad müəllimi mütləq mükafatlandıracaq. İradə xanım bu gün cəmiyyətdə tutduğu mövqeyinə görə bu alicənab insana minnətdardır .Indi isə keçmiş faəaliyyətdən bu günə keçid alaq.
Cəmiyyətdə bu günkü faliyyəti: Bu gün Azərbaycanın bütövlüyü uğrunda keçirilən vətənpərvər tədbirlərə , çox fəal qatılır bu xanım. Məsələn; Azərbaycan qadınlar cəmiyyətinin sədri Bahar Qasımovanın keçirdiyi tədbirlərdə, Qadın jurnalistlər assosiasiyasının sədri Sevil Yusifovanın keçirdiyi tədbirlərdə, Azərbaycanın müstəqilliyi ilə bağlı, Xocalı günündə, səfirliklər səviyyəsində olan tədbirlərdə, yaxından iştirak edir. Həm də, bu cəmiyyətlərin üzvüdür. Bu yaxınlarda İbad Huseynovun keçirdiyi Milli Qəhrəmanlarla bağlı olan iki tədbirdə iştirak edərək mükəmməl çıxış edib. İradə xanımın Qadınlar cəmiyyətləri ilə gələcək üçün böyük işər görəcəyinə dair, geniş planları da, var. Bu təşkilatlar özləri də, cəmiyyətdə çox böyük işlər görürlər. Onlar kimsəsiz uşalara, qocalar evinə, Qarabağ qaçqınlarına, Şəhid ailələrinə, Əlillərə baş çəkərək bacardıqları qədər dəstək olurlar. İradə xanım da bu cəmiyyətlərlə bərabər onlara qatılıb , birlikdə çalışmağı planlaşdırıb . Bu il May ayının 11-13.2014-cü il tarixində “TÜRK DÜNYASI SİVİL TOPLUM ZİRVƏSİ” adlı Proqrama qatılacaq. Orda qadınlar cəmiyyətinin təmsilçisi kimi iştirak edəcək. Onun cəmiyyətdə olan fəaliyytləri bunla da, bitmir.
70-ildən çox yaşı olan Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasının həmkarlar komitə sədri olmaqla yanaşı, həm də bu kitabxananın baş kitabxanaçısıdır. Kitabxanaçıların İxtisas Artırma kursunda da müəllimədır. Bununla yanaşı Bakı Dövlət Unveristetində Kitabxana-informasiya fakültəsində müəllimədir. O kitabxanaçı peşəsini sevir və bu işindən çox razıdır. Ümumiyyətlə onunla bir kollektivlərdə işləyən insanlar İradə xanımı, öncə insani keyfiyyətlərinə, elmi biliklərinə, vətənpəvər ruhuna, atdığı hər bir uğurlu addımlarına görə çox sevirlər. Bu xanımın da, onu əhatə edən insanlara boyük sevgisi var.
Demək olar ki, ömrünü Azərbaycanın firavalığına, gənclərinin isə mükəmməl vətənpərvər ruhda formalaşmasına həsr edir. Söhbət əsnasında, Gənclərin bu günkü durumu heç ürək açıcı olmadığını vurğuladı. Səbəb isə az kitab oxuyaraq. Mütailəsiz lazımsız şeylərə daha çox zaman ayırdıqlarını göstərdi.. Bunun kökünün isə ailə tərbiyyəsinə qayıtdığını xususi təhlil etdi. “Bir uşaq dünyaya gələndə altı yaşa qədər valideynlər, çox diqqətli olmalıdırlar. Daha çox zaman ayıraraq fikir formalaşmasına yardım etməlidirlər. O dərəcədə ədəbli olmalıdırlar ki, uşaq üçün yaxşı örnək ola bilsinlər. Ikinci baxça müəllimələri ədəbli və savadlı olmalıdırlar. Üçüncü məktəb müəllimləri. Dördüncü isə İnsititut həyatı mükəmməl olmalıdır ki, bir uşaq ədəbli olsun kamil ruhda formalaşsın”. Bu xanım öz tələbələrinə və gənclərə vətənpərvər, cəmiyyətə yararlı olmalarını hər dəfə dərs yaxud tədbirlər zamanı aşılamağa çalışır. Təkcə cəmiyyətdəki mövqelərindən qane olmayaraq, Azərbaycanın dərdlərini getdiyi xarici ölkələrdə təbliğ edir. Bu kamil ruhda və tərbiyyədə böyüyüb formalaşan xanımın düz nə az nədə, çox ondörd illik xarici ölkələrə səyahət etdiyi ömür səhifəsi var. Hal-hazırda da, səfərlərdən qalmır.
Ana yoldan daha bir şaxə: xaricdə olan səyahət illəri: Bu xoşbəxtlik hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir ki, yaşanan şeylər hamısı, lazımlı olsun. Onun mübarək ayaqları və nurlu gözləri çox insanların ayaqlarının dəymədiyi torpaqlara dəyib, görmədiklərini isə öz gözləri ilə görüb. İradə xanım, ömrünün üç ilini Almaniyada yaşayıb. Digər illərini isə, Avropa və Ərəb ölkələrini səyahət edib. İndi sadəcə bir qismini sizə deyəcəm.
Avropa-Fransa, Bergia, Çexslovakiya, Hollandiya, Moskva, Ukrayna, Piribaltika, Krım, Dağıstan, Misir, Türkiyə və Tükiyənin bir çox şəhərləri İstanbul ,Ankara və.s şəhərlərində olmuş, və Azərbaycana xidmətindən də, qalmamışdır.
Bu il Xocalı faciəsinin il dönümündə, atasının maddi köməkliyi ilə Ankaraya gedib, soyqırımın tanıtım tədbirlərində iştirak edib. İradə xanım ailədə də, vətənpərvər ruhda böyüyüb. Çünki, onun atası da, böyük vətən müharibəsi Əlilidir. Vətənpərvərlik ruhu atasından hopub ruhuna. Yola düşməzdən əvvəl, Azərbaycandan Turkiyəyə də əli boş getməyib bu xanım.
70 dən çox Xocalı həqiqətlərinə aid olan kitablar, jurnallar, braşuralar toplayaraq, İstanbul və Ankara hava limanında , qatıldığı toplantılarda paylayıb. Bu kitabların da, toplanıb ərsəyə gəlməsində Axundov adına Milli kitabxananın kitabxanaçı xanımlarının , Bakı Dövlət Universitetinin kitabxana- informasiya fakultəsinin dekanı Azad müəllimin böyük dəstəyi olub. İradə xanımı hava limanında tanınmiş tele- jurnalist Sevda Mirzə özü şəxsən qarşılayaraq, Vətən üçün yola çıxan İradə xanımı, elə olduğu kimi təqdim edib.
Sevda Mirzənin sözləri: “Baxın bu xanım Bakı Dövlət Universitetinin müəlliməsidir. Bu gün öz şəxsi vəsaiti ilə Dövləti, Milləti üçün şərəfli bir yola çıxıb... və hər kəsə örnək olacaq bir yola. İradə xanım isə qəhərlənmiş boğazında titrək səslə astadan bu sözləri söylədi: “Mən Ankarada bu hissləri yaşadım. İçimdən çox ağrıdım. Inşallah ki, gələn il Ankaraya Xocalının azad olmasını qeyd etmək üçün gedərəm”.
Tez-tez dəvət aldığı efirlər: Bu gün Cəmiyyətin dəyərli fikirlərə daha çox ehtiyacı var. Ekspert kimi də, çox yerlərə dəvət alaraq öz tövhələrindən qalmır İradə xanım. Bu yaxınlarda 06.04.2014-cü ildə Az.tv-də Səadət proqramının qonağı oldu. Aktual söhbətlərə qatıldı. Zeynəb xanım Aslanovanın dəvəti ilə“Inter.az” kanalına dəfələrlə dəvət alıb. Azərbaycan Dövlət Televiziyasının Təmas nöqtəsi verlişində çıxışları olub. Tez-tez Yevlaxda yerləşən El tv kanalının qonağı olur və.s.
İradə xanımın Yaradıcılığı və yaradıcılıq fəaliyyəti: Alimlərin fikrinə əsasən evin kiçik övladı hər zaman istedadlı olur. İradə xanımgil ailədə iki bacı, iki qardaşdırlar. Evin kiçik övladı isə İradə xanımdır. Istedad bütün insanlara verilir. Lakin, şairlik insanla bərabər doğulur. İradə xanımın qələmindən kağız üzərinə hopan duyğuları günümüzün yazarlarından çox fərqlənir. Bu gün yazarların əksəriyyəti sevgidən, qadından yazdıqları halda, İradə xanım bütün mövzulara toxunur. Həm sevgidən sayğıdan, həm də vətənpərvər yazılara daha çox üstünlük verir. Yazıların qaynağı isə ananın həsrətindən, ananın ailəsinin başına gələn müsibətlərdən, özünün qürbətdə yaşamasından, elmi təhsil və cəmiyyətdə gördüyü mənfi yaxud müsbət hadisələrdən, ziyalı ailədə böyüyüb boya-başa çatmasından, ən önəmlisi atanın vətənpərvərliyindən, vətəni övladına zamanında doğru-düzgün tanıtmasından süzülür. Biz onunla çox səmimi söhbət etdik. Üz-üzə əyləşdiyim bu ziyalı xanım sanki mənim bir parçam idi. Ona baxdığca özümü görürdüm amma daha da güclü, mətin və yenilməz bir surətdə.
İradə xanım beşinci sinifdə oxuyanda kiçik şer, və hekayələr yazmağa başlayıb. Həmin yazılar hal hazırda itib-batıb heyif ki... Lakin onuncu sinifdən yazdıqları ondan sonra yazdıqları yazıları yaşayır. Tələbəlik illərində də, bir sıra yazıların müəllifi olub. Həmin yazılardan iki kitab halında toplanmış şer kitabı ərsəyə gəlib. Iyirmidən çox elmi məqalələri var. 2013-cü il dekabr ayında “MƏNİM SEVGI DÜNYAM” adlı ilk kitabı işıq üzü görüb. Kitaba Beynəlxalq mətbuat mərkəzində təntənəli surətdə təqdimat mərasimi keçirilib. Bir kitablıq şerini isə, yaşı az dövründə yazdığı üçün daha da, mükəmməlləşdirməyi düşünür. Hazırda roman üzərində çalışır.
Publisist yazılarda və şerlərdə hər zaman ona dəstək olan tənqidçi publisisit,şairə xanım Həlimə Vəliqızına çox minnətdar olduğunu bildirir. Onun oxucular tərəfində bəyənilən və sevilən çox şerləri var. O şerlər həm sosial şəbəkələrdə həmdə qəzet və jurnallarda öz sevgisini tapıb. Həmin şerlər Ulduz jurnalında, Azərbaycan uğrunda, Əsrin ziyalıları, Kaspi və başqa qəzetlərdə, çap olunub. Pressaz.com, AYB.az, Reportyor.com, Dost-Xəbər Agentliyi, Fakt xəbər reportiyorunda və.s. sayıtlarda yayımlanıb.
İradə xanım daha çox Ramiz Rövşənin o cümlədən, Musa Yaqubun, Məmməd Arazın, Əkbər Qoşalının, İlyas Taptığın , Maya Bədəlbəylinin , Divanənin şerlərini oxuyub onlardan bəhrələnir. Onu da deyim ki, xəmirin mayası özündən olmayanın tabağı dolmaz deyir atalarımız. Axı, İradə xanım özü gözəl şairə və yazardır?! Buna baxmayaraq çox təvözəkar bir xanımdır. Bu qədər istedadlarla hələ də, özünə yazar demir. Öz dilindən kiçik bir parça:” Mən 1988-ci ildən yazıram amma özümə yazar demirəm. İnanın Bakı Dövlət Universitetində mənə müəllimə deyəndə elə bilirəm ki, bütün dünyaları mənə verirlər. Müəllimə sözü mənim üçün ən böyük nemətdir. BDU –nun kitabxana-informasiya fakültəsinin alim, müəllim heyətini çox sevirəm və onlardanda özümə qarşı hörmət və qayğını hiss edirəm”.
Kitaba verilən yüksək qiymətlər: Yaxın zamanlarda İradə xanımın “MƏNİM SEVGİ DÜNYAM” adlı kitabının Türkiyənin Ankara şəhərində imza günü olacaq. Kitabın içindən bəzi sözlər Azərbaycancadan Türkcəyə tərcümə olunacaq . Onun şerləri qəlbə yatımlı və boşluqları dolduran, insanların duyğularını açıqlayan, göz yaşlarını dindirən bir səpgidədir.
Bu xanım gözəl yazar və şairə, cəmiyyətin dərtlərinin ümman yeri, gənclər üçün əsil ana, xanımlar üçün bacı simasındadır. Onun ən böyük arzusu gənclərimizi daha savadlı, daha ədəbli, vətənimiz millətimiz üçün yararlı, xanımları isə öz ailələrində xanım, cəmiyyətdə yer alan dəyərli insan kimi görməkdir. Zülfəli ata var olsun ki , özü kimi vətənpərvər övlad yetişdirib, Xavər anamızın isə ruhu şad olsun ki, belə mükəmməl övlad, cəmiyyət üçün yararlı insan tərbiyyə edib. Bu maraqlı ömür yolun haraya şaxələnməsindən asılı olmayaraq çıxış və gediş yalnız bir yola birləşir. Sevgi yoluna... o yolun axınında isə insanlar və digər canlılar, bir də, ən son yetişəcəyin mənzil, bütün mənzillərin Sahibi dayanır . Hər addımında özün bilərəkdən yaxud da, bilməyərəkdən Ona doğru addımlayırsan... Gözlərin içində də, yalnız o duyğular şəlalələnir. Dahilərin dahiliyi bunlarla sübüt olub. Daha çox kitab mütailə ediblər. Savad baxımından çox savadlı, öz üzərlərində daima çalışan, Sadə və zəngin fikrlərə malik olublar. İradə xanım haqda yazını, hər hansı bir səhifəyə yerləşdirmək mümkün deyil. Belə insanlar vərəqlərə sığmaz bir külliyyatdır...
İradə xanımın şerindən:
Gördüm səmasının maviliyini
Gəzdim həm çölünü, həm çəmənini,
Dərdim çəmənindən gül çələngini,
Şehləndi çiçəklər göz yaşlrımdan,
Qürbətdə qürbəti yaşadım, ana!
Saralmış yarpaqlar budaqda durmaz,
Bunda küləklərin nə günahı var?
Fikrim uzaqlarda dolaşan zaman
Sözün də bitdiyi dayanacaq var!
Qürbətdə qərib tək yaşadım, ana!

Комментариев нет:
Отправить комментарий