09.05.2014

Təhməz Zabit - Tarixin ibrət dərsi

"Tarixin əsas ibrət dərsi ondan ibarətdir ki, biz ondan heç bir ibrət dərsi almırıq". Hegel

Hazırkı durumlarını və ətrafındakı yaşayış yerlərini göstərərək “bax, budur bizim düşdüyümüz vəziyyət”, “onlar bizim həyatımızı məhv etdilər” –deyə ətrafına topladığı nəvələrinə ürək ağrısı ilə danışırdı: “Əvəllər həmişə xoşbəxt, şən və firavan yaşayardıq. Gün-güzəranımız da pis keçməzdi. Amma, onların- bizim yurdlarımıza, ata-baba torpaqlarımıza göz tikən mənfur və riyakar düşmənlərimizin- ucbatından çətin vəziyyətdə yaşayırıq. Bizə “siz türksünüz və ölməlisiniz”, “yer üzündə bir nəfər də olsun Türk yaşamamalıdır” və bu kimi onlarla uydurma fikirlər söyləyərək soydaşlarımızın qanını zəli kimi sovururlar. Qorxuları gücümüzdə - Türklüyümüzdədir ki, özümlüyümüzə qəsd etməklə çirkin əməllərlə məşğul olsalar da buna nail ola bilməyiblər və bilməyəcəklər də... Eşitdiklərim deyil öz gözümlə görmüşəm. Körpə uşaqları, hamilə qadınları, hətta, köməksiz qalan ahıl qocalarımıza aman vermədilər – hamısının sifətlərini öz qanlarına boyadılar. Bilirəm, heç bir nənə öz nəvələrinə belə qorxunc və iyrənc əməlləri, insanlığa sığışmayan hərəkətləri danışmaz. Ancaq danışmaq, demək lazımdır ki, gələcək nəsillər də dostumuzun və düşmənimizin kim olduğunu tanısın. Keçmişdə babalarımızın başlarına hansı acınacaqlı müsibətləri gətiriblər?! Ona görə də bunları mən sizə danışmalıyam. Ən azından bir vəzifə borcu kimi... Bunları bilməsəniz sizlərin – hamınızın da başına olmazın bəlaları gətirər, digər yurd-yuvalarımızı da öz əlimizdən almağa çalışarlar. Hər biriniz ilk öncə vətən və millət məhəbbətini öz qəlbinizdə daşımalı, gələcək nəsillərə ötürməlisiniz. Bu düşüncələr sizi gələcək fəlakətlərin qarşısını almaqda yardımçı olacaq. Əvvəllər olduğu kimi indiki müsibətləri də bizim başımıza gətirdilər”-deyə danışırdı ki, yeddi yaşlı Ərxan:
 -Nənə onlar kimlərdi?
 Balaca Ərxanın, sanki, qəzəblə söylədiyi suala “ermənilərdir mənim balam” –deyə cavabından dərhal sonra yenidən:
 -Babamızı da öldürən ermənilər bu adamlardır?
 Nəvəsinin necə də keçmişi öyrənmək həvəsiylə verdiyi suallara görə çox sevinirdi. Axı onlar bizim sabahımızdı. Sabahı onlar quracaq və hər şey onların əlindədir. Düşüncələr onları uzaqlara aparsa da körpənin bu sualını da cavabsız qoymadı:
 -Hə... Hələ siz dünyaya gəlməmişdən öncə ermənilər öz dədə-baba yurdlarımıza basqın edib talanlar törətdikləri bir yana qalsın, oranın əhalisinə diri-diri divan tutmaqla yanaşı, öldürdüklərinə qarşı da hörmətsizlik edirdilər. Həmin vaxt baban yataq xəstəsi idi. Buna baxmayaraq düşmən hiyləsinin qurbanı oldu.
 -Nənə onlar da insandılar?
 -Hə
 -Bəs, onda onlar niyə adam öldürürlər? İnsan da insanı öldürər?
 -Ermənilər öldürür! Baxmırlar kimdi, nəçidi! Təki öz niyyətlərinə nail olsunlar. Və buna yiyələnmək üçün hər şeylərini satar, hətta öz adamlarını belə öldürərlər.
 -Yırtıcılarla onların fərqi olmur ki... Yaxşı, onda niyə onlara da yırtıcı demirlər.
 -Ağıllı balam, onların xasiyyətləri belədir. Yaltaqlıq, ikiüzlülük, satqınlıq ... Babaları da belə olub ataları da. Özləri də əcdadlarından heç də geri qalmır.
 Bu arada orta məktəb illərindən yadıma bir olay düşdü. Dəqiq yadımda deyil. Amma onu bilirəm ki, ya yeddinci, ya da səkkizinci sinifdə oxuyurdum. Məktəbimizdə Xocalı faciəsinin anım günü keçirilirdi. Müəllimlərimiz ermənilərin xalqımızın başına gətirdikləri acı fəlakətlərdən danışırdılar. Qocaman müəllimlərimizdən olan Rəşid müəllim II dünya savaşının iştirakçısı olduğunu və hətta həmin savaşda da Xocalı faciəsi dərəcəsində insanlığa sığmayan hərəkətləri görmədiyini vurğulamışdı. Məktəbimzin direktoru öz tələbəlik illərində şəxsən gördüyü, şahidi olduğu hadisələrdən danışırdı:
Bizim tələbəlik illərimiz sovetlər dövrünə təsadüf edir. O zamanlar, guya ki, həmin ittifaqda yaşayan millətlər həmişə qardaş kimi olublar. Bizə belə öyrədirdilər. Əslində isə belə deyildi. Sovetlərə daxil olan millətlərdən biri olan ermənilər həmişə bizim ayağımızın altını qazmaqla məşğul olublar rus ağalarının yanında “başıyuxarı” gəzmək üçün. Üstəlik öz məqsədləri var idi. Günlərin bir günü təsadüfən bir erməni ilə söhbətləşirdim. Elə təzəcə söhbətə başlayırdıq ki, 7-8 yaşlı bir uşaq nəfəsi kəsilə-kəsilə yanımıza yüyürərək söhbətləşdiyim erməniyə baxaraq:
 -Ata, bir Türklə mübahisəm düşdü. Sonra isə savaşdıq.
 -Bəs nə etdin? Qorxa-qorxa elə danışırsan ki, sanki, ətindən bir parça kəsərək o itin (yolun kənarındakı iti göstərərək) qarnını yoyuracaqlar.
 -Gördüm gücüm çatmır mən də yerdən daşı götürüb başına necə çırpdımsa bütünlüklə al qana boyandı. Ona görə qorxuram ki, nə vaxtsa gəlib məndən əvəzini çıxaraq (görünür, hələ ermənilər kiçik olarkən də Türklərin nə qədər güclü, mübariz olduqlarını anlayır və nə vaxtsa qanı qanı yerdı qoymayaraq öz qisaslarını alacaqlarını bilirlər) intiqamını ala bilər.
 Bizim yanımızda olan digər erməni isə xasiyyətcə qorxaq olsa da görünüşcə ayı kimi gülümsəyərək və boğazında sümük ilişib qalan pişik kimi xırıldayaraq özündən, daha doğrusu, iyrənc hərəkətlərindən biri haqqında bir neçə cümlə danışdı: “Sən bir Türkü daşla vurub döymüsən. Amma mən isə bir həkim kimi gələcəkdə onlarla, yüzlərlə, bəlkə də, minlərlə Türkün nəslini kəsmişəm”-deyərək sözə başladı; Ötən il yanıma bir xəstə qadın gətirmişdilər. Cərrahiyyə əməliyyatı etməli oldum. Bilərəkdən ya orqanlarının bəzilərini, qismən, bəzilərini isə tamamilə kəsib götürdüm. Xəstənin yaşama ehtimalının son dərəcə az ola biləcəyini və xərçəngin ilkin əlamətlərinin olduğunu isə bir bəhanə kimi göstərdim. Ha... ha... ha... (ilan fısıltısına bənzər bir gülüşlə).
 Əvvəlki mövzudan çox da uzaqlaşmayım deyə qayıdım öncəki olaylara...
 Ərxanın qorxaraq fikrə getdiyini düşünən nənəsi daha kiçik yaşlı nəvələrinə belə qorxuc real olayları danışmayacağını düşünərkən ona “bəs sonra, sonra necə oldu?” sualı ünvanlandı.
 Həmin olaylardan sonra biz məcburən bu yerlərə pənah gətirərək məskən salmağa başladıq. Burada da rahatsız yaşayar, hər an hücum təhlükəsini gözlədiyimizdən səhərdən-axşamadək, axşamdan-səhərədək gənc övladlar vətən keşiyində dayanıblar.
 -Mən də indi ora gedə bilərəm?
 -Yox. Sən hələ uşaqsan. Yaşın çatanda sən də gedəcəksən hər bir vətən oğlu kimi. Əlbəttə ki, öz borcunu yerinə yetirməyə... Sən də bir gün o səngərə yol alacaqsan.
 Nuru Paşanı nəzərdə tutaraq “Allah o kişiyə Rəhmət eləsin”- deyirdi. O olmasaydı,bəlkə də, biz də onların qurbanlarına çevrilərək ya əsir götürüləcək zindanlara salınacaq, ya da yerindəcə öldürüləcəydik. Başlarına gələn fəlakətlərdən danışdıqdan sonra nəsihətamiz fikirlərini də nəvəsinə deməyi unutmadı: “Başımıza gətirilən hər bir fəlakətin arxasında bizim soyuqqanlığımız və biganəliyimiz dayanır. Hadisələrə düzgün və vaxtında dəqiq qiymətini vermir, qarşısını almağa çalışmamağımızla yanaşı yaddaşlarımızdan da tez silirik. Bu səbəbdəndir ki, baş vermiş olaylardan yüz, yüz əlli ildən sonra unudulur ki, gələcək acı həqiqətlərin yenidən təkrar olunmasına gətirib çıxarır. Torpaqlarımızın əksəriyyətini itirməyimizin cavabı dediklərim səbəblərin arxasnda gizənir. Bütün bunları unutma. Özünü tanı. Tanı ki, kim olduğunu dərk edərək təsir altına düşməyəsən, doğru və düzgün yolu seçməyi bacarasan. Bütövlükdən parçalana-parçalana kiçildik. Deməli həmin kiçik parçaları birləşdirməklə bütövlüyə sahib çıxmaq mümkündür. Hər deyilənləri deyil, hər olanları gör ki, həqiqəti dərk edəsən. Hər eşitdiyinə də inanma. Çünki, bu sadəlövhlüyünlə məhv edərlər səni zəif tərəfin olduğuna görə. Ən əsası özülünü bərk qur. Kimsə səni yerində sarsıtmasın deyə... Zamandan ibrət götür. Ona görə ki, ondan böyük müəllim yoxdur. Zamanın arxasınca sürünməklə deyil, ondan bir addım öndə getməyi bacar ki, ayaq üstə dura biləsən”- və bu kimi bir çox nəsihətlərini gələcək nəsilə - nəvələrinə ötürdü...

Комментариев нет:

Отправить комментарий