Rusiya prezidenti V.Putinin mayın 20-21-də Çinə səfəri və iki dövlət arasında imzalanan qaz müqaviləsi əslində gözlənilən idi. Rusiya zəngin Sibir yataqlarından başlayan boru kəmərləri ilə Çinin qaz bazarını tam olaraq ələ ala biləcək. Müqavilə 1 trilyon dollar dəyərindədir və 2018-ci ildən başlayaraq “Eastern Power of Siberia” (Şərqi Sibir Gücü) adlı boru kəməri ilə Çinə qaz nəql ediləcək. Şərqi Sibirdən və Qazaxıstandan Çinə boru kəmərləri çəkiləcək. Bundan əvvəl isə hər iki dövlət Şərqi Sibirə külli miqdarda investisiya qoyacaq. Rusiyanın enerji nəhəngi “Gazprom” Çinin dövlət nəzarətindəki Çin Milli Petrol Korporasiyasını (ÇMKP) gündəlik olaraq 3.75 milyard kub metr təbii qaz ilə təmin etməyə razılıq verib.
Bununla da, Avropadan sonra Çinin də qaz bazarı “Gazprom”un nəzarərtinə keçəcək. 2009-cu ilin oktyabrında Gazprom və ÇMKP “Şərqi Sibir gücü” adlı marşrut boyunca uzanacaq Altay layihəsi üzərində çərçivə razılşaması imzaladı. Altay layihəsinə görə tikiləcək boru
Bununla da, Avropadan sonra Çinin də qaz bazarı “Gazprom”un nəzarərtinə keçəcək. 2009-cu ilin oktyabrında Gazprom və ÇMKP “Şərqi Sibir gücü” adlı marşrut boyunca uzanacaq Altay layihəsi üzərində çərçivə razılşaması imzaladı. Altay layihəsinə görə tikiləcək boru
kəməri Sibirdəki yataqlardan başlayaraq Rusiya-Çin sərhədinin qərb hissəsi boyunca uzanacaq. Hər iki boru kəmərinin aktiv hala gətirilməsi ilə Rusiya Asiyanı illik 68 milyard kub metr qaz ilə təchiz edə biləcək. Qeyd edək ki, Çin keçən il 170 milyard kub metr qaz istehlak edib və 2020-ci ilə qədər bu rəqəmin illik 420 milyard kub metr təşkil edəcəyi gözlənilir. Şərqi Sibir təkcə Çin üçün yox, həm də Cənubi Koreya və Yaponiya üçün də enerji mənbəyi olacaq. Məhz buna görə də Ukrayna böhranın ortasında nə C. Koreya, nə də ki Yaponiya Rusiyanın maraqlarına qarşı fikir səsləndirə bilmədi. Üstəlik, Rusiya və Çin razılığa gəliblər ki, qaz satışı dollar ilə deyil, məhz Çin yuanı ilə aparılacaq. Bu, geosiyasətdə tektonik dəyişikliyə səbəb olacaq. Çünki, bu razılıq ilə iki super güc arasında siyasi-iqtisadi-hərbi əməkdaşlıq daha da güclənəcək. Çin Rusiyanın S-500 havadan müdafiə sistemlərini və Suxoy SU-35 qırıcı təyyarələrini almağa maraqlıdır. Qeyd edək ki, dünyada NATO və Avropa Birliyinə qarşı, 120 dövlətin daxil olduğu Bloklara Qoşulmamaq Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı güclənir və G-20 daxilində də Asiya ölkələrinin iqtisadi nüfuzu sürətlə artır. Təbii ki, burada BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələri də xüsusi qeyd olunmalıdır. 100 milyard dollar vəsaitə malik BRİCS İnkişaf Bankı 2012-ci ildə elan etmişdi ki, dünyanın inkişafı üçün qlobal layihələri maliyyələşdirəcək. Bu o deməkdir ki, BRİCS İnkişaf Bankı, həm Beynəlxalq Valyuta Fonduna, həm də Dünya Bankına qarşı çox güclü bir alternativ kimi böyüyəcək.
Müqaviləyə əsasən Çin Rusiyaya aldığı qaza görə ödənişləri rubla çevrilə bilən yuan ilə edəcək. Gazprom yuan yığmağa başlayacaq. Rusiya isə, bütün Çin istehsalı olan malları və xidmətləri rubla çevirərək alacaq. Bununla da, hər iki ölkə böyük iqtisadi mənfəət qazanacaq.
Dəyərli oxucular, Avropanın enerji bazarının da Rusiyanın nəzarətində olduğu məlumdur. 2013-cü ildə Avropa Rusiyadan 160 milyard kub metr qaz alıb. Avropa hələ də Rusiyanın ən böyük enerji bazarıdır. Ancaq Rusiya bundan sonra qaz nəqlini diversifikasiya etmək və Asiya bazarında iştirakını gücləndirmək üçün hər bir imkandan istifadə edə biləcək. Həmçinin, tikintisi iyunda başlayacaq Cənub Axını boru kəməri vasitəsilə Rusiya Qara dənizin altı ilə Ukrayna ərazisini bitərəf edərək, Bolqarıstan, Macarıstan, Sloveniya, Serbiya, Xorvatiya, İtaliya, Çexiya və Avstiyanı qaz ilə təmin edəcək. Ukrayna böhranına görə Brüssel bu dövlətrdən Rusiyanı cəzalandırmağı, yəni bu layihəni təxirə salmalarını tələb etmişdi. Ancaq Macarıstan, Bolqarıstan və Çexiya hökumətləri sərt şəkildə bəyan etdilər ki, heç bir təxirə salınma olmayacaq. Digər tərəfdən Çin prezidenti Şi Cinpingin aprel ayında, Almaniyaya, Duisburqa səfəri zamanı “Böyük İpək Yolunun” bərpasını təklif edib. Buna əsasən, Çinin Sintsizyan vilayətindən başlayaraq Qazaxıstan, Rusiya, Belarusiya və Polşanı keçməklə Almaniyaya qədər uzanacaq həmin yolu qatarla 15 günə səyahət etmək mümkün olacaq. Bu da öz növbəsində, bütün Avrasiya boyunca çox güclü bir iqtisadi inteqrasiya və böyüməyə səbəb ola bilər. Bütün bunlar bir daha onu göstərir ki, yeni dünya düzəni məhz Rusiya və Çinin hegemoniyasında qurulacaq.
azadxeber.net
Комментариев нет:
Отправить комментарий