28.05.2014

Tarix müəllimi


Acınacaqlıdır... Bu adam həyətdə olan zibil yeşiklərindəki kitabları çıxarıb bir kənara yığırdı.15 dəqiqə dayanmadan söhbətləşdik.Tarix müəllimi olduğunu dedi. Dediyinin doğru olub olmamasını yoxlamaq üçün tarixdən 3-4 sual verdim. Anında ətraflı cavablandırdı. İşdən çıxarıldığını və zibil yeşiklərində ancaq kitab axtardığını söylədi. Fotosunu çəkməyə icazə vermirdi. Sağollaşıb ayrılanda arxamca qışqıraraq dedi : "Bu bayraqla məni çək. Görsünlər ki, müəlliminə iş verməyən ölkənin bayrağını necə uca tuturam"... Sən demə bayrağı kitab axtararkən tapmışdı... 

(c) Orxan Ezim

Комментариев нет:

Отправить комментарий