20.09.2015

ABŞ Dövlət Departamentinin nümayəndəsi rus jurnalistin suallarına cavab vermək istəmədi

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin katibi Con Kirbi brifinq zamanı Rusiyanın TASS informasiya agentliyinin əməkdaşı Andrey Sitovun suallarına cavab verməkdən imtina etmişdir. Bu barədə topwar.ru saytı Amerikanın "Washington Examiner" internet dərgisinə istinadən xəbər vermişdir.
Keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi çıxışı zamanı bir neçə dəfə Bəşər Əsədi Suriyada baş verən hadisələrin əsas günahkarı adlandırmışdır. Rusiyalı jurnalisr Andrey Sitov soruşmuşdur: "Bir çoxları belə hesab edirlər ki, İŞİD-in Suriyaya təcavüzü məhz ABŞ-ın maraqlarına cavab verir və siz xarici dövlətlərə hakimiyyətlərin dəyişdirilməsi üçün təsir göstərirsiniz. Bu barədə nə düşünürsünüz?"
ABŞ Dövlət Demartamentinin rəsmi nümayəndəsi bildirmişdir ki, jurnalistin sualını şərh etmək fikrində deyil. 
O, bir neçə jurnalistin sualına cavab verdikdən sonra rusiyalı jurnalist yenidən söz almışdır: "Necə düşünürsünüz, indiyədək hakimiyyətini dəyişdirdiyiniz hansı ölkəya yaxşı olmuşdur?"
Kirbi jurnalistin bu sualına belə cavab vermişdir: "Mən belə düşünürəm ki, Səddam Hüseyn devrildikdən sonra İraqda vəziyyət yaxşılaşmışdır. Əgər iraqlıların çoxundan soruşsanız, deyərlər ki, bu həqiqətən belədir".
Andrey Sitov: "Bəs Liviyada?"
Jurnalistin bu sualı isə Con Kirbini tamamilə hövsələdən çıxarmışdır. O demişdir ki, rusiyalı jurnalist "saxta bəyanatlar verdiyi üçün" bir daha belə suallara cavab verməyəcək.

Комментариев нет:

Отправить комментарий