16.09.2015

“AXA MBASK” vətəndaşları necə aldadır?

Saytımızın ünvanına Yardımlı rayon sakini Rufullayev Murad müraciət edib. Həmin müraciəti olduğu kimi ixtiyarınıza veririk.

20 iyul 2015-ci ildə südüyüm “Niva-Şevrolet” maşını ilə (nömrəsi: 90 EJ 952) qəzaya düşdüm. Cəlilabad rayon sakininin sürdüyü “Niva” Rusiya istehsalı maşını mənim “Niva-Şevrolet” maşınım ilə toqquşdu. Polis gəldi, protokol yazdı. Hər ikimiz həkim müayinəsindən keçirildik, sərxoşluq olmamışdı. Məsələ burasındadır ki, həm ona məxsus “Niva”, həm də mənə məxsus “Niva-Şevrolet” maşınları “AXA MBASK” sığorta şirkətində sığortalanmışdır. Hadisə yerində dayanıb acqarına saatlarla gözlədik ki, mübarək “AXA MBASK” şirkətinin işçisi gəlib çıxacaq, bizə rəhm edib sığorta kağızı yazacaq, dəyən ziyan ödəniləcək. Şirkətin nümayəndəsi gəlib yerində vəziyyətlə tanış oldu. baxış keçirdi. Hər ikimiz bütün sənədlərimizi toplayaraq “AXA MBASK” sığorta şirkətinə təqdim etdik. 
Lakin uzun müddət keçməsinə baxmayaraq, şirkət bizə heç bir reaksiya vermir, heç bir nəticə yoxdur. Hal-hazırda mənim maşınım elə həminki əzik vəziyyətdədir, işlərim hamısı maşınsızlıq ucbatından pozulmuşdur, güclü maliyyə çətinlikləri ilə üzləşmişəm. O isə öz cibinin pulu ilə maşınını yarıyadək düzəltdirmişdir. “AXA MBASK” şirkətinə mürciətlər etsək də, şirkət bizi saya salmır. Tək biz deyilik, kimdən soruşuruq, bu şirkətin onlarda sığortalanmış maşına görə pul ödəməsi işləri hər yerdə beləcə müşkülə düşüb. Yəqin kiməsə arxayındırlar ki, xalqı açıq-aşkar aldadaraq pullarını mənimsəyirlər. 
“AXA MBASK” şirkəti bizim kimi vətəndaşları aldadaraq pulunu alır, lakin maşınlar əzilərkən pul ödəməkdən boyun qaçırır. Şirkət adətən maşının remont pulunu qarşı tərəfə, yəni qəzada günahı olana ödətdirir, ədliyyə işçiləri vasitəsilə pulu alıb öz klientlərinə verir, yəni havayı pul ciblərinə qalır. Bizim variantımızda isə elə gətirib ki, hər iki maşın məhz bu fırıldaqçıların şirkətində sığortanıb, ona görə də çıxılmaz vəziyyətdə qalıblar, bilmirlər pulu kimin boynuna qoysunlar, vəziyyətdən necə sivişib çıxsınlar.
Hüquq-mühafizə orqanlarından və Dövlət rəhbərliyindən xahiş edirəm ki, “AXA MBASK” sığrota şirkətinin əməlləri tam yoxlanılsın, bu qondarma şirkət respublikada sığorta işlərindən kənarlaşdırılsın. O cümlədən mənim məsələmə reaksiya verilsin, sığorta pullarımızın qondarma şirkətdən alınıb bizə verilməsində yardımçı olun. Media orqanlarından isə xahiş edirəm ki, “AXA MBASK” fırıldaqçı şirkətinin əməllərini açıb xalqa faş etsinlər ki, zavallı vətəndaşlarımız heç bir vəchlə bu şirkətdə sığorta olunmasınlar, pulları əllərindən çıxıb bizim kimi boş yerdə qalmasınlar.

Комментариев нет:

Отправить комментарий