18.09.2015

Fransalı deputat: Fransaya Putin kimi lider lazımdır

"Mən belə hesab edirəm ki, rusların İŞİD ilə vuruşması alqışlanmalıdır. Suriya hökumətinin məhv edilməsi yolverilməzdir, bu bölgədə yeni kataklizmlərə yol açacaq".
Bu sözləri fransalı deputat, Parisin 16-cı dairəsinin meri Klod Qoasqen Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Aleksey Meşkov ilə görüşündə demişdir.
Avrasiya.info saytı Le Figaro xəbər saytına əsasən xəbər verir ki, görüşdə fransalı deputat Qərbin Rusiyaya qarşı sanskiyalarını absurd adlandırmışdır: "Mən sanksiyalar siyasətinə qətiyyən inanmıram. Onlar Qərbə heç bir uğur gətirməyəcəkdir, əksinə zərər verəcəkdir. Fransanın xeyri naminə sanksiyalara son vermək lazımdır".
Görüş zamanı Klod Qoasqen Rusiya prezidenti Vladimir Putini Şarl de Qolla müqayisə etmişdir. Onun sözlərinə görə Fransaya indi düşdüyü çətin durumdan çıxmaq üçün Putin kimi lider lazımdır. Deputat gələcək seçkilərdə Respublikaçılar Partiyası sıralarından belə bir liderin çıxacağına ümid etdiyini bildirmişdir.

Комментариев нет:

Отправить комментарий