24.09.2015

Yəhudi ravvini: Qeyri-yəhudilərin yaşamasının yeganə məqsədi yəhudilərə xidmətdir

Yəhudi ravvini Ovadyi Yusefin fikrincə, qoylar yəhudilərə xidmət etmək üçün doğulmuşlar. Qoy dedikdə yəhudi ravvinləri qeyri-yəhudi xalqları nəzərdə tuturlar. Ravvin belə hesab edir, qeyri-yəhudilərin həyatda yaşamasının başqa heç bir mənası yoxdur.
Avrasiya.info saytı mixednews.ru saytına istinadən xəbər vermişdir ki, ravvin hər həftənin şənbə günü keçirilən axşam moizəsində qeyri-yəhudilərin şənbə günü görməli olduğu işlərə aydınlıq gətirərkən maraqlı fikirlər səsləndirmişdir. O demişdir ki, qeyri-yəhudilərə Allah uzun ömrü ona görə verir ki, yəhudiyə xidmət etsinlər: "Təsəvvür edin ki, sizin eşşəyiniz ölür, onda siz çoxlu pul itirirsiniz... Qoylar nə üçün lazımdır? Ona görə ki, işləsinlər, tər töksünlər, xeyir gətirinlər. Bizlər isə ağa kimi oturaraq ancaq yeməklə məşğul olmalıyıq. Qoylar bizə xidmət etmək üçün yaranmışlar".
Xatırladaq ki, yəhudi ravvini Ovadyi Yusef şənbə moizələri zamanı dəfələrlə hay-küyə səbəb olan fikirlər səsləndirmişdir. Ötən möizələrinin birində ravvin Fələtsin xalqına və onun liderlərinə bəla arzulamış, onun bu fikirləri diplomatik dairələrdə gərginliyə səbəb olduqdan sonra öz sözlərini geri götürmüş, İsrail və onun qonşularına xeyir-dua arzulamışdı.

Комментариев нет:

Отправить комментарий