05.09.2015

Çarliz Darvinin "Təkamül nəzəriyyəsinə"cavab məktubum

İlkin Əzizli

Çarliz Darvin 1871 ci ildə yazmış olduğu "İnsanın Mənşəyi" adlı əsərində göstərir ki, insan- köhnə dünya meymunları gövdəsinin bir budağıdır. Onun fikrincə insan çox qədim dövrdə köhnə dünyada (Afrika, Asiya) yaşamış olan insana bənzər meymunlardan əmələ gəlmişdir.
Əvvəla bu fikirlərin kökündən səhv olmasını Qurandan ayələr gətirməklə sübuta yetirmək istəyirəm. Əl Muminin Surəsinin 12,13,14 cü Ayələrində buyrulur: "Biz həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq (Biz Adəmi torpaqdan Adəm övladını isə süzülmüş xalis palçıqdan nütfədən xəlq etdik).
"Sonra onu (Adəm övladını) möhkəm bir yerdə (ana bətnində) nütfə halına gətirdik."
"Sonra nütfəni laxtalanmış qana (rüşeymə bağlı qalan bir şeyə) çevirdik, sonra laxtalanmış qanı bir tikə (çeynənmiş) ət halına saldıq, sonra o bir tikə əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!".
Və yaxud Ələq Surəsinin 2-ci Ayəsində buyrulur: "O, insanı laxtalanmış qandan yaratdı."
Bütün sadaladığım ayələr çox gözəl şəkildə sübut edir ki, Darvinin "Təkamül nəzəriyyəsi" kökündən səhvdir.
Bir dəfə ağlıma çox gözəl bir fikir gəldi. Həmin fikir belədir:
Darvin qeyd edir ki, insan meymundan əmələ gəlmişdir. Onda belə çıxır ki uzun bir zaman (əsrlər, minilliklər və s.) keçdikdən sonra insandan da başqa bir məxluq əmələ gələcək? Həqiqətəndə bu çox düşündürücü bir sualdır və məntiqə uyğundur.
Həmçinin onu da qeyd etməliyəm ki Allah heç də aciz deyilki meymunu yaradıb sonra meymundan da insan yaratsın.Hər şeyi gözəl yaradan Allah insanıda gözəl biçimdə və kamil şəkildə yaratmışdır.

Комментариев нет:

Отправить комментарий