16.09.2015

Qafar Şövqi - Başına döyənlər balaca qaldı

Çatana baş əyib minnətdar olduq,
Minnət də oturdu kürəyimizdə.
Yalançı alqışlar nəticəsində
Heykəllər böyüdü ürəyimizdə.

Heykəllər böyüyüb göyə çatdısa,
Niyə baş əyənlər balaca qaldı?
Döşünə döyənlər qabağa getdi.
Başına döyənlər balaca qaldı.

Döydük başımıza illər uzunu
Döyülən başımız heç işləmədi.
Kiçik qardaşımız işgüzar oldu.
Böyük qardaşımız heç işləmədi.

Kiçiklər əllərin göyə çatdırır.
Kiçilmək haçandan yüksəliş olub?
İşə girməyimiz böyük problem,
İşə düşməyimiz adi iş olub...

Комментариев нет:

Отправить комментарий