16.09.2015

Ukraynalıların maaşı honduraslıların maaşından 5 dəfə azdır

Ukrayna əmək haqlarının səviyyəsinə görə Afrikanın geridəqalmış ölkələri səviyyəsinə düşüb. Avrasiya.info saytı infopolk.ru saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın keçmiş sosial siyasət naziri, "Müxalifət bloku"nun nümayəndəsi Natalya Korolevskaya bildirmişdir.
Ukrayna Ali Radasında çıxış edən xanım siyasətçinin sözlərinə görə, hal-hazırda Ukraynanın iqtisadi durumu Afrika ölkələrindən də aşağıdır. Belə ki, ukraynalıların orta maaşı 1200 qriven- 55 dollar təşkil edir ki, bu da Hondurasda olan orta əmək haqqından 5 dəfə azdır. "Biz hökumətə müraciət edirik. Təcili tədbirlər görmək lazımdır"- Natalya Korolevskaya demişdir.
Xatırladaq ki, bir müddət əvvəl Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili də eyni fikirləri səsləndirmişdi. "Ukraynanın ÜDM-u 184 milyard ABŞ dollarından 115 milyarda düşüb. Bu o deməkdir ki, adambaşına düşən milli gəlirə görə biz Qabonun səviyyəsinə düşmüşük. Ukrayna hazırda Qabonun vəziyyətindədir”,- deyə Saakaşvilli "Şuster-Live" proqramının efirində bildirmişdi.

Комментариев нет:

Отправить комментарий