Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -35
Elçin Bayramlı: Kim özünün və ailəsinin əxlaqını qorumaq istəyirsə, Azərbaycan və türk kanallarından imtina edib rus kanallarına baxmalıdır.
Fariz Babayev: Özünü müxalifət adlandıran qurumun qrexi çoxdur, ponyatkası zəifdir. İqtidar isə bezpredeldir!
Anar Musayev: Farsın tarixdə özünə yer tutmuş mədəniyyəti var, ərəbin nəyi var göbək rəqsi və cəhalətden başqa?
Nizami Məmmədov: Vicdanı olan şəxs özünü heç vaxt anqlosaksonlara-sionistlərə satmaz!
Şıxızadə Rizvan: Ötən yüzillikdə iki dahi şəxsiyyət- Stalin və İmam Xomeyni olmasaydı, bəlkə də dünya Sionistlər tərəfindən işğal olunmuşdu. Allah dərd verəndə dərman da verir)).
Həmid Herisçi: Aşıq, sənlikmi bu riyazi düstur?
Elman Mustafazadə: Laçın camaatı saf, cəsur, namuslu, ədalətli insanlardırlar.
Ələddin İncəli: Səməd Vurğun bütün qaradərililərin azadlığını tələb edirdi.
Famil Əhədi: Bu gün Azərbaycanda kürd məsələsi artıq yerli camaatımız üçün təhlükə doğurur. Artıq həyəcan təbili çalınmalıdır. Millət və dövlət məhv olmaqla üz-üzə dayanıb.
Natiq Ədilov: Hesab edirəm ki, vətənpərvər azərbaycanlıların hamısı təkcə Dağlıq Qarabağ dərdini düşünməməlidir, Naxçıvan Muxtar Respublikası əldən çıxıb, təcili oranın Azərbaycana ilhaq edilməsi və orda insani bir rejimin yaradılması barədə iş aparılmalıdır.
Atilla Hüseynov: ABŞ-dan bomba gətirib Əfqanıstanı bombalayırlar, yerinə də narkotik yükləyib daşıyırlar. Əfqanıstan prezidentinin MKİ əməkdaşı olan qardaşı bu işlərə rəhbərlik edənlərdən biridir.
Günel Treu: Sumqayıtda deyirlər ki, ermənilər Qubadlını işğal etdikdən sonra qubadlılar da Sumqayıtı işğal ediblər.
Samir Belil: Vahhabilər islam demək deyil. Onlar amerikan islamçılarıdır.
Nəsimi Nəbizadə: Qonşum Fikrət: “Ala, sora da diyillər ki, Bakililərə iş yoxdu... o dee, dünənnəri Balamirzəən oğlı Gülağəyə 10 il vərdilər getdi...)))”
İlkin Abbasov: Bunu xalqımıza çatdırmaq olmur, bizdə elə bilirlər ki, Türkiyə ordusu dünyada gücünə görə 3-cüdür, izah edəndə ki “qardaş, dünyada ABŞ və Rusiya kimi meqa güclərdən başqa Çin, Hindistan və Pakistan kimi super güclər də var ki Türkiyə heç onların yanında durası deyil”, adamın az qala üzünü çırırlar ki, “sən dəlisən, dünyadan xəbərin yoxdur, Türkiyə yeri gəlsə Rusiyaya da batar”.
Məmmədov Aqil: Azərbaycanın 20 faiz topraqları ermənilər tərəfindən işğal olunub, 80 faiz torpağları isə kürdlər tərəfindən.
Nadir Quliyev: Gəlin sağlam düşüncəli insanların sayını artıırmaq üçün səy göstərək. Bizim osmanlı türkləriylə dil yaxınlığımız varsa, farslarla da musiqi, ritm, məişət, mədəniyyət, məzhəb yaxınlığımız var. Əminəm ki, bizi birləşdirən cəhətlər ayıran cəhətlərdən qat-qat çoxdur.
İbrahim İmanlı: Zato müstəqillik. Nə olsun ki 90 faizi acdı, xəstədi? Nə olsun ki mənəviyyat 0, əxlaq 0, savad, bilik 0! Zato gör nə qədər milyonerlərimiz varz. nə qədər bahalı maşın var küçələrdə. Sizin gözünüz götürmür uğurlarımızı. Hamınız xalq düşmənisiz.
Mehman Cabbarov: Anekdot. Yəhudini göndərirlər tikintidə işləməyə, orda ona lopatka verirlər, deyirlər buranı qazmaq lazımdır. Yəhudi durub lopatkaya baxır, prorab soruşur niyə qazmırsan? Yəhudi deyir ki bu lopatkanın motoru hanı? Prorab deyir, harda görmüsən lopatkanın motoru olsun? Yəhudi ona deyir bəs sən harda görmüsən yəhudi lopatka ilə qazsın?
Xuraman Hüseynzadə: Axmaq adamı vaxtında tanımamaq da axmaqlıqdı.
Ramin Musayev: İndi də hörmət bəslədiyim İsgəndər Həmidov Rusiya ilə dənizdə döyüsməyə də hazır olduğunu bəyan etmişdi, amma sonra xəritədə Rusiyanı gördü və bu fikirdən yayındı.
Professor Stoleşnikov: Kürd və yəhudilər eyni kökdəndirlər.
Dostoyevski: “Bəli, aksiomanı təkrar edirəm- liberal xalqın düşmənidir”.
Rabil Abdinov: Güya Pyotr Azərbaycanın düşməni imiş... O yazıq belə bir ölkə tanıyıb ki düşmən də ola...
Doktor Əli Şəriəti: “Stadionlardan gələn səslər, davam edən savaşlarda məzlumların səsini batırırsa,- futbol opiumdur (narkotik)”.
Romantika Cıranlar Partiyası: İndi hamı yazır, povest, roman, hekayə, şeir. Mənsə məsləhət görərdim ki, yazmaq əvəzinə oxuyun. Bu həm sizinçün faydalıdı, həm də yazdığınızı oxuyan insanlar üçün. Hər halda onlar gedib daha faydalı şeylər oxuyar.
Samid Seyid Göktürk: Səni silməkdən ötrü beynimə antivirus proqramı yükləməliyəm.
Hacı Abgül: Sənin stolüstü kitabın Qurandı, amma Quran bizim inqilab kitabımızdı.
Tağı Cəfərov: Heysiyyətimə toxunan yeganə səhnə Ağdərədə döyüşlər getdiyi vaxt yaxın ərazilərdə rayon kişilərinin qabaqlarına siqaret, saqqız qoyub satması səhnəsi idi.
Xəlil Cəlil Xəlil: Aşıq Ələsgərin nəvələrindən qranatamyot atan olmaz!
İbrahim Fərhadoğlu: Təzə imic formalaşdırmaqçün cəlbedici görünüş önəmlidir.
Altay Göyüşov: Baxın, cənubda Təbrizdən Tehranadək azərbaycanlılara “bazari” deyirlər. İranın istənilən digər müəssisəsində, məktəbdə, idarədə farsca danışırlar, amma nəinki Təbriz, hətta Tehranda da bazarda ancaq Azərbaycan dilindən istifadə olunur. Deyilənə görə hətta İrəvan bazarında belə danışıq dili Azərbaycan dilidir.
Araz Əlizadə: İsa Qəmbərin babası Araz Əlizadənin babası kimi Bakıda neft milyonçusu olmayıb. A.Əlizadəyə həmin milyonlardan heç nə çatmayıb. Maraqlıdır, bəlkə İsa Qəmbərə nələrsə çatıb. Bəlkə Füzulinin Kürdlər kəndində neft yatağı olub və İsa Qəmbərə o yataqlardan nələrsə çatıb! Yəni bu qədər pul hardandır? Yeri gəlmişkən, İsa Qəmbər hakimiyyətdə olanda həmin kəndin adını dəyişib Qurdlar kəndi qoymuşdu, sonradan isə kəndin adı əvvəlki kimi Kürdlər olaraq qaldı.
Nurəddin Rəhimov: Azadlığı küçə-küçə almışıq, şəhər-şəhər itirdik.
Sofiya Sadıqlı: Bu ölkədə danakəsənin biri gəlib rahatlıqla parlamentdə oturub ölkənin qanunlarında dəyişiklik etməyə can atır.
Maksim Şevçenko: Amerikanlar heyvan sürüsüdür.
Aydın Xan Əbilov: İndiyə qədər bilmirdim ki, ABŞ-da dolları dövlət deyil, bütün dünyanı idarə edən 7 iri bank çap edır! Gizli Dünya Hökümətinin sirləri barədə bu analitik materialla tanışlıqdan sonra indiyə qədər ehtimal etdiyim nəzəriyyə real faktlarla dəqiqləşdi.
Məmməd Süleymanov: Sonrakı nəsillər bu “qəhrəmanlar”ın özlərinin özləri haqda (başqalarının onlar haqda yox ha!) təriflərini dinləyib hələ bir onlarla fəxr də edəcək. Tarix kitabları barrikadada vuruşan İ.Həmidov, sovet əsgərləri ilə əlbəyaxa olan R.Qazıyev, ölmək üçün tankların altına atılan (ancaq ölməyən) N.Pənahov, karyerasını çoxdan uduzduğundan “demokrat”a çevrildiyi unudulmuş KQB generalı... haqda nağıllarla bəzədiləcək. Bizdə tarix simpatik mürəkkəblə yazılır. Yəni, hər sonra gələn əvvəlki yazıları pozub yenisini yazır. Bu personajların da yazıları və adları eyni vaxtda peyda olmayacaq. Hərəsinin öz dövrü var. Və bu dövrlərin hamısının da ümumi adı var- “Nağıllar erası”.
Lalə Mehralı: Amerikalıların cəmi 1%-i ölkənin bütün sərvətinin 90%-ə sahibdir, son 20 ildə yoxsulların sayı 3 dəfə artıb və 50 milyonu keçib. Bizimkilər ora gedəndə Amerikanın “tarqovı”sını gəzib qayıdırlar. Nyu-Yorkun yoxsul gecəqondu məhəllələrinə getməyə “ərinirlər”... AİDS və s. bu kimi dəhşətli dəhşətli virusları gizli laborotoriyalarında hazırlayıb dünyaya yayan ölkənin adını nədənsə “demokratiya”nın beşiyi qoyublar.
Anar Musayev: NATO-nun (Amerikanın) Millətlər arası Konflikt yaratmaq üzrə ixtisaslaşdırılmış xüsusi xidmət orqanları var. Keçmiş SSRİ ərazisində axan bütün qanlardan Amerikan-İsrail qardaşlığının iyi gəlir.
Ceyhun Salahov: İran İslam Respublikasina nifrət bəsləyən və daima yalan-doğru xəbərlərlə Arazın o tayına təhqir yağdıran yaxından tanıdığım bir Goranboy sakini ağır xəstəliyə düçar olmuşdu. Bakıda həkimlər müayinə və müalicənin təxminən 10 000 manata başa gələcəyini demişdilər. Sonradan naçar qalan həmyerlimiz sevmədiyi İrana üz tutdu və... Cəmisi 600 dollara turp kimi sağalıb kəndinə qayıtdı. Allah aramızda gəzib dolaşan bütün bu cür xəstələrə şəfa versin!
Mətləb Dadaşov: 40 kəndi azad edən talış general Zaur Rzayevə milli qəhrəman adımı verdilər? Heç sağ ol da deyən olmadı! Kürd leytenant Ramil Səfərova yatdığı yerdə ermənini baltalayıb öldürdüyünə görə mayor rütbəsi, milli qəhrəman adı verdilər...
Rusiya Dağılacaq: Misal üçün, sabahısı gün Allah eləmisin, uşağınızın ayaqlarını baseyndə motor doğrasa, feysbuk istifadəçilərinin, imkanlı şəxslərin, milli televiziyada xeyriyyə proqramlarının, prezidentin kürəkəninin lütfkarlığına möhtac qalacaqsınız. Totalitar SSRİ-də isə Moskva və Leninqradın aparıcı mütəxəssisləri ixtiyarınızda idi və kimdənsə kömək dilənməzdiniz. Lənətəgəlmiş sovet imperiyasi müstəqilliyimizi əlimizdən alıb səhiyyəylə, təhsillə, sənayeylə, işlə, evlə, xoşbəxtliklə başımızı aldadırdı.
Chivas Regal: Azərbaycan Türkiyədən, müxalifət də İsadan qurtulmalıdı.
Ramin Musayev: Hitler iqtisadiyyati yəhudilərin əlindən təmizlədikdən sonra almanlar qısa zamanda yoxsulluqdan çıxdı.
Rabil Abdinov: Fransa kralının Şah İsmayıla məktubu olduğu kimi qalır. Avropa krallarının Şah Abbasa məktubu olduğu kimi qalır arxivdə. Orda İRAN ŞAHI deyə müriacət olunur onlara... Səfəvilər İrandakı hakimiyyəti ələ alan tayfanın adıdır. Necə ki qacarlar və pəhləvilər. Siz necə cahil adamlarsız...
Mədinə Azadova: Azersun holdinq Azərbaycan hökuməti ilə şərikdir və İmişli-Biləsuvar ərazilərini zəbt edib. BUNLARın ömrünə az qalıb, Ag atlı oğlan gələcək.
Turan Azəri: Azərbaycanın yarısını vermişik ermənilərə, durub mahnı davası edirik.
Arif Məhərrəmov: İran və Azərbaycan torpaqları və xalqları həmişə bir olub, orada 40 milyon qardaşlarımız var.
Sabir Şindani: Sən gərək Teksun yeyib, türk dostu-arkadaşı olasan. Nə olar ki, xərçəngə tutulacaqsan?! İrana gedib müalicə edərsən, bəlkə sağaldın... Dostluğa görə xəstələnib ölmək olmaz bəyəm?
Aqil Qasımov: Temasızlıq bürüyüb şeiriyyatdakı şeiri.
Akif Allahverdiyev: Rus həyətləri güllü-çiçəkli olardı. Bizim həyətlərdə isə tikan kolları bitərdi.
Mehman Cabbarov: Yəhudilərin Şirvan planı var idi, onlar indiki Azərbaycanın Şirvan zonasında Yəhudi-Xazar dövləti yaratmağı planlamışdılar. İkinci dunya muharibəsinin baslanması buna mane oldu.
Dörd Qardaş Abdulov: Xadavəndi Aləm, Sən özün haqqı deyənlərin sayını çoxalt.
Elçin Bayramlı: Nə qədər axmaq olmuşam mən, 80-lərin sonunda “Azadlıq”dan Mirzə Xəzərin səsini eşidəndə elə bilirdim milli xilaskarın səsini eşidirəm. Peşəkar tülkülük işində usta imiş.
İbrahim İmanlı: Yadımdadı deyirdilər ki, “Azerbaycanın istehsalının 90%-i mərkəzə, Moskvaya gedir. Bizə 10% qalır. İndi görün 100% bizə qalsa nə olar”. O qədər avam idik ki, soruşmurduq bəs mərkəzdən bura nə qədər qayıdır? Çünki sistem belə idi- hər şey məkrəze gedirdi, ordan paylaşdırılırdı. 90% göndərirdik 150% alırdıq. Təkcə Sumqayıt kimi iqtisadi şəhərin salınmasına, zavod-fabriklərinə o vaxtkı pulla milyardlarla sərmayə qoyulub. İndi 100% gedir Avropaya (yəhudilərə), heç 20 ildir görmədik nəsə qayıda geri...
Комментариев нет:
Отправить комментарий