"Avropalıların bir çoxu Rus ordusunun tezliklə gəlməsini arzulayırlar"
Polşanın Obserwator Polityczny mətbu orqanı Avropaya qaçqın axını ilə bağlı vəziyyəti analiz edərək belə qənaətə gəlmişdir ki, yaranmış şəraitdə avropalılar üçün yeganə çıxış yolu Rusiyaya köçmək olacaq: "Bir neçə ildən sonra avropalıların Rusiyaya köçü başlanacaq".
Müəllif yazır ki, Rusiyada hal-hazırda Avropadan fərqli olaraq nizam-intizam və sakitlik var: "Avropalıların bir çoxu Rus ordusunun tezliklə gəlməsini və Avropanı düşdüyü kritik vəziyyətdən xilas etməsini arzulayırlar. Onlar son ümidlərini Rusiyaya bağlayıblar. Qərbin sürətlə çöküşü fonunda Rusiya ildən ilə güclənir və regionda yeganə şəffaf və stabil dövlətə çevrilir. Rusiya rəhbərliyi çətin vəziyyətdə əllərini yanına salıb "stolun altında" gizlənmir".
Polşa mətbu orqanı bildirir ki, Rusiya dövlətçilik sistemi krizislərə qarşı dayanıqlıdır, bu mənada Avropa dövlətləri Rusiyaya həsəd aparmalıdırlar: "Avropa hökumətləri elemantar miqrasiya problemini həll etmək iqtidarında belə deyillər. Məsələn, artıq Macarıstanın bir sıra regionlarında insanlar gecələr yatmır, miqrantların qorxusundan küçələrdə keşik çəkməli olurlar. Rusiyada isə insanlar evlərində rahat yatırlar, çünki bilirlər ki, kim Rusiyaya bəd niyyətlə gəlsə, məhv ediləcək. Rusiyanın Ukraynadan milyonlarla qaçqın qəbul etməsinə baxmayaraq, ölkədə qayda-qanun və təhlükəsizlik qorunur. Avropalılar da küçələrində nizam-intizamın qorunması üçün Rusiya əsgərlərinə ehtiyac duyurlar. Rusiya Konstitusiyasında Federasiya tərkibinə daxil olma məsələlərinə yenidən baxmaq lazımdır, belə ki, get-gedə Krım kimi Rusiyanın tərkibinə daxil olmaq istəyən bölgələrin sayı çoxalacaq"- məqalədə deyilir.
"Avropa sivilizasiyanın dağılmasını görməkdənsə, Saxalində yaşamaq yaxşıdır"- məqalə müəllifi ironik şəkildə bildirir.
Məqalənin qısa xülasəsini dərc edən pravda.ru saytı xəbər verir ki, bir müddət əvvəl Çexiya jurnalisti Ladislav Kaşuka da eyni fikirləri səsləndirmişdi. Çexiyanın Czech Free Press nəşrində dərc olunmuş məqaləsində jurnalist göstərirdi ki, ağ avroplılar bir müddət sonra Afrika və Asiya ölkələrindən gələn miqrant axınlarından xilas olmaq üçün Sibir və Maqadana sığınmalı olacaq: "Gün gələcək, avropalılar xilas yolunu Rusiyaya qaçmaqda görəcəklər".
Комментариев нет:
Отправить комментарий