19.09.2015

Avstraliyalı professor: Suriya qələbənin yaxınlığındadır

"Suriya qələbə çalır. Amerikanın Yaxın Şərqi idarəolunan və asılı regiona çevirmək planları pozulur".
Avrasiya.info saytı xəbər verir ki, bu sözləri avstraliyalı yazıçı-publisist, Sidney universitetinin politologiya professoru Tim Anderson demişdir. Professorun MixedNews saytında dərc olunmuş "Suriya Yaxın Şərqi dəyişəcək strateji qələbəyə yaxınlaşır" adlı analitik məqaləsində göstərilir ki, Suriyada ilk qarışıqlığı Səudiyyə Ərəbistanı və Qətərin dəstəklədiyi vahhabilər yaratdılar. Anderson onların nümayişkəranə qətllər törətdiyini, xəstəxanaları partlatdığını, etnik və dini təmizləmələr apardığını yazaraq, bununla xalqın nifrətini qazandıqlarını yazır: "Qərbin "demokratik düşərgə" adlandırdığı Suriya müxalifətinin lideri Lamii Naxas deyir ki, Suriyanın milli və dini azlıqları- kökü kəsilməli olan şərdir. Onlar müxalifət deyil, güclü dövlətlərin dəstəklədiyi muzdlu ordudur. Xalq terrorçulara nifrət edir, əksinə hökumət ordusuna hüsn-rəğbətlə yanaşır".
Yazıçı göstərir ki, Suriyada baş verən hadisələr barədə Qərb mətbuatında dəqiq məlumat əldə etmək mümkin deyil: "Qərb KİV-ləri konfliktin xarakteri və mahiyyəti haqqında yalan yayırlar. NATO-nun təkfirçi və sələfi qruplaşmalara göstərdiyi dəstəyi gizlədirlər. Amma Qərbin informasiya və maddi yardımlarına baxmayaq, terrorçu qruplaşmalar 2012-ci ildən üzü bəri böyük şəhərlərdən Hələbdən başqa heç birisini ələ keçirə bilməyiblər".
Münaqişə başlanan vaxtdan bir neçə dəfə öz qrupu ilə Suriyaya səfər edən professor Anderson bildirir ki, ölkədə hər şey öz axarı ilə gedir: "Əhalinin sıx yaşadığı ərazilərin 90 faizi artıq Suriya ordusunun nəzarəti altındadır".
Professor 2015-ci ilin iyul ayında Suriyaya səfəri zamanı gördüklərindən yazır: "Milyonlarla Suriya məktəblisi məktəbə gedir, yüz minlərlə insan universitetlərdə təhsil alır. Əvvəllər olduğu kimi, təhsil də, səhiyyə də ölkədə pulsuzdur. Ölkənin əsas problemi işsizlik və elektrik enerjisinin olmamasıdır".

Комментариев нет:

Отправить комментарий