İsrailin baş naziri Binyamin Netanyaxu Suriyada rus hərbçilərinin fəaliyyəti ilə bağlı Moskvaya danışıqlara gəlmək niyyətindədir. Avrasiya.info saytı Rusiyanın 3mv.ru saytına əsasən xəbər verir ki, səfərdə məqsəd Rusiya və İsrail hərbçilərinin mümkün toqquşmalarının qarşısını almaq barədə razılıq əldə etməkdir.
Məsələ burasındadır ki, Latakiya bölgəsinə Rusiya hərbçiləri tərəfindən dəgər silah-sursatlarla yanaşı radiolokasiya sistemləri və qabaqcıl zenit raketləri də gətirilmişdir. Həmin zenit-raket kompleksləri son zamanlar Suriyaya hücumları intensivləşən İsrail təyyarələrini asanlıqla vurub sala bilərlər.
Sputnik informasiya portalı xəbər verir ki, son zamanlar İsrail təyyarələri təfkirçi qruplaşmalara açıq şəkildə kömək göstərməyə başlamışlar. Bir müddət əvvəl Suriya ordusu Zabadanidə mühasirədə saxladığı terrorçulara artilleriya zərbəsi endirdiyi zaman İsrail aviasiyasının qəfil hücumuna məruz qalmışdı. Hökumət qüvvələri Zabadanini ələ keçirdikdə isə anbarlardan çoxlu Amerika və İsrail istehsalı olan silahlar tapılmışdı.
İsrailin Haaretz qəzeti xəbər verir ki, baş nazir Netanyaxu Rusiyanın Suriyaya silah göndərməsi ilə bağlı narahatlığını bildirmişdir. İsrail hökuməti həmin silahın "Hizbullah" təşkilatının əlinə keçəcəyindən nigarandır. Qəzet onu da bildirir ki, Ukraynaya dəstək məsələsinə görə Putin ilə münasibətləri pozulmuş Netanyaxu Moskvaya səfərini qabaqcadan Vaşinqton ilə razılaşdırmışdır.
Xatırladaq ki, bundan bir müddət əvvəl rus hərbçilərinin Suriya ordusuna verdiyi zenit-raket kompleksləri ilə Turkiyəynin bir RF-4E kəşfiyyat, bir F-16S qırıcı təyyarəsi və ABŞ-ın "Preditor" pilotsuz döyüş təyyarəsi vurulub salınmışdır. Son günlər Latakiyadakı rus hərbi bazasına gətirilmiş yüksək döyüş göstəricilərinə malik Su-24 və Su-25 təyyarələri də NATO aviasiyası üçün böyük təhlükə yaradır. Bundan başqa, Rusiya hökuməti Suriya ordusuna ZRK S-75, S-200, "Kvadrat", "Buk-M1", "Buk-M2", ZRK "Osa", "Strela-1", "Strela-10" və ZPRK "Pançir-S1" havadan müdafiə texnikaları da vermişdir.
2015-ci ilin may ayında ABŞ və Türkiyə özlərinin birgə yaratdıqları "Ceyş əl-Fateh" təfkirçi qruplaşmasına havadan dəstək vermək qərarına gəlmişlər. Qruplaşmanın baş qərargahı İdlib əyalətində yerləşir. NATO təyyarələri qruplaşmanın vuruşacağı Suriya hökumət qüvvələrinə aviazərbələr endirmək fikrindədirlər.
Bu ilin avqust ayında ABŞ prezidenti Barak Obama Suriyada aviasiyadan hökumət qoşunlarına qarşı istifadə olunması barədə göstəriş vermişdir. Bəşər Əsədin devrilməsində NATO aviasiyası əsaslı rol oynamalıydı. RİA Novosti xəbər agentliyi bildirir ki, bununçün general Con Raytın rəhbərliyi altında İordaniyada xüsusi hərbi loqistik mərkəz yaradılmışdır. ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə və İsrail təyyarələri mərkəzdən idarə olunaraq Suriya hava məkanını nəzarətdə saxlamalıydılar. Lakin professional hərbçilərin sürdüyü yeni nəsil Rusiya qırıcı təyyarələrinin Suriya səmasında görünməsi İŞİD-in dövlət yaratmaq və ABŞ-ın Əsədi yıxmaq planlarını tam alt-üst etmişdir. 2007-ci il istehsalı olan MİQ-31 rus qırıcı təyyarələrinin ölkəyə gətirilməsi hava məkanında vəziyyəti Suriya hökumətinin xeyrinə kardinal şəkildə dəyişmişdir. Bu təyyarə həm hədəf vurma məsafəsinə (120 kilometr uzaqlığadək hədəfləri vurur), həm də havada cəbhə xəttini saxlama qabiliyyətinə görə dünyada analoqsuz hesab olunur. Ekspertlər bildirir ki, bu tip təyyarələr istənilən ölkənin hava blokadasını heçə endirmək qabiliyyətinə malikdirlər.
Комментариев нет:
Отправить комментарий